Cümə günü, 23 oktyabr 2026
     

Bakı Məhkəməsi bu faktla bağlı Paşinyana sorğu göndərə bilər...

Image


Sahil Kərimli: “Paşinyanın da fikri, rəyi öyrənilə bilər ki, Harutyunyanın bu fikirləri nə dərəcədə ciddidir, yaxud o nə qədər düz danışır”

Azərbaycana qarşı müxtəlif cinayətlər törətməkdə ittiham olunan erməni əsilli şəxslərin Bakı məhkəməsində bir sıra yeni faktlar üzə çıxır ki, bunlar da ortaya yeni məsələlər çıxarır, yeni suallar doğurur. Xüsusən də Ermənistanın keçmiş və indiki rəhbərliyinin Azərbaycan ərazilərində həyata keçirdikləri cinayət, terror hərəkətləri ilə əlaqədar ittiham olunan şəxslərin və şahidlərin ifadələrindən çox gizlinlərin üzə çıxdığını görürük.

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Harutyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb.

Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Harutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.

Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.

O, suallara cavabında deyib: “Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb”.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən iki iclasın birində iştirak etdiyini bildirib və deyib: “2020-ci ilin may ayında “prezident” vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətin içində BMT-nin dörd qətnaməsi də var idi”.

Bu məhkəmə ifadələri əsasında rəsmi olaraq Azərbaycandan Paşinyana müraciət oluna bilərmi ki, Paşinyan o zaman qondarma rejimin belə təkliflərinə niyə laqeyd qalıb, yaxud nə cavab verib? Bu kimi müraciətlərə hər hansı bir cavab verilibmi?

Məsələn, Qərbi Azərbaycan İcması xətti ilə də bu müraciəti etmək olarmı ki, Paşinyan bir izah versin, görək belə şey doğrudanmı olub? Bununla əlaqədar Paşinyana Azərbaycandan həm dövlət, həm də ictimai təşkilatlar səviyyəsində hansısa bir addım atmaq, müraciət etmək mümkündürmü?

“Bütün hallarda Harutyunyanın dedikləri ilə bağlı Paşinyana müraciət edilməli, sorğu göndərilməli, ondan cavab tələb olunmalıdır”

Siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, istər vaxtilə Qarabağda separatçıların fəaliyyət göstərməsi, istərsə də Vətən müharibəsində, ondan əvvəlki və sonrakı dövrlərdə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı atılan istənilən addım Azərbaycan qanunları ilə ciddi şəkildə cəzalandırılır, bundan sonra da cəzalandırılacaq. “Burda həmin dövrdə Ermənistanın baş naziri olan Nikol Paşinyan, eyni zamanda Araik Harutyunyan və qondarma, separatçı rejimin digər cinayətkar üzvləri öz cəzalarını alacaqlar. Bu gün Arayik Harutyunyan məhkəmə prosesində müxtəlif ziddiyyətli bəyanatlar səsləndirir, çıxışlar edir. Eyni zamanda da biz onun məsuliyyətdən yayınmaq, paralel olaraq öz məsuliyyətini digər şəxslərin üzərinə atmaq cəhdlərinin şahidi oluruq. Bu gün Arayik Harutyunyan bildirir ki, guya o, müharibə zamanı hərbi əməliyyatların dərhal dayandırılması və Azərbaycanla danışıqlara başlanılması məsələsini Ermənistanın baş nazirinə bildirib, amma Nikol Paşinyan buna əhəmiyyət verməyib. Harutyunyan bu cür bəyanatlar verməklə, təbiidir ki, məsuliyyətdən yayınmağa çalışır. Amma o bir məsələni unudur, yaxud da yaxşı bilir və məsuliyyətdən yayınmaq istəyir ki, 44 günlük Vətən müharibəsi dövründə törətdiyi cinayət əməllərinin cəzasından yaxa qurtarsın”.

S.Kərimli bildirdi ki, Azərbaycanın müharibə bölgəsindən uzaq ərazilərinin, dinc mülki əhalisinin bombardman edilməsi, ağır artilleriya ilə atəşə tutulması müharibə cinayətidir və burda Arayik Harutyunyan, onun qondarma rejiminin üzvləri məsuliyyət daşıyır. “Həmin dövrdə Ermənistanın baş naziri kimi Nikol Paşinyan da məsuliyyət daşıyır. Çünki Azərbaycan torpaqları Ermənistanın işağlı altında olanda da o baş nazir olub.

Təbii ki, ehtiyac olarsa, Harutyunyanın ittihamları, bəyanatları ilə bağlı Nikol Paşinyana məhkəmə tərəfindən sorğu göndərilə bilər. Bununla əlaqədar Paşinyanın da fikri, rəyi öyrənilə bilər ki, Harutyunyanın bu fikirləri nə dərəcədə ciddidir, yaxud o nə qədər düz danışır. Bütün hallarda Harutyunyanın dedikləri ilə bağlı Paşinyana müraciət edilməli, sorğu göndərilməli, ondan cavab tələb olunmalıdır”-deyə S.Kərimli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ