ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

Rusiyaya Ukrayna ilə sülh sazişi imzalamaq üçün 50 günlük möhlət verən ABŞ prezidenti Donald Trampın bəyanatlarından sonra bütün diqqətlər Kiyevə hərbi yardıma yönəlib.
Bildirilir ki, Vaşinqton administrasiyası ilkin olaraq NATO müttəfiqlərinə 10 milyard dollar dəyərində silah satacaq, onun bir hissəsi müttəfiqlər tərəfindən birbaşa Ukraynaya göndəriləcək.
“Axios” xəbər saytına danışan planlarla tanış olan rəsmilərdən biri, Trampın Ukraynaya silah tədarükünü elan etməsindən sonra bu planın təfərrüatlarını paylaşıb. Rəsmi, Tramp administrasiyasının ilkin olaraq təxminən 10 milyard dollar dəyərində silah təklif edilməklə NATO, ölkələrinə geniş miqyaslı silah satışı hazırladığını iddia edib.
Silahların bir hissəsinin birbaşa Ukraynaya göndərəcəyini bildirən mənbə, plana Rusiyanın dərinliklərini vura biləcək uzaqmənzilli raketlərin də daxil ediləcəyini bildirib.
ABŞ prezidenti Tramp Ağ Evdə NATO baş katibi Mark Rutte ilə mətbuat konfransında 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma olmayacağı halda Rusiyaya tarifləri 100 faiz artıracağını açıqlayıb. Tramp Ukraynaya göndəriləcək silahları ABŞ-ın istehsal edəcəyini, xərclərinin isə NATO müttəfiqlərinin ödəyəcəyini bildirib.
TAHİR