Cümə günü, 23 oktyabr 2026
     

Tramp Qəzzada qətliamları vecinə almır, Cənubi Afrikada "ağ genosid" axtarır...

Image


Abutalıb Səmədov: "Zelenski ilə görüşdən fərqli olaraq, əvvəlcədən hazırlıqlar görülmüşdü, video-materiallar hazırlanmışdı"

Tramp, bəzilərinin yoxsul olmasına baxmayaraq, ölkənin kənd təsərrüfatı torpaqlarının 60 faizinə nəzarət edən ağdərili fermerləri, təxminən 40 min ailəni qorumaq üçün Cənubi Afrikaya qarşı hərəkətə keçdiyini söylədi. Buna görə, hətta ölkə prezidentinə Ağ Evdə hücum edib.

Tramp Qəzzada törədilən qətliamlara fikir vermir, ancaq Cənubi Afrikada ağ fermerlərin "genosidə" məruz qalmasından dəm vurur. Cənubi Afrikada onun nə maraqları var?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosanın Ağ Evdə qəbulu bir daha göstərdi ki, bu gün dünyanın super-dövlətinə son dərəcə siyasətdən kənar, avantürist və ədalətdən uzaq bir adam rəhbərlik edir: "Tramp Ağ Evdə əvvəlcədən hazırlanmış şounu təqdim etdi. Zelenski ilə görüşdən fərqli olaraq, əvvəlcədən hazırlıqlar görülmüşdü, video-materiallar hazırlanmışdı, qəzetlərin üzü çıxarılmışdı. Cuddi bir əsas olmadan Tramp CAR prezidentinə hücum elədi. Onu ağdərili fermerlərin genosidində genahlandırdı. Bu gözlənilən hadisə idi. Çünki bundan bir qədər əvvəl CAR-ın ABŞ-dəki səfiri arzuolunmaz şəxs elan edilib ölkədən qovulmuşdu. CAR-da G-20 dövlətlərinin növbəti konfransında ABŞ iştirak etməyəcəyini bəyan eləmişdi. Bu cür addımlar əvvəlcədən göstərirdi ki, Trampın Ramafosa ilə görüşündə xoşagəlməz hallar baş verə bilər. Amma bütün dünya gördü ki, CAR prezidenti Zelenskidən fərqli olaraq özünü son dərəcə səbrli, sanballi, müdrik və ağıllı dövlət rəhbəri kimi göstərdi. Trampın heç bir əsas olmadan söylədiyi ittihamlara da səbrlə cavab verdi. Trampı bu cür hiddətləndirən nədir?

Birincisi, buna səbəb CAR prezidenti Siril Ramafosanın çox müstəqil siyasət aparması, Rusiya və Çinə yaxınlaşmasıdır. Ramafosa dəfələrlə Moskvada səfərdə olub, ABŞ-dən fərqli olaraq yüksək səviyyədə qəbul edilib. Bu da Amerikanın yeni prezidentinin xoşuna gəlmir.

Digər səbəb bu günlədə Zelenskinin CAR-a səfər etməsi və Trampın onunla telefon danışığının bu səbəbdən baş tutmaması idi. Görüş zamanı da sual etdi ki, Zelenskinin CAR-da nə işi var? Elə bil hansısa ölkəyə getmək üçün Zelenski Trampdan icazə almalı imiş.

Əslində CAR-da nə baş verir? Həqiqətən ağdərili fermerlərin vəziyyəti Trampın dediyi kimi ağırdırmı?

Burada əsas problem ondan ibarətdir ki, son siyahıyaalmaya görə, ağdərililər CAR əhalisinin cəmi 7,3%-ni təşkil edir. Amma kənd təsərrüfatına yararli torpaqların böyük hissəsi - 60 faizi onlara məxsusdur. Bu da qaradərili əhalini ciddi narahat edir. Fermerlərə edilən hücumun kökündə dayanan səbəblərdən biri budur.

Digəri ağların uzun müddət CAR-ı idarə etdikləri vaxt törətdikləri cinayətlər, ortaya qoyduqları davranışlardan dolayı nifrətdir. Ancaq buna görə CAR prezidentinə o hücumların edilməsinə ehtiyac yox idi.

Orada göstərilən faktların bir çoxunun CAR-a heç bir dəxli yox idi. Bəzi şəkillər Konqoda baş vermiş hadisələrlə bağlı idi.

İkincisi, ağlar CAR-da əhalinin kifayət qədər nüfuzlu hissəsidir və rəhbər vəzifələrinin 62%-i ağdərili əhali tutur. Torpaqların da böyük hissəsi onların əlindədir.

Ağdərili fermerlərə hücumların arxasında hökumət dayanmır. Baxmayaraq ki, 2024-cü ildə torpaqların dövlət maraqları naminə müsadirə edilməsi haqqında qanun qəbul olunub. Bu da həm ağdərili fermərlərdə, həm də ABŞ-də ciddi narahatlıq doğurur. Trampın CAR prezidentinə hücumunun bir səbəbi də bununla bağlı idi. O, bu şounu göstərib öz nüfuzunu yüksəltmək istədi. Bəlkə də CAR-da doğulmuş İlon Maskın xoşuna gəlmək üçün bu cür kəskin bəyanatlar verdi. Hərçənd, görüşün əvvəli qətiyyən belə bir gərginliyin olacağını göstərmirdi. Birdən-birə vəziyyət kəskin şəkildə dəyişdi və Tramp əvvəlcədən planlaşdırılan şounu nümayiş etdirdi.

CAR-da vəziyyət çox ağırdır, cinayətkarlığın səviyyəsi ABŞ ilə müqayisədə dəfələrlə çoxdur. Ağdərili fermerlərə qarşı da kifayət qədər qanunsuz hərəkətlər edilir. Onların öldürülməsi ilə bağlı çağırışlar da var. Bunu o qədər də ciddi olmayan siyasi partiyaların liderlərindən biri daha çox səsləndirir. Bu baxımdan, elə məsələlərdə Ramafosanı günahlandırmaq o qədər də ədalətli deyil.

Son dövrlərdə Trampla görüşən dövlət rəhbərlərinin əksəriyyəti görüşün əvvəlində öz ölkələrində olan nadir yer elementlərini ona təklif edirlər. Artıq onlar Zelenskidən sonra Trampın zəif damarını tutublar. Mütləq imkan tapıb ölkələrindəki nadir torpaq elementlərindən danışırlar ki, Trampa da bunu təklif edirlər. Ramafosa da bu addımı atdı. Amma görünür Tramp, CAR-ın zəngin təbii sərvətləri ilə müqayisədə, bu siyasi şounü nümayiş etdirməklə daha çox dividend qazanacağını düşünürdü. Bu səbəbdən dünya təcrübəsində nadir hallarda rast gəlinən, lakin Tramp üçün xarakterik olan növbəti şou göstərildi.

Bunun nəticəsində isə CAR Rusiya və Çinə bir az da yaxınlaşmaq məcburiyyətində qalacaq. Bu addımlar ABŞ-nin dünyada nüfuzunun daha da artmasına gətirib çıxarmayacaq. Üstəlik, digər ölkə prezidentlərinin ABŞ rəhbərliyi ilə görüşmək istəyini azaldacaq. Onsuz da ABŞ-nin nüfuzu dünyada xeyli azalıb. Görüşlərdə bu cür davranışlar Amerikanın dövlət imicinə ciddi zərbə vurur. Tramp bu siyasəti nə qədər davam etdirəcək? Nə qədər reallıqla əlaqəsi olmayan "faktlar" göstərməklə digər dövlət rəhbərlərinə hücum edəcək? Ən qəribəsi də budur ki, CAR, Ukrayna və Fransa prezidentlərinə müxtəlif şəkildə hörmətsizlik nümayiş etdirən Tramp Rusiya prezidenti Vladimir Putinə qarşı çox "səbrli" davranır. Putinin müharibəni davam etdirmək, sülh prosesini mümkün qədər uzatmaq istəyini görməzdən gəlir. Hələ də iddia edir ki, Putin sülh istəyir. Bu bir daha onu göstərir ki, ABŞ-in indiki prezidenti daha çox güclə hesablaşır. Ona qarşı güc nümayiş etdirən dövlət başçıları ilə kəskin danışmaqdan və davranmaqdan ehtiyatlanır".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ