ABŞ Nümayəndələr Palatasının üzvü Qəzza zolağına nüvə bombası atmağa çağırdı

ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn 578 gündür İsrailə müqavimət göstərən Qəzza zolağına nüvə bombası atmağa çağırıb.
Yaponiyanın iki dəfə nüvə bombası ilə vurulduğunu və bunun yaponları qeyd-şərtsiz təslim olmağa məcbur etdiyini deyən R.Fayn bildirib ki, Qəzza zolağı ilə bağlı da eyni addım atılmalıdır. Terrorizmi dinlə əlaqələndirib müsəlmanları günahlandıran Fayn, “müsəlman terrorizmi” ifadəsini işlədib.
"Düşünürəm ki, bu, münaqişənin yeganə həll yolu terroru dəstəkləyənlərin tam və qeyd-şərtsiz təslim olmasıdır. Biz İkinci Dünya Müharibəsində nasistlərlə təslim olma müqaviləsi bağlamamışıq, yaponlarla da razılaşmamışıq. Yaponların üstünə iki dəfə nüvə bombası atdıq və onları qeyd-şərtsiz təslim etməyə məcbur etdik. Eyni şeyi burada da etmək lazımdır” – deyə Nümayəndələr Palatasının üzvü bildirib.
TAHİR