çərşənbə günü, 21 oktyabr 2026
     

Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

Image


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 11-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Mehriban Bəkirova ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, Xankəndiyə aparılaraq orada 10 gün girov saxlanıldığını bildirib. Həmin vaxt onun 4 azyaşlı övladı, o cümlədən bir neçə günlük Günay adlı körpəsi olub. Yaşyarımlıq oğlu başından qəlpə xəsarəti alıb. Girovluqda işgəncələrə məruz qalıb, ondan Xocalı aeroportunda polis qismində çalışan həyat yoldaşı Abdulla Həmzəyev barədə məlumatlar tələb edilib. Qızı Günay girovluqda zərbələr alması səbəbindən 15 yaşında dünyasını dəyişib.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında soyqırımından əvvəl də Xocalının mütəmadi olaraq atəşə tutulduğunu, buna görə də zirzəmiyə sığındıqlarını, körpəsini fevralın 23-də zirzəmidə dünyaya gətirdiyini söyləyib. Bildirib ki, girovluqda olarkən körpəsi ondan alınıb. Üç gün sonra Viktoriya adlı qeyri-erməni millətindən olan qadın körpəsini taparaq yanına gətirib.

Bu zaman məhkəmədə jurnalist Viktoriya İvlevanın (müxtəlif qəzetlərdə çalışmış hərbi fotomüxbir Viktoriya İvlevanın Xocalıda çəkdiyi fotolar “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabında da yer alıb – red.) “Moskovskiye novosti” qəzetində dərc olunmuş, özünün də fotosu yer alan qəzet səhifəsi nümayiş etdirilib. M.Bəkirova onlara kömək edən qadının fotodakı şəxs olduğunu təsdiqləyib.

Xocalı şəhər sakini Mürsəl İlyasov bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hücum edəndə o və ailə üzvləri qonşuları Osman Həmdiyevin zirzəmisinə sığınıblar. Həmin vaxt orada 4 ailənin üzvləri, ümumilikdə 26 nəfər olub. Zirzəmiyə qumbara atılıb, ora atəşə tutulub. Nəticədə o, üzündən, sol qolundan və sağ əlinin barmaqlarından xəsarətlər alıb. Yaşadığı küçədəki evlərin əksəriyyəti, o cümlədən onların evi yandırılıb, 92 yaşlı nənəsi də evdə yanaraq ölüb. Zərərçəkmişin atası Məhəmməd İlyasov gözlərinin qarşısında güllələnib. Qardaşı Əhməd İlyasov da Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb.

Ermənistan silahlı qüvvələri onları girov götürüb Xankəndiyə aparıblar. M.İlyasov dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında bildirib ki, girovluqda olan zaman işgəncələrə məruz qalıb, döyülüb. Bir neçə gün sonra Azərbaycan hərbçilərinə təhvil verilib.

Zərərçəkmiş şəxs Əlövsət Quliyev bildirib ki, Xocalı şəhərində ailəsi ilə yaşayıblar. 1992-ci ildə soyqırımından əvvəl – yanvarın 21-də postda olarkən ermənilər tərəfindən açılan atəş nəticəsində başından güllə ilə yaralanıb. Fevralın 25-dən 26-na keçən gecə şəhərə hücum edilərkən zirzəmidə gizlənib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında bildirib ki, Ermənistan silahlı qüvvələri şəhərə daxil olarkən oranı tək edərək Ağdam rayonuna gəlib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əvəz Abbasov Kərkicahan sakini olduğunu, 1989-cu ildə ermənilərin onun və qardaşının üzərinə qumbara atdığını deyib. O, bildirib: “Mən üçüncü sinif şagirdi idim, qardaşım Eyvaz birinci sinifdə oxuyurdu. Bir qrup şəxs yaxınlaşıb dedi ki, biz azərbaycanlılardan qisas alacağıq. Mən kömək üçün adam çağırmaq istəyəndə üstümüzə qumbara atdılar. Qardaşım həlak oldu, mən isə ağır yaralandım. Şuşa, Ağdam və Bakı xəstəxanalarında müalicə olundum”.

Digər qardaşının da ermənilər tərəfindən güllələndiyini deyən Ə.Abbasov onun sonradan Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.

Qiyas Alıyev ifadəsində Kəlbəcər rayonunun Ağdaban kənd sakini olduğunu, 1992-ci il aprelin 8-də Ermənistan silahlı qüvvələrinin kəndə hücumu zamanı ağır güllə yarası aldığını bildirib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, kənddə evlər yandırılıb, mülki şəxslər, o cümlədən qohumları qətlə yetirilib. Kənd sakinlərindən 4 nəfəri tankla əzib qətlə yetiriblər.

“Hadisə zamanı hamı evdən çıxıb. Əmim baxıb ki, 5 yaşlı qız çıxmayıb. Girib evə, qızı kürəyinə alıb çıxanda qapının ağzında, onların ikisinə bir güllə vurulub. Əmim həlak olub, qız isə yaralı idi, can verirmiş. Onu aparıb yaxınlıqdakı torpağı qazıb, yaralı vəziyyətdə oraya basdırmışdılar. Həmin vaxt əmimgilin bir qonşusu yaxınlıqda gizlənib, baş verənləri görürmüş. Erməni hərbçilər getdikdən sonra qonşu onların basdırıldığı yeri qazıb və qızın meyitini çıxarıb”, - deyə o əlavə edib.

Sadıq Rəhimov ifadəsində 1991-1993-cü illərdə Azərbaycan ərazilərinin müdafiəsi üçün döyüşlərdə iştirak etdiyini, Suqovuşanda yaralandığını deyib. “Orada Yevlaxdan olan yaralı bir əsgərin üstündən ermənilərin tankla keçdiyini görmüşəm”, - zərərçəkmiş əlavə edib.

Tünzalə Paşayeva ifadəsində Xocalı sakini olduğunu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin şəhərə hücum etdityini bildirib. O, ailə üzvlərilə Kətik meşəsinə sığınıb, sonra isə girov götürülüblər.

Girov götürülməzdən əvvəl Ermənistan silahlı qüvvələrinin hərbçiləri onun bibisoğlu Mehdi Həsənovu güllələyib qətlə yetiriblər.

Zərərçəkmiş şəxs Validə Nəsibova ifadəsində Xocalı soyqırımı zamanı yaralandığını bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında hadisələr zamanı qardaşının iki övladının öldürüldüyünü, anasının, gəlinlərinin yaralandığını söyləyib və deyib: “Mənim öz uşağım meşədə qalmışdı. Bir sutkadan sonra donmuş vəziyyətdə gətirdilər”.

Rəşad Əliyev ifadəsində 1992-ci ildə azyaşlı ikən Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib.

Müşfiq Sadıqov ifadəsində Xocalı soyqırımı zamanı atasının yaralandığını, yaxın qohumlarının qətlə yetirildiyini bildrib. O, hadisələr zamanı digər mülki insanların da öldürüldüyünü, evlərin talan olunduğunu və yandırıldığını, sağ qalanların müxtəlif üsullarla aldadılaraq girov götürüldüyünü söyləyib: “Məsələn, ermənilər qaz borusunu deşib yandırmışdılar, özləri də gizlənmişdi. Soyuq havada qızınmağa gələn mülki azərbaycanlıları dərhal girov götürürdülər”.

Samirə Ələsgərova ifadəsində 1998-ci il avqustun 26-da atası Mirzə Ələsgərovla birlikdə Tovuz rayonunun Şıxheybət kəndində, özlərinə məxsus əkin sahəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. Üç gün sonra Azərbaycan tərəfə təhvil veriiblər.

Elfaq Hacıyev ifadəsində bildirib ki, 1993-cü il iyunun 12-də Azərbaycan ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlərdə Ağdamın Mərzili kəndində yaralanıb və Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb. Əsirlikdə olarkən ona çoxlu işgəncələr verilib, o cümlədən sinəsinə xaç çəklib, qızıl dişləri zorla çıxarılıb. Şuşa həbsxanasında işlədilən zaman dəmir borunu erməni nəzarətçinin göstərdiyi yerə qoyarkən onu elektrik cərəyanı vurub. O, huşunu itirib. Gözlərini açanda Xankəndidəki uşaq xəstəxanasında olduğunu bilib. Əsirlikdə 9 ay 18 gündən sonra Azərbaycana təhvil verilib.

Zərəçəkmiş Umud Ayvazov ifadəsində Azərbaycan ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlərdə Çənlibel adlı ərazidə yaralandığını söyləyib.

Mətləb Allahverdiyev ifadəsində Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini oduğunu, 1993-cü il mayın 16-da ailəsinə məxsus kartof sahəsində işləyərkən özünün, atası Şiraslanın, qardaşı Kamilin, Şakir Kazımovun və Faiq Həsənovun girov götürüldüyünü bildirib. Onlar təxminən 25 gün Azərbaycanın həmin vaxt Ermnistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində saxlanılıb, daha sonra İrəvana aparılıb. Girovluq müddətində M.Allahverdiyevə və digər azərbaycanlı girovlara işgəncələr verilib, onlar vəhşicəsinə döyülüb. 1993-cü il sentyabrın 28-də Azərbaycana təhvil verilib.

Arif Musayev ifadəsində 1992-ci il mayın 10-da Tovuz rayonun Əlibəyli kəndində Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində yaralandığını bildirib və əlavə edib: “On dəfə əməliyyat olunmuşam, hələ də ağrılarla yaşayıram”.

İfadə verən zərərçəkmişlər - Xaliq İsgəndərov və Eldar Qasımov 1992-ci, Namiq Nağıyev isə 1993-cü ildə yaşadıqları Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində xəsarət aldıqlarını bildiriblər. E.Qasımov minaatan mərmisinin partlaması nəticəsində sağ gözünü itirib.

İdris Aslanov ifadəsində 1996-cı ildə Tovuz rayonunda mal-qaranı örüşdə otararkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürüldüyünü deyib. O, girovluqda döyülüb, işgəncələrə məruz qalıb. Bir ay sonra girovluqdan azad olunaraq geri qaytarılıb.

Novruz Novruzov ifadəsində Azərbaycan ərazilərinin müdafiəsi uğrunda döyüşərkən əsir götürüldüyünü, əsirlikdə işgəncələrə məruz qaldığını, təxminən 20 gün sonra Azərbaycana təhvil verildiyini deyib.

Yaşar Tağıyev ifadəsində 1992-ci və 1993-cü illərdə Azərbaycan ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlərdə yaralandığını söyləyib.

Rauf Mehtiyev ifadəsində 15 yaşı olarkən mal-qara heyvan otararkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, girovluqda 18 gün qaldığını bildirib.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını cavablandırıblar.

Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ