Tramp dərin dövlətə savaş açdı – MTŞ-nin 100-dən çox əməkdaşı işdən çıxarıldı…

Vəzifəyə gəldiyi gündən dünya iqtisadiyyatını alt-üst edəcək qərarlar verməyə davam edən ABŞ prezidenti Donald Tramp indi də ölkə daxilində genişmiqyaslı təmizləmə işlərin başlayıb. CNN-ə danışan Ağ Evdəki mənbələrin iddialarına görə, dərin dövlətə müharibə elan edən Tramp Milli Təhlükəsizlik Şurasının (MTŞ) 100-dən çox əməkdaşını işdən çıxarıb.
Mənbələr, sözügedən addımın dövlət katibi və müvəqqəti milli təhlükəsizlik müşaviri Marko Rubionun nəzarəti altında həyata keçirildiyini bildirib: "MTŞ dərin dövlətin mərkəzidir. Bu, Marko ilə dərin dövlət arasında bir müharibədir. MTŞ-ni dərin dövlətdən təmizləyirik".
Mənbələr işdən çıxarılan 100-dən çox MTŞ əməkdaşının müxtəlif dövlət qurumlarına köçürüləcəyini bildirib.
Milli Təhlükəsizlik Şurası xarici siyasət və milli təhlükəsizlik məsələləri ilə bağlı prezidentə məsləhətlər vermək və dövlət qurumları arasında siyasətin koordinasiyasını təmin edən qurum kimi tanınır.
Ağ Evin başqa bir mənbəsi Axios-a bildirib ki, yenidən qurulan MTŞ siyasət həyata keçirməkdən çox, “koordinasiya və məsləhət” funksiyasını yerinə yetirəcək.
TAHİR