çərşənbə günü, 21 oktyabr 2026
     

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

Image


Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb, eyni zamanda genişmiqyaslı müharibə cinayətləri ilə müşayiət olunub.

Bu cinayətlər beynəlxalq humanitar hüquq normalarının və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması ilə xarakterizə olunur. Ermənistan tərəfindən törədilmiş bu hərbi və qeyri-insani əməllər təkcə Azərbaycan dövlətinə deyil, həm də regionun sülh və təhlükəsizliyinə ciddi təhdid yaradıb. Qeyd edilənlərin real nümunsini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilən müharibə cinayətləri üzrə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində faktiki sübutlar fonunda görmək olar.

Uşaqlar da erməni işgəncələrindən kənarda qalmayıb

Qeyd edək ki, Ermənistanın müharibə cinayətləri əsasən üç mərhələdə həyata keçirilib: Birinci Qarabağ müharibəsi, atəşkəs dövründəki təxribatlar və 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlər. Hər üç dövrdə erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı amansız davranışlar, əsirlərin işgəncəyə məruz qalması, yaşayış məntəqələrinin və mülki obyektlərin məqsədli şəkildə atəşə tutulması, dini və tarixi abidələrin dağıdılması kimi cinayətlər qeydə alınıb.

O da bəllidir ki, ən dəhşətli hadisələrdən biri 1992-ci ildə Xocalıda törədilmiş soyqırımıdır. Bu hadisə nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarlıqla qətlə yetirilib. Onlarla insan diri-diri yandırılıb, başı kəsilib, gözləri çıxarılıb, qadınlara və uşaqlara qarşı qeyri-insani davranışlar göstərilib. Məhz bu halların konkret sübutları, ifadləri barəsində yxarıda qeyd olunan məhkəmədə səsləndirlib. Məsələn, həmin hadisələr zamanı zərərçəkmiş şəxslərən biri olan Xocalı sakini Fərman Məmmədov ifadəsində bildirir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən törədilmiş soyqırımıdan bir gün sonra - fevralın 27-də girov götürülüb. Həmin vaxt 10 yaşı olan zərərçəkmiş girov götürülən zaman bir nəfərin güllələnməsinin şahidi olduğunu söyləyib. Şahid dövlət ittihamçısının suallarına cavabında bildirib ki, onlar 10 gün girovluqda saxlanılıb. Həmin müddətdə özü də daxil olmaqla, bütün azərbaycanlı girovlar döyülüb, işgəncələrə məruz qalıblar. Digər zərərçəkmiş Məhərrəm Nəcəfov ifadəsində Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin şəhərə bir neçə istiqamətdə hücuma keçdiyini xatırladaraq bildirib ki, o və digər sakinlər girov götürülüb: “Məndən başqa, ailəmizin daha 5 üzvü girov götürülmüşdü: atam Əli Nəcəfov, anam Ziba Nəcəfova, bacım Adilə Nəcəfova, qardaşlarım Etibar və Vüqar. Qardaşım 43 gün girovluqda qaldı”. Bununla yanaşı, o vurğulayıb ki, girov götürülən kimi ermənilər avtomat silahının qundağı ilə başından vuraraq onu yerə yıxıblar. Təxminən 30-40 nəfər digər azərbaycanlı ilə birlikdə onları döyə-döyə Xocavənd şəhərinə gətiriblər. Xankəndidə 21 gün ac-susuz saxlanılıb. Digər şəxs Rasim Həsənov ifadəsində 1993-cü il sentyabrın 23-də Ağburun istiqamətində əsir götürüldüyünü söyləyib. O, Xocavənd rayon təcridxanasında, Şuşa həbsxanasında, Xankəndi müvəqqəti saxlama təcridxanasında və Xankəndi şəhər uşaq xəstəxanasında saxlanılıb.Deyib ki, əsirlikdə ona işgəncələr verilib, qızıl dişləri kəlbətinlə çıxarılıb və digər formada əzablara məruz qalıb.

Minlərlə kvadratkilometr ərazi hələ də minalarla çirkləndirilmiş vəziyyətdə qalıb

Ümumiyyətlə, erməni tərəfi müharibə əsirlərinə və girovlara qarşı da qeyri-insani rəftar nümayiş etdirib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesabatlarında azərbaycanlı əsirlərin işgəncəyə məruz qalması, döyülməsi, alçaldılması və bəzi hallarda qətlə yetirilməsi barədə məlumatlar yer alır. Hətta müharibədən sonra saxlanılan bir çox azərbaycanlı əsir hələ də geri qaytarılmayıb, bu isə beynəlxalq konvensiyalara ziddir və cinayət məsuliyyəti doğurur.

Ermənilərin vəhşiliyini zərəçəkmiş şəxslərdən biri olan Nahid Həmidov da təsdiq edir. O, məhkəmə ifadəsində vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib, noyabrın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən Nurlan adlı hərbçi ilə birlikdə əsir götürülüb. 34 gün əsirlikdə saxlanılıb. Əsirlik müddətində onlara müxtəlif işgəncələr verilib. Hazırda ikinci qrup əlildir: “Ayaqyoluna gündə bir dəfə gedirdim. Çünki döyə-döyə aparırdılar. Əsirlikdə olduğum müddətdə iki və ya üç dəfə hamama aparıldım. Həmin vaxt da suya elektrik cərəyanı verirdilər”. Təəssüf ki, belə faktlar olducqa çoxdur. Bununla yanaşı, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti həyata keçirib. Qarabağ və ətraf rayonlarda azərbaycanlı əhalinin tamamilə qovulması, onların evlərinin yandırılması, kəndlərin yerlə-yeksan edilməsi, qəbiristanlıqların dağıdılması və dini abidələrin təhqir olunması bu siyasətin bariz nümunəsidir. Bu əməllər beynəlxalq hüquqa əsasən etnik və dini zəmində ayrı-seçkiliyin və nifrətin təzahürüdür. Bundan əlavə, Ermənistan tərəfindən mülki infrastruktura qəsdən zərər yetirilməsi, su mənbələrinin çirkləndirilməsi, meşələrin yandırılması, mina terroru və ekoloji mühitə qarşı törədilən vandalizm aktları da müharibə cinayətləri siyahısına daxildir. Müharibədən sonra minlərlə kvadratkilometrlik ərazi minalarla çirkləndirilmiş vəziyyətdə qalıb. Bu minalar nəticəsində onlarla mülki şəxs həyatını itirib və ya ağır xəsarət alıb. Ermənistan isə mina xəritələrini tam və dəqiq şəkildə təqdim etməkdən imtina edib, bu da onun humanitar hüquqa hörmətsizliyini göstərir. Təbii ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri unudulmamalı və cəzasız qalmamalıdır. Bu cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymətləndirilməli və beynəlxalq tribunal səviyyəsində araşdırılmalıdır. Əks halda, bu cür cinayətkar davranışlar dünya miqyasında presedent halına gələ bilər və bölgədə davamlı sülhə ciddi maneələr yaradılar.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ