Müharibə Ukraynada günahsız insanların ölümünə və əzablara səbəb olub.Müharibə həmçinin bütün dünyada milyonlarla insana təsir edərək kənd təsərrüfatı məhsullarının bahalaşmasına və ya tədarük zəncirinin çətinləşməsinə səbəb olub. Bunu mayın 26-da Slovakiyanın Baş naziri Robert Fiko “İrəvan dialoqu – 2025” beynəlxalq konfransındakı çıxışı zamanı deyib. Fikonun sözlərinə görə, “Nə Ukrayna, nə də Rusiya döyüş meydanında strateji irəliləyişə nail ola bilməz və bu münaqişənin hərbi yolla həlli yoxdur”. Biz "Prezident Trampın 30 günlük hərtərəfli atəşkəs rejimini, ardınca isə tərəflər arasında sülh danışıqları ilə bağlı təşəbbüsünü dəstəkləyirik.
Ümid edirik ki, Ukrayna və Rusiya arasında İstanbulda birbaşa danışıqlar davam edəcək və müsbət nəticə verəcək. Bildiyiniz kimi, Ukrayna bizim ən böyük qonşumuzdur və biz istəyirik ki, demokratik, suveren, sabit və firavan qonşumuz olsun.
Surxay Əliyev