"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

ABŞ Azərbaycan və Ermənistanın sülh prosesinin irəliləməsini istiqamətində davam edən səylərini dəstəkləyir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə baş tutan görüşlə bağlı sualı cavablandırarkən deyib.
"Biz Cənubi Qafqazda sülh və sabitliyin təşviqi istiqamətində səyləri dəstəkləyirik", - deyən Bryus bildirib ki, Vaşinqton KİV-lərdə dərc olunan müvafiq xəbərlərini izləyir: “Hazırda bizim paylaşacaq əlavə məlumatımız yoxdur”.
Departament sözçüsü hazırki ABŞ administrasiyasının mövqeyini də açıqlayıb. "Bildiyiniz kimi, prezident Tramp və dövlət katibi Rubionun yanaşması öz sözünü deyir. Prezidentin Nazirlər Kabinetinin bu yaxınlarda keçirilən iclasında söylədiyi fikirlər administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi", - deyə o bildirib.
TAHİR