çərşənbə günü, 21 oktyabr 2026
     

Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

Image


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 14-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs - Xocalı sakini Fərman Məmmədov ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən törədilmiş soyqırımıdan bir gün sonra - fevralın 27-də girov götürüldüyünü bildirib. Həmin vaxt 10 yaşı olan zərərçəkmiş girov götürülən zaman bir nəfərin güllələnməsinin şahidi olduğunu söyləyib. F.Məmmədov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, onlar 10 gün girovluqda saxlanılıb. Həmin müddətdə özü də daxil olmaqla, bütün azərbaycanlı girovlar döyülüb, işgəncələrə məruz qalıblar.

Zərərçəkmiş Məhərrəm Nəcəfov ifadəsində Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin şəhərə bir neçə istiqamətdə hücuma keçdiyini deyib. O və digər sakinlər girov götürülüb. “Məndən başqa, ailəmizin daha 5 üzvü girov götürülmüşdü: atam Əli Nəcəfov, anam Ziba Nəcəfova, bacım Adilə Nəcəfova, qardaşlarım Etibar və Vüqar. Qardaşım 43 gün girovluqda qaldı”, – deyə o vurğulayıb.

Deyib ki, girov götürülən kimi ermənilər avtomat silahının qundağı ilə başından vuraraq onu yerə yıxıblar. Təxminən 30-40 nəfər digər azərbaycanlı ilə birlikdə onları döyə-döyə Xocavənd şəhərinə gətiriblər. Xankəndidə 21 gün ac-susuz saxlanılıb. Martın 18-də Azərbaycan tərəfinə təhvil verilib.

Rasim Həsənov ifadəsində 1993-cü il sentyabrın 23-də Ağburun istiqamətində əsir götürüldüyünü söyləyib. O, Xocavənd rayon təcridxanasında, Şuşa həbsxanasında, Xankəndi müvəqqəti saxlama təcridxanasında və Xankəndi şəhər uşaq xəstəxanasında saxlanılıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, əsirlikdə ona işgəncələr verilib, qızıl dişləri kəlbətinlə çıxarılıb və digər formada əzablara məruz qalıb. 1995-ci il dekabrın 11-də Azərbaycana təhvil verilib.

Süleyman Hüseynov ifadəsində yaşadığı Ağdam rayonunun Qiyaslı kəndinin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən tank və avtomat silahlarla atəşə tutduğunu deyib. Avtomat silahının qundağı və təpiklə onu, eləcə də digər sakinləri vəhşicəsinə döyüblər. Ermənilər onu, kənd sakinlərindən Qalibi, həyat yoldaşı Gülsəbanı, İsanı, Rüxsarəni, Cəbrayılı və daha 10-15 nəfəri döyə-döyə “VAZ” avtomobilinə mindiriblər. Onlar həmin vaxt işğal altında olan olunmuş Ağdam rayonunun Cinli kəndində bir tövləyə salınıblar. Orada onları 3-4 gün saxlayıb, yemək və su vermədən dəhşətli işgəncələrə məruz qoyublar. Oğlanlarına və anasına onun gözləri qarşısında işgəncələr verilib. Girovluqda olarkən Xocalıda və Ağdam şəhərində də saxlanılıblar.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, girovluqda olarkən sol çiyninə avtomat silahının qundağı ilə endirilən möhkəm zərbələr nəticəsində xəsarət alıb.

Digər zərərçəkmiş – S.Hüseynovun oğlu Cəmaləddin Hüseynov ifadəsində girov götürülərkən başının arxasından avtomat qundağı ilə aldığı zərbədən huşunu itirdiyini deyib. Həmin vaxt onun 12 yaşı olub. O, Əsgəranda, Xankəndidə və Şuşa həbsxanasında saxlanılıb. Girovluq zamanı ona və digər girovlara işgəncə verilib. Şuşa həbsxanasında əsir və girovlara işgəncə verənlərdən “Alyoşa” və “Mak” kimi çağırılan ermənilərin adlarını xatırlayıb.

Gülcamal Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal edən zaman yaşadıqları Günəşli kəndindən yük maşını ilə çıxdıqlarını bildirib. Maşında 24 nəfər olub. “Tunel”in çıxışında yük maşını atəşə tutulub. Avtomobildəki azərbaycanlı mülki şəxslərin əksəriyyəti yaralanıb. G.Hacıyeva həmin vaxt hamilə imiş. O, övladını girovluqda dünyaya gətirib. Baxımsızlıq və şəraitsizlikdən xəstələnən və inkişafdan qalan övladl girovluqdan xilas olunduqdan sonra vəfat edib. Həmin vaxt digər qohumları ilə yanaşı, iki qardaşı da girov götürülüb. Qardaşlarından biri Şuşa həbsxanasında döyülməsi nəticəsində görmə qabiliyyətini itirib.

O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, Xankəndidə uşaq xəstəxanasında, daha sonra isə uşaq bağçasında saxlanılıb. Həmin vaxt əsirlikdə və girovluqda ölən azərbaycanlıların meyitlərini gördüyünü, meyitlərin maşınla aparılmasına şahid olduğunu söyləyib. Bildirib ki, girovluqda saxlanılarkən ona və digər əsir və girovlara işgəncə verilib. İşgəncə verənlərdən Gena Vaskanyanın adını xatırlayır. İlyarımdan sonra Azərbaycana təhvil verilib.

Namiq Qarayev ifadəsində 1993-cü il sentyabr ayında Azərbaycanın suveren ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlər zamanı əsir götürüldüyünü bildirib. O, əsirlikdə olduğu müddətdə işgəncələrə məruz qaldığını deyib. Əvvəlcə Şuşa həbsxanasında saxlanılıb, sonra Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıb və orada ona işgəncələr berilməkdə davam edib. O və digər əsirlər, həmçinin ferma tikməyə məcbur edilib. Onlar bir neçə ay orada saxlanılıb və fiziki işgəncələrə, ləyaqətlərini alçaldan rəftara məruz qalıblar. Xankəndi şəhər xəstəxanasında bir aya yaxın müalicə edildikdən sonra 1995-ci il avqustun 23-də o və Hidayət adlı azərbaycanlı Azərbaycan tərəfinə təhvil verilib.

Zərərçəkmiş Valeh Hüseynov qohumları ilə Xocalıda yaşadığını, soyqırımı zamanı güllə yarası alaraq girov götürüldüyünü deyib. Hadisə barədə danışan Valeh Hüseynov bildirib ki, həyat yoldaşı Ermənistan silahlı qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib. O, həyat yoldaşının meyitini qoyub getməyib. Nəticədə yaralanıb və girov götürülüb.

Həmçinin soyqırımı zamanı mülki şəxslərin qarşısının hərbi texnika ilə kəsilməsinin, onların atəşə tutulmasının, öldürülməsinin şahid olduğunu diqqətə çatdırıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında deyib ki, Əsgəranda girovluqda olarkən ona və digər girovlara işgəncə verilib. Gitara ifaçısı olduğunu biləndən sonra kəlbətinlə onun dırnaqları çıxarılıb, barmaqları sındırılıb, əli sobaya salınıb. Ona və digər girovlara işgəncə verənlərdən Manvel, Qarik, Slavik və digərlərinin adlarını xatırlayır. İyirmi yeddi gündən sonra Azərbaycana təhvil verilib.

Mahir Qarayev isə ifadəsində Horovlu kəndində 6 nəfərlə birlikdə əsir götürüldüyünü bildirib. Əsirlikdə ona müxtəlif işgəncələr verilib, qeyri-insani rəftara məruz qalıb.

Xəlil Hadıyev 1994-cü il aprelin 18-də girov götürüldüyünü söyləyib. Xankəndiyə aparılaraq işgəncələrə məruz qalıb. 1994-cü ilin sentyabr ayında 6 nəfər azərbaycanlı ilə birlikdə girovluqdan qaçıb.

Elxan Ələkbərov ifadədində 1992-ci il fevralın 12-də Kəlbəcərdə əsir götürüldüyünü qeyd edib. Əsirlikdə olduğu 1 il 10 ay müdddətində onunla çox pis davranılıb, işgəncələrə məruz qoyulub. İşgəncə vermiş ermənilərdən Slaviki və Kareni xatırlayır.

Etibar Abışov ifadəsində yaşadığı Ağdam rayonunun Tərnöyüt kəndində girov götürüldüyünü bildirib. Əsgəranda və Şuşada saxlanılıb, işgəncələrə məruz qalıb. Bir ay 4 gün sonra azad edilib. O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında girovluq müddətində məcburi əməyə cəlb olunduğunu da bildirib.

Nahid Həmidov ifadəsində vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib, noyabrın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən Nurlan adlı hərbçi ilə birlikdə əsir götürülüb. 34 gün əsirlikdə saxlanılıb. Əsirlik müddətində onlara müxtəlif işgəncələr verilib. Hazırda ikinci qrup əlildir. “Ayaqyoluna gündə bir dəfə gedirdim. Çünki döyə-döyə aparırdılar. Əsirlikdə olduğum müddətdə iki və ya üç dəfə hamama aparıldım. Həmin vaxt da suya elektrik cərəyanı verirdilər”, - deyə o bildirib.

Məhkəmədə, həmçinin Nahid Həmidov və Nurlan Əlizadə əsir götürülərkən verilən işgəncələrlə bağlı ermənilərin özlərinin çəkdikləri videokadrlar nümayiş etdirilib.

Ardınca zərərçəkmiş şəxs Nurlan Əlizadə ifadə verib. O, özündən əvvəl ifadə vermiş N.Həmidovun dediklərini təsdiqləyib. Bildirib ki, onları əsir götürən ermənilərin sayı təxminən 10 nəfər olub. “Verilən işgəncələr nəticəsində başımdan xəsarətlər almışam, burnum sındırlıb, ayağımda xəsarətlər var. Vətən müharibəsində yaralanmamışdım, amma əsirlikdə xəsarətlər aldım. İşgəncələr, verilən əzablar nəticəsində orada olan müddətdə övladımın adını da yadımdan çıxartmışdım”, - deyə o əlavə edib.

Tərlan Pənahov ifadəsində Daşkəsən rayonunda hərbi xidmətdə olarkən 1995-ci ildə əsir götürüldüyünü deyib. 10 gün sonra Azərbaycana təhvil verilib. Əsirlikdə işgəncələr və döyülmə nəticəsində aldığı xəsarətlərə görə hospitalda müalicə olunub.

Aydın Gülmalıyev ifadəsində qeyd edib ki, 2021-ci il yanvarın 29-da Laçında hərbi xidmət keçərkən hərbçi yoldaşı Cavidan Qasımovla birlikdə dumanda yolu azıb, nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb.

Onlar İrəvan şəhərinə aparılıb. Əsirlikdə olarkən o və hərbçi yoldaşı təhqir edilib, döyülüb, işgəncələrə məruz qalıb. Yanvarın 31-də Azərbaycan tərəfinə təhvil verilib.

İsmət Əzizov ifadəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin sakinlərinin kənddən 3 kilometr aralıda kahalara sığındığını, 1993-cü il aprelin 18-də Ermənistan silahlı qüvvələri hərbçilərinin kahalarda olan mülki şəxslərin 12 nəfərini öldürdüyünü, 14 nəfərini isə girov götürdüyünü qeyd edib.

Məzahir Abbasquliyev Başlıbel kəndində baş verənlərlə bağlı İ.Əzizovun dediklərini təsdiqləyib, əlavə edib ki, hadisə zamanı boğazında yaralanıb.

Nazim Bayramov ifadəsində 1991-ci il dekabrın 26-da yaşadığı Əmirallar kəndi istiqamətində girov götürüldüyünü bildirib. Girov saxlanıldığı 12 gün müddətində vəhşicəsinə döyülüb, ona və digər azərbaycanlı girov və əsirlərə işgəncələr verilib.

Vidadi Hüseynov və Məhərrəm Nuriyev ifadələrində 1991-ci il avqustun 29-da yaşadığı Füzuli rayonunun Aşağı Veysəlli kəndində digər həmyerliləri ilə birlikdə düşmənin 11-12 silahlısı tərəfindən girov götürüldüyünü deyiblər. Döyülüblər, işgəncələrə məruz qalıblar. Sentyabrın 5-də Azərbaycan tərəfinə təhvil veriliblər.

Vaqif Məmmədov və İntiqam Teymurov onların dediklərərini və ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib.

Gülnarə Soltanova ifadəsində 1993-cü il oktyabrın 30-da düşmən tərəfindən girov götürüldüyünü, işgəncələrə məruz qaldığını, 5 ay 8 gün sonra Azərbaycana təhvil verildiyini diqqətə çatdırıb.

İfadə verən digər zərərçəkmiş şəxslər Eldar Babayev, Natiq Abbasov, Elbrus Əhmədov, Rövşən Nuriyev, Ədalət Nəsibov, Nizami Rzayev, İbrahim Quliyev və Ziyəddin Quliyev müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələrinin hərbçiəri tərəfindən girov götürüldüklərini, müxtəlif işgəncələrə məruz qaldıqlarını deyiblər. Onlardan Z.Quliyev uzun müddət İrəvanda saxlanılıb. O, girovluqda 1 il 7 ay saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Emin Yaqubov ifadəsində 1990-cı martın 7-də rus hərbçilərin müşayiətilə Qafan şəhərinə rabitə xəttini düzəltmək üçün gedərkən girov götürüldüyünü bildirib. O, orada döyülüb, daha sonra milis idarəsinə aparılıb və orada yenidən döyülüb. “Keçmiş sovet hərbçilərinə deyirdilər ki, türkləri buraya niyə gətirmisiniz?”, - deyə E.Yaqubov ifadəsində bildirib. O, səhəri gün azad edilib.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 17-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ