çərşənbə günü, 21 oktyabr 2026
     

"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

Image


"Biznesmen Samvel Karapetyanın yaratdığı yeni qüvvə ətrafında konsolidasiya və ya əməkdaşlığı istisna etmirəm". Bunu jurnalistlərlə söhbətində müxalifətçi deputat, Ermənistan Respublikaçılar Partiyasının üzvü Tiqran Abramyan deyib. Onun sözlərinə görə, ilk növbədə, onlar ayrı-ayrı şəxslər ətrafında deyil, ideyalar ətrafında birləşirlər: "Samvel Karapetyanın şəxsiyyətini və onun müxtəlif Ermənistan Respublikaçılar Partiyasının xadimləri, o cümlədən onun lideri Serj Sarkisyanla münasibətlərini nəzərə alsaq, təbii ki, oturmaq, danışmaq, müzakirə etmək imkanı var. Amma hələlik, biz özümüzü qabaqlamamalıyıq".

Qeyd edək ki, Samvel Karapetyan istintaq təcridxanasından verdiyi son mesajında ​​bildirmişdi ki, prinsipial olaraq yeni qüvvə ətrafında birləşməyin, vahid yumruğa çevrilməyin vaxtı çatıb. Onu da xatırladaq ki, Erməni Apostol Kilsəsini öz bildiyi metodla müdafiə edəcəyini ehtiva edən bəyanatından sonra Samvel Karapetyan hakimiyyəti zorakılıqla ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib. Saxlandığı təkadamlıq kameradan mütəmadi olaraq müxtəlif mesajlar göndərən “Tashir Group”un sahibi artıq konkret siyasi prosesə başlamaqdan da danışıb. Karapetyan yeni qüvvənin formalaşdığını və onun ətrafında müxtəlif qüvvələrin cəmlənməli olduğunu açıqlayıb. Vəkilləri vasitəsilə iş adamı cəmiyyətə aşağıdakı mesajı ünvanlayıb: “Yeni qüvvə ətrafında birləşməyin, vahid yumruq olmağın vaxtı çatıb. Mən bütün bunları necə edəcəyimi bilirəm. Və biz bunu birlikdə edəcəyik. Nikol Paşinyan və onun hökumətinin Ermənistanla heç bir əlaqəsi yoxdur və bundan sonra da onların erməni xalqının gələcəyi ilə heç bir əlaqəsi olmamalıdır”. Samvel Karapetyanın yeni yaradılmış siyasi hərəkatına kimin rəhbərlik edəcəyi hələ dəqiq bəlli olmasa da, artıq bu istiqamətdə də işlər aparılır. Bunu iş adamının qardaşı oğlu, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin Direktorlar Şurasının sədri Narek Karapetyan da təsdiq edib. O qeyd edib ki, yaxın vaxtlarda bütün suallara cavab veriləcək: “Biz bununla bağlı açıqlamalar verəcəyik. Gələcəkdə ictimaiyyəti maraqlandıran bütün sualların cavabı olacaq”. Məsələ ilə bağlı Ermənistanın “Hraparak” qəzeti də yazıb ki, Karapetyan komandasının tərkibində siyasi qüvvənin formalaşdırılması üzrə başlanılan işlər fonunda media orqanın açılması da nəzərdə tutulur. Bununla komanda öz təbliğatını qurmağa da xüsusi diqqət etdiyini nümayiş etdirib. Erməni siyasi şərhçi Akop Badalyan diqqəti ona yönəldir ki, Samvel Karapetyan siyasi baxımdan deyil, resurslar baxımından kifayət qədər güclü fiqurdur. O xatırladır ki, Ermənistanda böyük resurs sahibi birinin siyasi səhnəyə atıılması birinci dəfə deyil. Müəyyən bir dövrdə iş adamı Haqik Çarukyan bunun nümunəsini yaradıb. Amma Samvel Karapetyan, analitikin fikrincə, Çarukyandan daha böyük fiqurdur və ona görə də proseslər fərqli, rusiyalı iş adamı Paşinyan hakimiyyəti üçün riskli ola bilər: “Biz bilirik ki, ictimaiyyətin təxminən 60-70 faizi siyasətdən uzaqlaşır, heç bir siyasi qüvvəyə etibar etmədiyini deyir, bunu sorğular da sübut edir. İndi sual yarana bilər: Samvel Karapetyan həmin şəxslərdən səs qazanmağa iddialı ola bilərmi? Belə olan halda mənzərə dəyişəcək, çünki Robert Köçəryan və Serj Sarkisyan öz səslərini qazanacaqlar, Samvel Karapetyana isə yeni səslər əldə edə bilər. Bu, həqiqətən də hökumət üçün risqdir”.

İndilikdə hökumət bu risqi azaltmaq üçün hərəkətə keçib. Əvvəla müxaliflər sıradan çıxarılır. Ermənistan parlamenti “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib. Onun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı vəsatəti qanunverici orqana baş prokuror Anna Vardapetyan təqdim edib. “Hayastan” fraksiyasının katibi keçmiş müdafiə naziri Seyran Ohanyanın işi üzrə ittiham olunur. O cümlədən o, qanunsuz əmlakı - Draxtik kəndində, Sevan Milli Parkının ərazisində yerləşən malikanəni leqallaşdırmaqda ittiham olunur. İstintaqın məlumatına görə, malikanə Ohanyana məxsusdur. İndi Ohanyanın həbsi gözlənilir. Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasından olan deputatı, prokurorluq tərəfindən konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunan Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib. Samvel Karapetyanın Ermənistan daxilində əsas qüvvəsi “Ermənistan Elektrik Şəbəkələri” QSC-dir. Elə iş adamının müdafiəsi məqsədilə keçirilən aksiyalarda əsas iştirakçılar bu şirkətin işçiləridir. Bunu “Ermənistan Elektrik Şəbəkələri”ndə bir neçə saat axtarış aparan və digər istintaq hərəkətləri həyata keçirən hüquq-mühafizə orqanları da təsdiq edir. Proses çərçivəsində müəyyən olunub ki, “Ermənistan Elektrik Şəbəkələri”ndə Samvel Karapetyanın müdafiəsi üçün insanlar zorla yürüşlərə, etiraz aksiyalarına çıxarılır. Bundan başqa, onlar qeyd edilən məqsədlə pulla da həvəsləndirilir. Hakimiyyət indi bu qurumu da nəzarətə götürür. Samvel Karapetyanın tərəfdarları bəyan edir ki, “Ermənistan Elektrik Şəbəkələri”ndə aparılan axtarışlar siyasi xarakter daşıyır. Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyanın isə “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin dövlət mülkiyyətinə keçməsindən sonra onun rəhbəri təyin olunması gözlənilir. “Armlur” nəşrinin məlumatına görə, baş nazir Nikol Paşinyan müvafiq təşəbbüslə çıxış edib və qeyd edib ki, bu vəzifə üçün 6800-ə yaxın əməkdaşın işinə effektiv nəzarət edə bilən “etibarlı insan” lazımdır. Nikol Paşinyan iqtidarına qarşı müxalifətdə olan kilsəyə qarşı da hakimiyyətin müxtəlif təsir, təzyiq metodlarından istifadə edir. Bu fonda keşişlərin bir-bir həbsə atılması diqqətdən yayınmır. Belə vəziyyətdə Samvel Karapetyanın yeni siyasi hərəkatının da Ermənistanda nəyisə dəyişəcəyi inandırıcı görünmür.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ