çərşənbə günü, 21 oktyabr 2026
     

Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

Image


Son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir. Bu barədə Azərbaycanın Mətbuat Şurasının beynəlxalq ictimaiyyətə müraciətində deyilir.

“İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılması və suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar aparılır. Başqa ölkələrin daxili işlərinə müdaxilə olan belə hərəkətlər yerli ictimai institutların fəaliyyətini pozur və hakimiyyətlərə etimadın səviyyəsini azaldır. Bu praktika Rusiyanın “Sputnik” agentliyinin və onun əməkdaşlarının fəaliyyətində özünü daha çox büruzə verir, – müraciətdə qeyd olunur.

Mətbuat Şurasının bəyanatında vurğulanır ki, Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna cavab olaraq, hadisələrin obyektiv mənzərəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edirik.

“Əvvəla, məktubda faktlar kobud şəkildə təhrif edilir ki, bu da beynəlxalq ictimai rəyi aşkar surətdə manipulyasiya etmək cəhdindən xəbər verir. Açıq məktubda yer alan ifadələrin əksinə olaraq, “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun saxlanılmasının onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Xüsusi vurğulanmalıdır ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Bu baxımdan onların saxlanılması mövcud qanunvericiliyə tam uyğun və qanuni müstəvidə həyata keçirilən hüquqi tədbirdir”, – müraciətdə bildirilir.

Qeyd olunur ki, vəziyyəti daha dolğun şəkildə başa düşmək üçün diqqəti bir fakta cəlb etmək istərdik.

“Sputnik Azərbaycan”a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib. Bundan əvvəl o, “Sputnik Cənubi Osetiya” agentliyinə, daha sonra isə “Sputnik Moldova”ya başçılıq edib. O, bu vəzifələrdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarından yararlanaraq, Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyalarına rəhbərlik edib.

Təxribat fəaliyyətinə görə Denisov Azərbaycandan və Moldovadan qovulub, bu isə bir daha təsdiq edir ki, cəmiyyəti məlumatlandırmaqdan uzaq olan vəzifələr çox vaxt jurnalist fəaliyyəti adı altında həyata keçirilir. Söhbət onları qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdlərindən gedir.

“Sputnik” kimi psevdomedia strukturlarından alət kimi istifadə edən xüsusi xidmət orqanlarının bu cür iş üsulları suveren dövlətlərdə vəziyyətin sabitliyini pozmağa yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir. Bu, Avropa Şurası, Avropa Parlamenti, “EUvsDisinfo” və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında öz təsdiqini tapır. Onlar “Sputnik”in sadəcə bir xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxiləyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğunu qeyd edirlər.

Bu baxımdan “Sputnik”in fəaliyyətinə beynəlxalq ictimaiyyətin reaksiyası tamamilə təbiidir: agentliyin fəaliyyəti 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 dövlətinin hamısında, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada rəsmi olaraq qadağan edilib və ya bloklanıb. Rusiya Jurnalistlər İttifaqının öz ölkəsi daxilində jurnalistlərin təqib edilməsi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, əslində bu aktual məsələləri lazımi diqqətdən kənarda qoyması dərin çaşqınlıq doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbsləri, onlara sistemli təzyiqlər ictimai-siyasi diskursun son həddindədir”, – deyə vurğulanır.

Mətbuat Şurası bildirir ki, 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalistin öldürüldüyü barədə beynəlxalq jurnalist və insan haqları təşkilatlarının məlumatları da vəziyyətin nə qədər ciddi olduğunu təsdiqləyir.

“Eyni zamanda, bunun onların peşəkar fəaliyyəti ilə bağlı olduğuna dair əsaslı şübhələr var. Üstəlik, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalistin saxlanılması və həbs olunması söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə nümayiş etdirir. Beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında mütəmadi olaraq Rusiyada müstəqil jurnalistikanın genişmiqyaslı azalması qeyd olunur və ekspertlər təxminən 60-70 faiz rəqəmlərə istinad edirlər. Oxşar nəticələrə mötəbər mənbələrin materiallarında da istinad edilir ki, bu da ölkədə söz azadlığının boğulması istiqamətində sistemli və köklü tendensiyanın olduğunu göstərir”, – müraciətdə qeyd olunur.

Beləliklə, Yuri Şçekoçixin, Anna Politkovskayanın, Pavel Şeremetin, Pavel Xlebnikovun və bir çox başqa tanınmış jurnalistlərin səs-küylü qətli ilə bağlı məsələlər hələ də siyasi motivlərə görə açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyası başlayandan sonra media üzərində senzura xeyli güclənib, istənilən alternativ mövqe fəal şəkildə yatırılır, öz fikirlərini bildirməyə çalışan jurnalistlər təqib olunur və həbs edilir.

Mətbuat Şurası bəyan edir ki, yuxarıda qeyd edilən faktlara baxmayaraq, Rusiya Jurnalistlər İttifaqı öz ölkəsində real risklərə məruz qalan müstəqil jurnalistlərin müdafiəsində eyni əzmkarlıq nümayiş etdirmək əvəzinə, casusluqda şübhəli bilinənləri dəstəkləməyə üstünlük verir.

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları, ilk növbədə, Rusiya Jurnalistlər İttifaqının təmsil etdiyi guya müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrildiyi barədə düşünməlidir.

Biz beynəlxalq jurnalist və insan haqları təşkilatlarını bu cür informasiya təxribatına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadəni qətiyyətlə pisləməyə çağırırıq”, – müraciətdə bildirilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ