çərşənbə günü, 21 oktyabr 2026
     

“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

Image


Əbu-Dabidə Azərbaycan və ermənistan liderləri arasında baş tutan göüş, bunun nə ilə nəticələnəcəyi dünya miqyasında xüssi maraq doğurur. Bu fonda ABŞ prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağını bildirib.

Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün səylər göstərib və bu, yaxşı nəticəyə gətirib çıxaracaq.

Bundan öncə ABŞ dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında potensial sülh sazişi ilə bağlı nikbinlik ifadə edərək bunun Vaşinqtonun dəstəyi ilə tezliklə əldə oluna biləcəyinə ümid etdiyini deyib. Ermənistanın “168.am” nəşri isə qeyd edir ki, Əbu-Dabidə baş tutan İlham Əliyev-Nikol Paşinyan görüşünə demək olar ki, bütün geosiyasi mərkəzlər reaksiya verib. Nəşr yazır: “Avropa İttifaqı (Aİ) da bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistanı sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez başlamağa çağırıb. Bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə nümayəndəsi Anita Hipper məlumat verib. “Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir. Biz tərəfləri sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez başlamağa çağırırıq. Əgər tərəflər bu barədə müraciət etsələr, Aİ bu istiqamətdə əlavə dəstək və ekspert yardımı göstərməyə hazırdır”, - deyə Hipper bildirib. O, bu danışıqları regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olunması yolunda mühüm addım adlandırıb. Mənbələrimizin bildirdiyinə görə, Aİ bu prosesi ən yüksək səviyyədə izləyir və müəyyən narahatlıqlara sahibdir. Bir tərəfdən, bizə ötürülən məlumata əsasən, Aİ məmnundur ki, tərəflər Rusiya təsirini sıfırlayıblar, regional proseslərdə Moskvanın iştirakı aradan qalxıb və Azərbaycan-Ermənistan prosesində Rusiya faktoru artıq yoxdur, danışıqlar neytral ölkədə aparılır. Digər tərəfdən isə Aİ-də əsaslı şübhələr var ki, bu birbaşa danışıqlar prosesi də uzana bilər, bu da prosesdə gözlənilməz hallara yol aça bilər. Əbu-Dabidəki görüşdən Qərbin gözləntiləri daha böyük olub, lakin nəticələr onları məyus edib. Gözlənti o idi ki, tərəflər həm kommunikasiyaların açılması, həm də sülh sazişinin tezliklə imzalanması ilə bağlı razılığa gələcəklər. Xüsusilə də Aİ-nin yüksək nümayəndəsi Ermənistan və Azərbaycana etdiyi səfərlər zamanı tərəflərə bu istiqamətdə konkret mesajlar ötürmüşdü, əsas diqqəti məhz kommunikasiyaların açılması məsələsinə yönəltmişdi, burada geosiyasi maraqları olan bir yanaşma sərgiləmişdi. Lakin görünür ki, yekun razılaşmalar təxirə salınır, tərəflər əlavə formatda müzakirələri davam etdirəcəklər və istisna edilmir ki, yeni fikir ayrılıqları və geosiyasi amillər ortaya çıxa bilər. Aydındır ki, prosesin aylarla uzanması mümkündür, lakin bu uzanma Aİ-ni narahat edir. Mənbələr vurğulayıblar ki, bu səbəbdən Aİ prosesi sürətləndirməyə və ona dəstək verməyə çağırış edir. Aİ həmçinin istisna etmir ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərində dəyişiklik və müəyyən dərəcədə güclənmə baş verə bilər, buna görə də indi hər vasitə ilə tərəflər arasında razılaşmalar əldə olunmasına çalışırlar”.

Proseslərlə bağlı Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan da olduqca maraqlı açıqlama verib. O qeyd edir ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşlə bağlı təxminən bir ay əvvəl Karnegi beyin mərkəzi nə baş verəcəyini qəsdən sızdırdı. Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşün nəticəsi, bir cümlə ilə ifadə edilsə, belədir: Türkiyə Ermənistana müharibəsiz daxil olub: “Karnegidən qəsdən sızdırılan məlumat ondan ibarət idi ki, Zəngəzur dəhlizi artıq Ermənistanın nəzarətində olmayacaq və əvvəlcə ABŞ təşkilatının nəzarətinə veriləcək”. Sabiq erməni deputat bildirib ki, hər şey çox sadədir, bunu başa düşmək üçün siyasi analitik və ya Nostradamus olmaq lazım deyil: “Nikol və müxtəlif kürək çantaları deyirdilər ki, Ermənistanın suveren ərazisinin bir millimetri belə bizim yurisdiksiyamızdan kənarda qalmayacaq. Həmin blef də Əbu-Dabidə pozulub. Onların dediklərinin əhəmiyyəti yoxdur”. Zöhrabyan əlavə edib ki, Paşinyan və İİlham Əliyev Əbu-Dabidə 300 min azərbaycanlının mərhələli şəkildə Ermənistana qaytarılması barədə razılığa gəliblər. Erməni politoloq Artur Xaçikyan qeyd edir ki, azərbaycanlıları Ermənistanda yerləşdirmək üçün ən azı 60 kənd lazımdır: “Əvvəlcə, onların yerləşdirilməsi üçün 60 kəndə ehtiyac var. Ermənistanda bu qədər boş kəndin olduğu məlum deyil. İkincisi, bu adamlar Ermənistanda mülk sahibi olacaqlar və keçmişdəki mülklərini də tələb etməyə başlayacaqlar. Ardından Zəngəzur dəhlizi açılacaq və bununla da Azərbaycanın sərbəst hərəkəti start götürəcək. Bir sözlə, biz böyük bir fəlakətin astanasındayıq”. Bundan öncə isə Ermənistan parlamentinin sədri Alen Simonyanın 300 min azərbaycanlının qayıdışını mümkün hesab etdiyini qeyd edib: “Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər”.“Fakt” erməni nəşri yazıb ki, 2 milyona yaxın əhalinin olduğu ölkədə 300 min azərbaycanlı – yəni əhalinin altıda biri ciddi təhlükədir. Amma reallıqda hansısa təhlükə yoxdur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ