Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski həbs edilib. Yekaterinburqun Lenin rayon məhkəməsi dünən saxlanan Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Xatırladaq ki, M.Şıxlinski bir neçə gün əvvəl atası Şahin Şıxlinski saxlanarkən xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
ZÜMRÜD