çərşənbə günü, 21 oktyabr 2026
     

Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

Image


ABŞ prezidenti Donald Tramp səlahiyyət müddətində ilk dəfə olaraq Ukraynaya irimiqyaslı silah tədarükünün başlayacağını açıqlayıb. O, həmçinin Kiyevlə qarşıdurmanı dayandırmaq üçün Moskvaya 50 gün vaxt verib, əks halda Rusiyadan enerji alan ölkələrin mallarına daha yüksək rüsumlar tətbiq olunacaq.

NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Tramp deyib: “Bu gün burada olmağımızın səbəblərindən biri də Rusiyadan çox narazı olmağımdır. 50 gün ərzində razılığa gəlməsək, çox yüksək rüsumlar qoyacağıq. Ümidvaram ki, bunu etməyə məcbur olmayacağıq”.

Amerika prezidentinin sözlərinə görə, Konqresdən hələ keçməmiş qanun olmadan da 100 faizlik tariflər tətbiq edə bilər. Tramp Konqresin Rusiyaya sanksiyalarla bağlı təşəbbüsünü dəstəklədiyini bildirib, lakin bunun lazım olub-olmayacağını hələ bilmir: “Mən buna həqiqətən ehtiyacımız olduğuna əmin deyiləm, lakin bunu etmələri, əlbəttə ki, yaxşıdır”. Sözügedən qanun layihəsini Trampın əsas müttəfiqlərindən biri, Cənubi Karolinadan respublikaçı senator Lindsi Qrem və Konnektikutdan olan demokrat Riçard Blümental hazırlayıb. Sənəddə təkcə Rusiyaya sanksiyalar deyil, həm də Rusiyadan neft, neft məhsulları, təbii qaz, uran və digər mallar alan ölkələrdən idxala 500 faizlik rüsum nəzərdə tutulur. Tramp bir daha vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı saziş çoxdan bağlanmalı idi: “Hiss edirdim, bizim təxminən dörd dəfə razılaşmaq şansımız olub”. Amerika prezidenti həmçinin ABŞ və NATO-nun avropalıların hesabına Ukraynaya Amerika silahlarının tədarükü ilə bağlı razılığa gəldiklərini açıqlayıb. Bu tədarüklərin koordinasiyası ilə NATO və Birləşmiş Ştatların alyansdakı daimi nümayəndəsi məşğul olacaq: “Bu, bizim bağladığımız çox böyük sövdələşmədir. Söhbət Birləşmiş Ştatlardan alınacaq, NATO-ya veriləcək və sürətlə döyüş meydanına çatdırılacaq milyardlarla dollar dəyərində hərbi texnikadan gedir”. Tramp ayrıca vurğulayıb ki, silahların xərclərini Amerika vergiödəyiciləri deyil, NATO üzvləri ödəyəcək. Tramp Ukraynaya əlavə “Patriot"” hava hücumundan müdafiə sistemlərinin tədarükü üzərində xüsusi dayanıb və onların çox tez çatdırılacağını bildirib. ABŞ prezidentinin dediyinə görə, 17-yə qədər belə sistem göndərilə bilər. Açıq məlumatlara görə, indiyədək Ukraynaya azı 7 “Patriot” qurğusu göndərilib.

Hələ apreldə Ukrayna heç bir şərt irəli sürmədən atəşkəsə razılaşıb, lakin Rusiya faktiki olaraq bu təklifi rədd edib. Əvəzində döyüşləri dayandırmadan danışıqlar aparmağı təklif edib. İstanbulda keçirilən danışıqların iki raundu atəşkəslə bağlı deyil, məhbusların və cəsədlərin mübadiləsinə dair razılaşmalarla nəticələnib. Yeni raundun nə vaxt keçiriləcəyi və, ümumiyyətlə, olub-olmayacağı məlum deyil. Moskva atəşkəs və sülh üçün bir sıra şərtlərdə israr edir. Bu şərtlər arasında Ukrayna qoşunlarının Rusiyanın iddia etdiyi dörd vilayətdən çıxarılması da var. Demokratiyaları Müdafiə Fondunun Rusiya üzrə proqramının direktor müavini Con Hardi deyib ki, Trampın bəyanatı onun Ukrayna məsələsində doğru istiqamətdə irəlilədiyini göstərir. Lakin o, Putinə daha çox vaxt verməyin nə üçün lazım olduğunu sual edib: “Putin artıq çox aydın şəkildə göstərib ki, onun hazırda ciddi danışıqlar aparmaq niyyəti yoxdur, ona görə də mən Trampın sanksiyalarla bağlı niyə hələ də gözlədiyini bilmirəm”. Bununla belə, aydındır ki, Trampın son bəyanatı yanvarda vəzifəyə gəldikdən sonra onun çətin vəziyyətdə olan Ukraynaya ən böyük dəstək nümayişidir. Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev isə məsələ ilə bağlı bildirib: “50 gün ərzində döyüş meydanında və Qərb hökumətlərini dəstəkləyən ictimai rəy sorğularında çox şey baş verə bilər. Əsas məsələ odur ki, bu, bizim əhvalımıza heç bir təsir etmir”. Beynəlxalq Münasibətlər Şurasının əməkdaşı Çarlz Kupçan deyib ki, Trampın Rusiya və Ukrayna mövqeyindəki dəyişiklik olduqca diqqətçəkicidir: “Son bir neçə ayda siz Trampın Putinə qarşı getdikcə daha sərt mövqeyə keçməsini müşahidə etmisiz. Düşünürəm ki, son bəyanat mümkün olduğu qədər irəli getməsə də, burada konkret bir irəliləyiş var”. Keçmiş ABŞ diplomatı və RAND Korporasiyasının analitiki Bill Kortni isə deyib ki, Tramp müharibəni bitirmək üçün çox səy göstərib və Putinin onun təşəbbüsünü rədd etməsi administrasiya üçün olduqca utancverici olub. Lakin o əlavə edib ki, Putin artıq həddini aşıb və bununla da Trampı özünə qarşı çevirib. Tramp bildirib ki, əgər Rusiya 50 gün ərzində, sentyabrın əvvəlinə qədər atəşkəsə razılaşmasa, o, “ikinci dərəcəli” tariflər tətbiq edəcək. Trampın bu şərhi qeyri-müəyyən olub və çaşqınlıq yaradıb. ABŞ prezidenti tariflərin hansı ölkələrə tətbiq olunacağını deməyib. Konqresdə müzakirədə olan Rusiya sanksiyaları qanun layihəsində eyni termin istifadə olunur və Rusiya nefti alan ölkələri də hədəf alır. Neft ixracatı Rusiyanın federal büdcə gəlirlərinin təxminən üçdə birini təşkil edir. Çin, Hindistan və Türkiyə Rusiyanın əsas neft alıcılarıdır. Türkiyə NATO üzvüdür, Hindistan isə ABŞ, Avstraliya və Yaponiyanın da daxil olduğu diplomatik tərəfdaşlıq təşkilatının - QUAD-ın üzvüdür. Bill Kortni qeyd edir: “Hindistana təzyiq göstərmək asan olmayacaq, çünki o, QUAD-da ABŞ-nin tərəfdaşıdır, Çin isə nadir torpaq elementləri kimi bəzi sahələrdə ABŞ üzərində təsir gücünə malikdir”. CNN Ağ evin adı açıqlanmayan rəsmisinə istinadən xəbər verib ki, Tramp “ikinci dərəcəli” tariflər deyərkən Rusiyaya 100 faiz tarifləri və Rusiya neftini alan digər ölkələrə ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. “İkinci dərəcəli” sanksiyalar güclü vasitədir və Çin, Hindistan, Türkiyədəki maliyyə institutlarını və digər qurumları Rusiya ilə iş görməkdən çəkinməyə məcbur edə bilər. Mütəxəssislər bildirir ki, yeni sanksiyalar tətbiq olunsa belə, onların icrası gücləndirilmədiyi təqdirdə təsiri az olacaq. Yeni Amerika Strategiyası Mərkəzinin analitiki Reyçel Zimba bildirir: “Düşünürəm ki, Rusiya sanksiyalarının icrası məsələsində siyasi iradə yetərli deyil - bu, bəlkə də, Çinlə bağlı ixrac nəzarəti və ya hətta İrana qarşı sanksiyalarla bağlı gündəmlə müqayisədə fərqlidir”. Vaşinqtondakı Atlantik Şurasının sanksiyalar üzrə eksperti Kimberli Donovan isə deyib ki, ABŞ Rusiyanı danışıqlar masasına oturtmaq istəyirsə, Rusiyanın neft sənayesinə qarşı daha sərt davranmalıdır: “Düşünürəm ki, biz Putinə təzyiq vasitəsi olaraq, İranla etdiyimiz kimi, Rusiya neftinə sanksiya tətbiq etmək üçün addımlar atmalıyıq”. Ekspertlər qeyd edir ki, ABŞ və Rusiyanın münasibətlərində sərtlik Ukrayna cəbhəsində döyüşlərin daha da şiddətlənməsi ilə özünü göstərəcək. Bundan itirən isə yenə Ukrayna olacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ