Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı Qismət Yunusoğlu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli Aydın bəy, Sizi, 65 yaşınızın tamam olması münasibəti ilə təbrik edirəm.
Allah-Təaladan dua edirəm ki, Sizə möhkəm can sağlığı versin - Dövlətimiz və Xalqımız naminə götürdüyünüz ağır yükü apara biləsiniz Həyatınız və Ömrünüz boyu... Sizə halal və bərəkətli ocaq nəsib eyləsin ki, qəlbiniz həmişə xeyirli əməllərlə köklənsin, rişə atsın, Sizə səmimi və mehriban Ailə xoşbəxtliyini pay versin ki, gününüz, ayınız və illəriniz firavan keçsin, Sizi haqq yolundan döndərənlərə, ziyan və zərər vermək istəyənlərə isə... Özü tədbir görsün...
Aydın bəy, Siz XXI əsrdə az-az tapılan səmimi və təmənnasız İnsanlardansız... Qələminiz və gözünüz İti, qəlbiniz Zəngin, başınız Uca olsun həmişə...
Allah-Təala Sizi qorusun və Sizdən razı olsun...
Sizi həmişə yad edən – Qismət Yunusoğlu”.