Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

İyulun 4-də keçirilən görüşdə ABŞ prezidenti Trampın Ukrayna prezidenti Zelenskiyə ABŞ uzaqmənzilli silahlar verəcəyi təqdirdə Moskvanı vura biləcəyi ilə bağlı sualı dünya gündəmində şok effekti yaradıb. Putinə 50 günlük möhlət verən və onu 100 faiz tariflərlə hədələyən Tramp Zelenskiyə yenidən xəbərdarlıq edib.
Ağ Ev qarşısında jurnalistlərlə söhbətində Tramp açıq şəkildə bildirib ki, Ukrayna prezidenti Zelenski Moskvanı hədəf almamalıdır.
Jurnalistlərdən biri “Zelenski Moskvanı vurmalıdırmı?” sualına Tramp “Xeyr, o, Moskvanı hədəf almamalıdır” cavabını verib.
Xatırladaq ki, “Financial Times” və “The Washington Post” qəzetləri Trampın Zelenskidən “Moskvanı və ya Sankt-Peterburqa zərbə endirə bilərsinizmi?” deyə soruşduğu, Zelenskinin isə "Silahları bizə versəniz, edə bilərik" deyə cavab verdiyini iddia edilir.
Mənbələr iddia edib ki, Tramp bu yanaşmanı Rusiyanı danışıqlar masasına oturtmaq strategiyası kimi dəstəkləyib.
Məsələ ilə bağlı çaşqınlığı aradan qaldırmağa çalışan Ağ Ev rəsmiləri isə Trampın Zelenskiyə sadəcə sual verdiyini və hücuma çağırmadığını bildirib.
TAHİR