ABŞ, Almaniya, Böyük Britaniya və Fransa Kiyevə tədarük etdiyi uzaqmənzilli silahlara qoyulan mənzil məhdudiyyətini aradan qaldırıb. Bu barədə Almaniya kansleri Fridrix Merz WDR telekanalına müsahibəsində bildirib.
"Artıq Ukraynaya verilən silahların çeşidi ilə bağlı heç bir məhdudiyyət yoxdur - nə ingilislər, nə fransızlar, nə biz, nə amerikalılar. Bu o deməkdir ki, Ukrayna indi özünü müdafiə edə və məsələn, Rusiya ərazisindəki istənilən hərbi obyektlərə zərbələr endirə bilər. Bu, əvvəllər mümkün deyildi", - deyə Merz bildirib.
Merzin bəyanatları göstərir ki, Almaniya, İngiltərə, Fransa və ABŞ tərəfindən Ukraynaya tədarük olunan silahlara qoyulan mənzil məhdudiyyətləri tamamilə ləğv edilib və bu, Kiyevə Rusiyanın dərinliklərində istənilən obyektlərə zərbələr endirməyə imkan verir.
Kremlin sözçüsü Dmitri Peskov isə Almaniya kanslerinin açıqlamasına sərt reaksiya verib. Peskov bildirib ki, əgər bu qərar həqiqətən qəbul edilibsə, bu, son dərəcə təhlükəlidir və Ukraynadakı münaqişənin siyasi yolla həlli cəhdlərinə ziddir. O, bildirib ki, bu cür hücumlar Rusiyanın təhlükəsizliyinə açıq təhdid yaradır.
TAHİR