çərşənbə günü, 21 oktyabr 2026
     

Keçmiş nazir Zəngəzura qarşı ABŞ-da hansı dairələrdən sifariş alıb?..

Image


Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Zəngəzur dəhlizinin açılmasını erməni cəmiyyətinə fəlakət, ölkənin ərazi bütövlüyünün, suverenliyinin pozulması kimi təqdim edir.

Oskanyan bu günlərdə ABŞ Konqresində isveçrəli dəputatların iştiraki ilə "Artsax" ermənilərinin hüquqlarının müdafiəsi ilə bağlı müzakirədə iştirak edib. Rəsmi məlumatlara görə, Tramp da Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Hətta ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsi müzakirə edilir. Amma Oskanyan ABŞ-dan qayıdandan sonra Zəngəzur dəhlizinə qarşı aqressivləşib. Amerika səfərinin ardınca onun Zəngəzur dəhlizinə qarşı çıxması onu deməyə əsas verirmi ki, Oskanyan Amerikada müəyyən dairələrdən, xüsusilə erməni lobbisindən Zəngəzur dəhlizi ilə bağlı sifariş alıb?

Abutalıb Səmədov: "Tramp bu məsələnin üstünə ciddi şəkildə düsərsə, yaxın zamanlarda öz məqsədinə nail ola bilər"

Məsələ ilə bağlı baki-xeber.com-a danışan Abutalıb Səmədov bildirdi ki, Zəngəzur dəhlizinin açılması uzun müddətdir müzakirə olunur və müzakirələrin heç biri dəhlizin açılmasına ümid vermir: "Bir tərəfdən Rusiyanin 10 noyabr 2020-ci il bəyannaməsinə istinad edərək dəhlizə rus sərhədçilərinin nəzarət etməsində israrlı davranışı, digər tərəfdən Ermənistanın nəzarət üçün öz xüsusi qurumunu yaratması, üçüncü tərəfdən İranın qəti şəkildə dəhlizə Ermənistan tərəfindən nəzarəti tələb etməsi vəziyyəti həddindən artıq mürəkkəbləşdirib. Belə bir şəraitdə Amerika mətbuatı iddia ilə çıxış elədi ki, ABŞ-a məxsus şirkət bu yolu icarəyə götürmək istəyir. Əvvəl Dövlət Departamenti bu informasiyanı təkzib etdi, belə bir şey barədə məlumatlarının olmadığını dedi. Lakin bu günlərdə ABŞ-ın Türkiyədəki səfiri Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götrülməsinin mümkünlüyü barədə bəyanat verib.

Düzdür, ermənilər tələb ediblər ki, Ermənistandan gələn və Naxçıvan ərazisindən keçərək yenidən Ermənistan ərazisinə qayıdan yola da Amerika şirkəti nəzarət etsin. Amma Azərbaycan tərəfi buna qəti şəkildə etiraz edib. Çünki 10 noyabr sənədinə görə, yalnız Zəngəzur dəhlizində hərəkətin necə olacağı birmənalı şəkildə əksini tapır. 9-cu bənddə yazılır ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn yolda nəqliyyatın və insanların maneəsiz hərəkəti təmin olunmalıdır. Bu səbəbdən verilən təkliflər yalnız bu dəhlizlə bağlı ola bilər. 10 noyabr sənədində Naxçıvandan keçən hər hansı kommunikasiya haqqında elə bir tələb yoxdur. Yalnız Zəngəzur dəhlizi barədə tələb var. Müzakirələr də bu dəhliz barədə olmalıdır. Amerika şirkəti 43 kilometrlik yolu icarəyə götürmək istəyir və görünür ki, bu variant Azərbaycan tərəfini qane edir. Hərcənd, bu barədə elə bir bəyanat səslənməyib.

Əslində indiki şəraitdə bizim üçün ən məqbul variant o olardı ki, ABŞ şirkəti bu yola nəzarət eləsin. Ancaq buna Rusiya və İran imkan verərmi? İranın mövqeyi aydındır - Zəngəzur dəhlizinə yalnız Ermənistan nəzarət etməlidir, deyir. Üstəlik, ABŞ və İran arasındakı münasibətlər də aydındır. Bu münasibətlər dostluq səviyyəsindən çox fərqlidir. Ona görə də rəsmi Tehran Amerika hərbçilərinin İran sərhədlərinin yaxınlığında olmasını qətiyyən istəməz. Buna Rusiya da razılaşmaz, çünki Rusiya hərbi bazası haqqında İrəvan və Moskva arasında bağlanmış müqavilə var. Həmin müqaviləyə əsasən Ermənistan ərazisinə silahlı qüvvələrin yeridilməsi yalnız Rusiya tərəfinin razılığı ilə ola bilər. Əgər Rusiya tərəfi razılıq verməsə, heç bir silahlı birlik Ermənistan ərazisinə daxil ola bilməz. İndi nəzərə alsaq ki, 43 kilometrlik ərazini nəzarətə götürmək üçün kifayət qədər hərbçiyə ehtiyac var və bu hərbçilərin Ermənistana gəlməsi üçün Rusiya razılıq verməlidir, mən güman edirəm ki, belə bir razılığın verilməsi ən azı bu gün münkün deyil. Bəlkə gələcəkdə ABŞ ilə Rusiyanın münasibətləri tamamilə dəyişə bilər, o halda Rusiya da buna həvəslə razılıq verər. Lakin yaxın zamanlarda belə bir razılığın olacağı mümkün deyil.

İran və Rusiyanın razılığı olmayan məsələyə Ermənistanın razılıq verməsi mümkün deyil. Ermənistan İran və Rusiya ilə münasibətlərin pisləşməsinə şərait yaradacaq bir addım atarmı?

Onsuz da Ermənistanın Rusiya ilə münasibətləri kifayət qədər problemlidir. Amma İranla Ermənistan arasında çox isti münasibətlər var. Bu münasibətlər Ermənistan üçün çox qiymətlidir. Bu səbəbdən İranın istəklərinin ziddinə olaraq ABŞ hərbçilərinin Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməsinə Ermənistanın razılıq verməsi kifayət qədər çətin görünür. Güman edirəm ki, bu variant Azərbaycan üçün ən uyğun variant olardı.

Təbii ki, keçmiş xarici işlər naziri bu məlumatlara malikdir. Ola bilər ki, hələ ABŞ-da erməni lobbisi tərəfindən ona əlavə məlumatlar da verilib. Zəngəzur dəhlizinin açılmasını indiki şəraitdə Oskanyan kimiləri böyük təhlükə sayır və mümkün qədər bunu ləngitməyə çalışırlar. Hərcənd, dəhlizin açılmasında ən maraqlı tərəf Ermənistandır və bundan ən çox udacaq tərəf də Ermənistandır. Ancaq Oskanyan kimiləri Ermənistanın maraqlarını düşünmür. Çünki Ermənistanın artıq gəlir götürməsi əhalinin vəziyyətinin bir az da yaxşılaşmasına gətirib çıxara bilər və bu da son nəticədə Paşinyan hökumətinin möhkəmlənməsinə səbəb ola bilər ki, bu da müxalifət və onun əsas fiqurlarından biri olan Vardan Oskanyanı qətiyyən qane etmir.

Oskanyanın ABŞ-da erməni lobbisindən belə bir sifariş alması və bu səbəbdən sözügedən istiqamətdə qızğin fəaliyyət göstərməsi gözlənilən idi. Digərləri də fəallaşacaq və əllərindən gələni edəcəklər ki, Zəngəzur dəhlizi açılmasın, mümkün qədər bu proses ləngisin və müxalifət bundan gələcəkdə faydalanmaq imkanı əldə etsin.

Lakin NATO baş katibi ilə Trampın bu günlərdə baş tutan görüşü bir daha göstərdi ki, region ABŞ üçün maraqlıdır. Sülh sazişinin imzalanması istiqamətində ciddi fəaliyyət başlayıb. Trampın elan etdiyinə görə, ola bilsin ki, yaxın vaxtlarda sülh sazişinin imzalanması mümkün olsun.

Mən də güman edirəm ki, yaxın vaxtlarda Ağ Evdə belə bir imzalanma mərasiminin baş tutması ehtimali çox yüksəkdir.

ABŞ bölgədə digər problemlərin aradan qaldırılmasında maraqlıdır. Bu problemlərin ən ciddilərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Fikrimcə, Tramp bu məsələnin üstünə ciddi şəkildə düsərsə, yaxın zamanlarda öz məqsədinə nail ola bilər".

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ