Putinin helikopteri Kurskda dron hücumunun ortasında qaldı…

Rusiya prezidenti Vladimir Putinin helikopteri mayın 20-də Kursk vilayətinə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumunun ortasında qalıb.
Hava Hücumundan Müdafiə Diviziyasının komandiri Yuri Daşkin bildirib ki, Putinin helikopterinin Kursk vilayəti üzərində uçuşu zamanı hücumun intensivliyi xeyli artıb.
Daşkin bildirib ki, rus əsgərləri bir tərəfdən hava hücumunun qarşısını almağa çalışıb, bir tərəfdən də Putinin helikopterinin təhlükəsiz keçidini təmin ediblər.
Rusiya mediası yazır ki, hücum zamanı Putin qubernator səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn və Kursk vilayətində könüllülərlə danışıqlar aparırmış. Hücumun dəqiq yeri və Putinin helikopterinə nə qədər yaxınlaşması ilə bağlı təfərrüatlar paylaşılmayıb.
TAHİR