Hollandiyada keçirilən NATO Liderlər Sammitində iştirak etmək üçün getdiyi Haaqada jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp İrandakı mövcud rejimlərlə bağlı ritorikasını dəyişib.
İsrail və İran müharibə etdiyi bir vaxtda İran xalqına müraciət edərək rejim dəyişikliyinə çağıran Tramp, iki ölkənin əldə etdiyi atəşkəsdən sonra geri addım etıb və rejim dəyişikliyini istəmədiyini bəyan edib.
"Hər şeyin mümkün qədər tez sakitləşməsini istərdim. Rejim dəyişikliyi xaos yaradar. İranlılar çox yaxşı tacirlər, çox yaxşı iş adamlarıdır. Həm də onların çoxlu nefti var. Onlar yaxşı formada olmalıdırlar" - deyə Tramp bildirib.
TAHİR