"İslam memarlıq abidələri dinlərarası dialoqun önəmli vasitəsidir" - Damir Muhetdinov

Qarabağın azad edilməsi və bərpası tarixi bizə göstərir ki, hər bir cəmiyyətdə yaddaşın qorunmasında dini memarlıq abidələri mühüm rol oynayır.
Bunu Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin sədr müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muhetdinov "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Dəyişən dünyada islam mədəni irsinin qorunması” mövzusunda panel iclasda söyləyib.
"VII əsrə aid olan Dərbənd Cümə məscidi, Dağıstandakı məscidlər və s. İslam ümmətinin müasir Rusiya torpağında təşəkkül tapdığı dövrlərin mühüm tarixi yadigarıdır. Bu və digər abidələr yalnız Rusiyadakı müsəlman xalqların tarixi yaddaşının qorunması baxımından deyil, eyni zamanda, Rusiyanın çoxdinli və çoxmillətli mədəniyyətinin simvolu olaraq da əhəmiyyətlidir. Bu mənada İslam memarlıq abidələri dinlərarası dialoqun önəmli vasitəsinə çevrilir. Bu, xüsusilə də ənənəvi müsəlman məskunlaşma areallarından kənarda yerləşən məscidlərə və digər dini tikililərə aiddir", - deyə D.Muhetdinov qeyd edib.
ZÜMRÜD