ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ-ın dünyadakı mövqeyi və xarici siyasəti ilə bağlı diqqətçəkən açıqlama verib. Vens ABŞ-ın mübahisəsiz hökmranlığı dövrünün bitdiyini bildirib.
"Biz bu gün ciddi təhdidlərlə üz-üzəyik. Çin, Rusiya və digər xalqlar bizi hər cəbhədə məğlub etməkdə qərarlıdırlar", - deyə ABŞ vitse-prezidenti bildirib.
Vens Çin, Rusiya və digər ölkələrin üstünlük əldə etmək məqsədi ilə qətiyyətlə irəlilədiyini ifadə edərək, hər sahədə ciddi təhlükələrlə üz-üzə qaldıqlarını söyləyib. “Bu təhdidlər arasında təkcə Çin və Rusiya deyil, həm də bütün sahələrdə ABŞ üzərində üstünlük yaratmaqda qərarlı olan digər ölkələr də var”.
O, həmçinin hazırkı administrasiyanın prioritetinin təkcə ABŞ-ın üstünlüyünü saxlamaq deyil, həm də Amerika ordusunun rəqibləri üzərində texnoloji üstünlüyünü genişləndirmək olduğunu vurğulayıb: "Biz indi təkcə hərbi üstünlük üçün deyil, həm də iqtisadi və texnoloji üstünlük üçün çalışmalıyıq".
TAHİR