çərşənbə günü, 21 oktyabr 2026
     

Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

Image


Rusiya Ukraynadakı müharibə ilə məşğul olmağa davam etdikcə, onun cənub sərhədləri boyunca, xüsusilə Cənubi Qafqazda təsiri zəifləyir. Bu boşluq regionda Türkiyə, Avropa İttifaqı və ABŞ kimi digər oyunçuların mövcudluğunu genişləndirməsi üçün fürsətlər yaradır.

Amma o da faktdır ki, regionda söz sahibi kimi indi kənar qüvvələr mütləq şəkildə Azərbaycanın mövqeyini nəzərə alır.

Bu arada diqqət həm də ona yönəlir ki, iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Əbu-Dabi şəhərində görüşərək potensial sülh sazişini müzakirə ediblər. Burada diqqətçəkən məqam isə Rusiya da daxil olmaqla, heç bir vasitəçinin olmamasıdır. Bu görüşdə heç bir irəliləyiş əldə olunmasa da, birgə bəyanatda hər iki ölkənin ikitərəfli danışıqlara və etimad quruculuğu tədbirlərinin davam etdirilməsinə sadiqliyi təsdiqlənib. Ancaq cəmi beş il əvvəl dinamika tamamilə fərqli idi. 2020-ci ildə iki ölkə arasında 44 gün davam edən Qarabağ uğrunda gedən müharibədən sonra Rusiya prezidenti Vladimir Putin atəşkəsə vasitəçilik edib və bununla da Moskvanın regionda ənənəvi vasitəçi rolunu bir daha möhkəmləndirib. Amma həmin atəşkəs o vaxtdan bəri tarixi dəyişikliyə səbəb olub. İki ölkə Qarabağla bağlı 30 ildən artıq davam edən münaqişədən sonra indi bir-birinə daha da yaxınlaşıb. Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun analitiki Ruben Mehrabyan da razılaşır ki, İrəvan mövcud vəziyyəti Moskvanın ölkə üzərindəki mövqeyini zəiflətmək şansı kimi qiymətləndirir: “Rusiya istəyirdi ki, Ermənistan daim münaqişə şəraitində olsun və bununla da bizi daim “xilas etməklə” ölkədə qeyri-müəyyən müddətə qalmasını əsaslandıra bilsin. Amma Ermənistan bu münaqişələri həll etmək və Rusiyanın ölkəmizdəki mövcudluğunu tamamilə aradan qaldırmaq istəyir. İndi Rusiya bundan narazıdır”. İrəvanda yerləşən Regional Tədqiqatlar Mərkəzinin təsisçi direktoru Riçard Qiraqosyanın sözlərinə görə, hələ 2016-cı il aprel döyüşlərini Ermənistanın Rusiyaya təhlükəsizlik tərəfdaşı kimi inamının itirilməsinin və əlaqələrin aşınmasının başlanğıcı hesab etmək olar. Son hadisələr iki ölkə arasında əlaqələrin nə qədər gərginləşdiyini bir daha göstərib. İyunun 17-də rus-erməni milyarder Samvel Karapetyan hakimiyyəti qanunsuz ələ keçirməyə çağırış ittihamı ilə Ermənistanda həbs edilib. Qiraqosyanın fikrincə, həbs Ermənistan hökumətinin gələn il keçiriləcək parlament seçkilərinə Rusiyanın istənilən müdaxiləsinin qarşısını almaq üçün atdığı addımdır: “Lakin, eyni zamanda, bu, daha çox Rusiyanın maraqlarına və Ermənistanın daxilindəki nüfuzuna qarşı yönəlib. Bu şəxs Moskvanın məhsuludur, onu Putin tərəfdarı kimi qəbul edirlər”. Bir neçə gün sonra, iyunun 25-də Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsinin tanınmış din xadimi arxiyepiskop Baqrat Qalstanyanı hökuməti devirmək planında ittiham edərək həbs edib.

Rusiya bu həbslərə sərt reaksiya verib və xarici işlər naziri Sergey Lavrov Ermənistan hökumətini kilsəyə qarşı “əsassız” hücumlara son qoymağa çağırıb və kilsəni “erməni cəmiyyətinin əsas sütunlarından biri” kimi xarakterizə edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan buna cavab verərək Moskvanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib. Dəyişikliklər təkcə Ermənistanla məhdudlaşmır. Bu yay Bakı ilə Moskva arasında münasibətlər də gərginləşib. Səbəb Rusiyanın Yekaterinburq şəhərində polisin reydi zamanı işgəncə fonunda iki etnik azərbaycanlının ölümü olub. Karneqi Fondunun rusiyalı analitiki Kirill Krivoşeyev qeyd edir ki, indi Zəngəzur dəhlizi Rusiyanın regionda mövcudluğunu saxlamaq üçün yeganə əlverişli variantdır. Lakin Ermənistan buna təhlükə kimi baxır. Danışıqlar davam etsə də, hər hansı yekun razılaşmada FTX nəzarətinin yer alıb-almayacağı bəlli deyil. Rus ekspert Vadim Dubnovun sözlərinə görə, FTX qüvvələrinin yerləşdirilməsi Qarabağ münaqişəsi həll olunmamışdan əvvəl Azərbaycan üçün məna kəsb edə bilərdi: “Ancaq indi Rusiyanın iştirakı olmadan, Ermənistanla birbaşa danışıqlar Bakı üçün daha faydalıdır”. Zəngəzur üzərində nəzarət həmçinin daha geniş geopolitik mənzərə ilə bağlıdır: Orta Dəhliz adlanan marşrut Çinlə Avropanı birləşdirən və Rusiyadan yan keçən yoldur. Rusiya təkcə Zəngəzuru nəzarətdə saxlamaq istəmir, Moskva həmçinin Cənubi Qafqazdakı bütün quru və hava yollarına hökmranlıq etmək istəyir. Amma hesab edilir ki, Azərbaycan regional təhlükəsizlik səylərinə rəhbərlik etmək üçün yaxşı mövqedədir. Analitiklər Rusiyanın regionda təsirinin zəifləməsi ilə razılaşsa da, etiraf edirlər ki, dərin iqtisadi və tarixi əlaqələr bir gecədə kəsilə bilməz. Rusiyalı analitik Krivoşeyev bundan əvvəl deyib ki, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğal müharibəsindən sonra bu iqtisadi asılılıq da dəyişməyə başlayıb: “Türkiyə Rusiya üçün əsas idxal tərəfdaşına çevrilib. Malların çoxu Türkiyə və Azərbaycan vasitəsilə daşınır. İstanbul boğazları həyati əhəmiyyət kəsb edir”.Ceymstaun Fondunun baş tədqiqatçısı Pol Qobl Azərbaycanın artan əhəmiyyətini vurğulayıb: “Bakı “başa düşdü ki, Moskvanın Azərbaycana ehtiyacı ən azı Azərbaycanın Rusiyaya ehtiyacı qədərdir. Digər tərəfin sizə olan ehtiyacının sizin ona olan ehtiyacınızdan daha çox olduğunu dərk etdikdə bu, hesablamalarınıza təsir göstərir”. Moskvadan uzaqlaşan İrəvan isə Ankara ilə əlaqələrini bərpa edir. Qarabağ münaqişəsi səbəbindən və tarixi narazılıqlara görə Türkiyə və Ermənistan arasında münasibətlər uzun müddət gərgin olub, lakin indi iki ölkə arasındakı münasibətlər yavaş-yavaş yaxşılaşır. İyunda Ermənistan baş naziri Paşinyan Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu, ikitərəfli danışıqlara yönəlmiş ilk siyasi işgüzar səfər idi. Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun analitiki Ruben Mehrabyan qeyd edir: “rmənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır, çünki xarici bazarlarla əlaqəmizin çox hissəsi Gürcüstan vasitəsilə Rusiya bazarına keçir. İranla sərhədimiz açıqdır, lakin onun imkanları məhduddur. Türkiyə sərhədinin açılması Ermənistanın Avropa bazarlarına çıxışına imkan yaradar”. Mehrabyan qeyd edib ki, Ermənistan bütün ümidlərini yalnız Türkiyəyə bağlamır, eyni zamanda ABŞ və Avropa İttifaqı ilə də əlaqələrini gücləndirir: “Biz əməkdaşlığı gücləndirmək üçün Avropa İttifaqı və ABŞ ilə işləyirik. ABŞ ilə biz artıq strateji tərəfdaşlıq xartiyası imzalamışıq. Bilirik ki, qarşıda hələ uzun bir yol var, ancaq biz Avropa İttifaqına potensial üzvlük üçün də müvafiq qanunvericilik qəbul etmişik”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ