çərşənbə günü, 21 oktyabr 2026
     

Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

Image


Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra hakimiyyətə gələn yeni siyasi qüvvələr ondan fərqli xarici siyasət yürüdürlər. Azərbaycan-Suriya əlaqələri də yenidən müsbət məcraya düşüb və iki ölkə arasında səmimi münasibətlər qurulub. Suriyanın Azərbaycana böyük əhəmiyyət verdiyi açıq şəkildə özünü göstərir.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Təhlilçilər hesab edirlər ki, bu səfər ilk növbədə, Azərbaycan-Suriya əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Eyni zamanda Şaraanın Azərbaycan səfəri, qurulan əlaqələr, xüsusən də enerji sahəsində imzalanan sənədlər onu göstərir ki, ölkəmiz Suriya üçün böyük əhəmiyyət daşıyır. Heç şübhəsiz, Azərbaycan-Suriya əlaqələrinin inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətində həm yeni mərhələnin başlanğıcıdır, həm də qlobal xarici siyasətimizin daha bir uğurudur.

Azərbaycanın xarici siyasətində yeni bir uğur...

Ekspertlər hesab edirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən sonra regionda öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq münasibətlər sistemində yeni status qazanıb. Ekspertlərin fikrincə, bu isə ölkəmizin həm regional, həm də qlobal miqyasda artan nüfuzunun göstəricisidir.

Millət vəkili Hikmət Babaoğlu Suriya-Azərbaycan əlaqələrindən danışarkən vurğulayıb ki, 2023-cü ildən etibarən Azərbaycanın xarici siyasətində yeni prioritetlər formalaşıb. Onun fikrincə, Yaxın Şərq, Şimali Afrika və Körfəz ölkələri ilə münasibətlərin genişləndirilməsi bu strategiyanın əsas istiqamətlərindəndir: “Bu geniş coğrafiyada Suriya açar ölkələrdən biri sayılır. Azərbaycan üçün Suriya ilə münasibətlərin sağlam və qarşılıqlı maraqlara əsaslanan şəkildə qurulması vacibdir. Tarix göstərir ki, keçmişdə, xüsusilə Bəşər Əsədin hakimiyyəti dövründə Suriya ərazisindən Azərbaycana qarşı yönəlmiş bəzi terrorçu elementlər fəaliyyət göstərib, eləcə də erməni lobbisinin təsiri ikitərəfli münasibətlərə mənfi təsir edib. Bu kimi risqlərin gələcəkdə təkrarlanmaması üçün əməkdaşlıq açıq, praqmatik və davamlı şəkildə qurulmalıdır”.

H.Babaoğlu bildirib ki, Suriya, eyni zamanda, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə ən uzun quru sərhədə malik ölkələrdən biridir. Bu baxımdan regionda sabitliyin bərpası və iqtisadi-ticari əlaqələrin inkişafında Bakı-Dəməşq xəttində əməkdaşlığın gücləndirilməsi mühüm önəm daşıyır. “Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanın Azərbaycana səfəri ölkəsinin yenidən qurulması prosesinə dəstək almaq məqsədi daşıyır. Suriyada sabitliyin bərpa olunmağa başladığı mərhələdə iqtisadi əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın qaz, yaşıl enerji və digər sahələrdəki təcrübəsi Suriyaya faydalı ola bilər. Həmçinin yenidənqurma, insan resurslarının hazırlanması və mədəni əlaqələrin inkişafı istiqamətlərində də Azərbaycanın bu ölkəyə dəstəyi açıq şəkildə görünür. Elə bu səbəbdən iki ölkə liderlərinin görüşündə yalnız iqtisadi deyil, eyni zamanda, elmi, mədəni və humanitar məsələlər də müzakirə olunub”.

“Bu, Azərbaycanın Yaxın Şərqdə də aparıcı bir oyunçuya çevrilməsinin nəticəsidir”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Suriyanın keçid dövrü prezidentinin Azərbaycana rəsmi səfəri Bakının Yaxın Şərq regionu istiqamətində atdığı növbəti diplomatik addımdır: “Azərbaycan-Suriya münasibətlərinin hansı səviyyədə olduğunu Əhməd Əl Şaraanın Bakıya rəsmi səfəri göstərdi.

Bilirsiz ki, Bəşər Əsəd devrildikdən sonra Suriyada Türkiyənin dəstəyi ilə keçid hökuməti formalaşdı. Suriyanın yeni hökuməti ölkənin suverenliyinin bərpa edilməsi və sair istiqamətində Türkiyədən yardım alır. Türkiyə-Azərbaycan qardaşlığını, dostluğunu, strateji tərəfdaşlığını, müttəfiqliyini nəzərə alsaq, sözsüz ki, Suriya hökumətinin Azərbaycanla əlaqələrində Əsəd rejimindən fərqli olaraq çox isti münasibətlər yaranmağa başladı. Xüsusən Azərbaycanın atdığı addımı qeyd edə bilərik ki, yeni hökumətin dövründə Azərbaycan Suriyadakı səfirliyini yenidən bərpa etdi, Suriyaya humanitar yardımlar həyata keçirməyə başladı. Suriya hökumətinin çətin vəziyyətdən çıxması üçün əlindən gələn köməyi əsirgəmədi.

Türkiyədə Əhməd Əl Şaraa ilə Prezident İlham Əliyev arasında görüş keçirildi. Suriyanın keçid dövrü prezidentinin bir neçə gün əvvəl Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin getdikcə yüksək xətt üzrə inkişaf etdiyinin növbəti göstəricisidir. Yəni bugünkü münasibətlər çox yüksək səviyyədədir. Bu, Azərbaycanın təkcə Cənubi Qafqazda yox, Yaxın Şərqdə də aparıcı bir oyunçuya çevrilməsinin nəticəsdir. Azərbaycan Yaxın Şərq probleminin həllində də yaxından kömək edir.

Əl Şaraanı Bakıya gətirən səbəblər aydındır. Əl Şaraanın Azərbaycana səfərindən əvvəl Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. O zirvədə Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin görüşündə Türkiyə lideri Suriya üçün önəmli olan enerji problemini önə çəkmişdi və bu məsələ orda müzakirə edilmişdi, Azərbaycan Prezidenti də bu problemin həllinə dəstək olacağına söz vermişdi. Sözsüz ki, Əl Şaraanın Bakı səfəri zamanı da SOCAR-la Suriyanın keçid hökuməti arasında qaz müqaviləsi imzalandı”.

Ş.Ağayevin fikrincə, Suriya-Azərbaycan əlaqələrinin genişlənməsi, eyni zamanda keçid hökuməti ilə ölkəmiz arasında imzalanan qaz ixracı sazişi Azərbaycanın Yaxın Şərqdə enerji siyasətində yeni bir mərhələ ola bilər. O hesab edir ki, bu addım Azərbaycanın enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirmək niyyətinin göstəricisidir.

O bildirdi ki, Azərbaycan bu müqaviləni imzalamaqla bu istiqamətdə də Suriyaya kömək etməyə praktik cəhətdən hazır olduğunu bildirdi. “Eyni zamanda Əl Şaraanın Bakı səfərində bir ideya irəli sürülmüşdü ki, Azərbaycan Suriya ilə İsrail arasında vasitəçi olsun. Azərbaycanın bu sahədə təcrübəsi var. Azərbaycan həm regionda, həm də Yaxın Şərqdə sülhə töhfələr vermək üçün belə addımlar atır. Bu da Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır”-deyə Ş.Ağayev vurğuladı.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ