çərşənbə günü, 21 oktyabr 2026
     

“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

Image


Akif Nəsirli: “Bu təxrubatçı məlumatı tirajlamaqla İranı qıcıqlandırmaq məqsədi güdürlər ki, İran qıcıqlanıb cavab versin və nəticədə Azərbaycanla münasibətləri yenidən gərginləşdirsin”

İyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana rəsmi səfəri çərçivəsində SOCAR ilə Suriya hökuməti arasında imzalanan qaz ixracı sazişini Ermənistan mediası qıcıqla qarşılayıb və hadisə ətrafında uyğun olmayan rəylər formalaşdırmağa çalışıb.

Erməni mediası yazır ki, Ankara-Bakı-Dəməşq Enerji Alyansı guya “İranı Suriyanın Qaz bazarından sıxışdıra bilər”.

Erməni mətbuatı bunu tirajlamaqla, əslində İranı qızışdırmaq və bu məsələni pozmaq məqsədi güdür. Başa düşürlər ki, Türkiyə, Azərbaycan, Suriya - bu üçbucaqda enerji əməkdaşlığının qurulması, həyata keçirilməsi Ermənistana çox ciddi ziyanlar vuracaq. Ən azı Ermənistanın regional blokadasını gücləndirə bilər, onlar bundan da narahatdırlar və ona görə İranı da özlərinə qoşurlar.

“...mətbuat vasitəsilə bu prosesi pozmaq cəhdidir”

Erməni mediasının Azərbaycan-Suriya enerji əməkdaşlığından qıcıqlanmasının səbəbləri barədə “Bakı-Xəbər”ə danışan Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, Türkiyənin təklifi ilə Azərbaycanla Suriya arasındakı bu enerji razılaşması müəyyən mənada, hələ ki, siyasi xarakter daşıyır. A.Nəsirlinin fikrincə, siyasi xarakterli olması ondan ibarətdir ki, Ankara Türkiyə-Azərbaycan-Suriya müttəfiqliyinin möhkəmlənməsini, onun üzərindən iqtisadi bağlar da yaranmasını istəyir. “Sözsüz ki, Azərbaycan Suriyaya qazı Avropaya satdığı qiymətə satmayacaq, müəyyən güzəştlər olacaq. Burda Azərbaycanın da maraqları var, Yaxın Şərqdə təsirinin artması üçün belə bir ixracatın, iqtisadi bağın olması siyasi baxımdan vacib şərtlərdən biridir.

O ki qaldı Azərbaycan qazının Suriyaya ixracatı ilə Rusiyanın və İranın təcrid edilməsinə, Suriyaya qaz ixracatından uzaqlaşdırılması iddiasına, Rusiya hazırda Suriyaya qaz ixrac etmir, İran edir.

Bu məlumatı yayan “Kavkazlar”a da diqqət yetirmək lazımdır. Bu xəbəri yayan kanal Rusiyanın nəzarəti altında olan teleqram platformasıdır. Bu məlumatı həmin kanala istinadən yayan da erməni mətbuatıdır. Son zamanlar nə Rusiya bizimlə normal münasibətlərdədir, nə Ermənistan bizə dost gözü ilə baxır. Həm Rusiyanın, həm də Ermənistanın Azərbaycana münasibəti ortadadır, onlar bu təxrubatçı məlumatı tirajlamaqla İranı qıcıqlandırmaq məqsədi güdürlər ki, İran qıcıqlanıb cavab verisin və nəticədə Azərbaycanla münasibətləri yenidən gərginləşdirsin.

Bilirsiz ki, son zamanlar İranla münasibətlərimiz normal məcradadır. İran Prezidenti Məsud Pezeşkian iki dəfə Azərbaycana səfər edib. Eyni zamanda İran-İsrail müharibəsi zamanı Azərbaycanın neytral mövqedə qalması münasibətlərin yumşalmasına, iki qonşu ölkə arasında siyasi-diplomatik münasibətlərin normal məcraya yönəlməsinə səbəb oldu. Azərbaycanla İran arasında münasibətlərin müsbət məcrada inkişafını nə Ermənistan, nə də Rusiya həzm edə bilir. Əslində Azərbaycanla İran arasında siyasi münasibətlərin kəskinləşməsi, bu iki dövlətin bir-birinə yaxınlaşmaması Rusiya ilə Ermənistanın marağındadır. Ona görə də “Azərbaycan-Türkiyə-Suriya ittifaqının İrana zərəri dəyəcək”, yaxud “İran Suriyanın enerji bazarından sıxışdırılıb çıxarılacaq” kimi iddialar tamamilə əsassızdır. Bu, Ermənistanın və Rusiyanın mətbuat vasitəsilə bu prosesi pozmaq cəhdidir”-deyə A.Nəsirli qeyd etdi.

A.Nəsirli vurğuladı ki, Azərbaycan bu ölkəyə Suriyanın tam tələbatını ödəyəcək həcmdə qaz satmayacaq, Suriyaya qaz güzəştli qiymətlərlə veriləcək, əslində bu, yardım xarakteri daşıyır. “Ona görə də Suriya həm Azərbaycandan qaz alacaq, həm də İrandan qaz almağı davam etdirəcək. Hətta ehtimal var ki, Suriya İrandan aldığı qazın həcmini artırmaq istiqamətində müəyyən təkliflər verəcək, müəyyən tədbirlər həyata keçirəcək.

Erməni mediasının təqdim etdiyi bu “təhlil”, bu məlumat tamamilə qərəzlidir və Azərbaycanla İran arasında münasibətlərin kəskinləşməsini tətikləməyə xidmət edir. Əslində isə başdan-başa dezinformasiyadır” - deyə A.Nəsirli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ