Cümə günü, 23 oktyabr 2026
     

“İbrahim razılaşmaları”, ya ABŞ-İsrail-Azərbaycan üçtərəfli sazişi - 907-nin ləğvi haradan keçir...

Image


Azərbaycan regional şahmat taxtasında yeni fiquru hərəkətə gətirməyə hazırlaşır. Bu gedişin adı “İbrahim razılaşmaları”dır. Onun nəticəsi bölgədə güc balansına da təsir edə bilər.

Bir daha xatırladaq ki, “İbrahim razılaşmaları” ABŞ-ın vasitəçiliyi ilə İsrail və bəzi ərəb-müsəlman ölkələri arasında qarşılıqlı əlaqələrin institusional səviyyəyə keçməsinə xidmət edən strateji təşəbbüsdür. Bu razılıq, təhlilçilərin fikrincə, Yaxın Şərqdə İranın təsir dairəsini balanslaşdırmaq və İsrailin regiondakı legitimliyini gücləndirmək məqsədi daşıyır. 2020-ci ilin ikinci yarısında Vaşinqtonun təşəbbüsü ilə imzalanan “İbrahim razılaşmaları” İsrail ilə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş arasında diplomatik əlaqələrin normallaşdırılmasını təmin edib. Ekspertlər “İbrahim razılaşmaları”nın İsrail və onu dövlət kimi tanımayan müsəlman ölkələri arasında ABŞ rəhbəri Donald Trampın birinci prezidentliyi dönəmində imzalanan sənədlər olduğunu xatırladır. İndi buna qoşulmaq təkcə siyasi yox, həm də simvolik gediş sayılır. Çünki Qəzza müharibəsi, İran və ABŞ ətrafında baş verən proseslər, Suriyada hakimiyyət dəyişikliyi və digər regional dinamika geosiyasi landşaftın əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir. Bu da sözügedən sazişlərin mahiyyət və məğzini dəyişib. Bu halda İsrail Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi dost və tərəfdaş ölkələri “İbrahim razılaşmaları”na daxil etməkdə maraqlıdır. Xarici mediada aylardır “İbrahim razılaşmaları”na qoşulmağın Azərbaycana aça biləcəyi imkanlar barədə məqalələr dərc olunur, ABŞ və İsrailin türk və müsəlman dünyasındakı rolunun da güclənənəcəyi vurğulanır. Martın əvvəlində isə İsrail hökuməti Azərbaycan və ABŞ ilə üçtərəfli əməkdaşlığın qurulması ilə bağlı Vaşinqtonla danışıqların aparıldığını təsdiqləyib. ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubunda da Azərbaycanın İsrailə dəstəyini, onunla dostluğunu Vaşinqtonun dəyərləndirdiyini qeyd edib. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Bakı və İrəvanın “İbrahim razılaşmaları”na qoşula biləcəyi ehtimalına toxunub: “İnanıram ki, hər ikisi (Azərbaycan və Ermənistan) “İbrahim razılaşmaları”na qoşulmağa hazır ola bilər. Bu, prezident Donald Tramp üçün böyük təşəbbüsdür. O, buna inanır. Bu, ümumilikdə regionda sülh və sabitliyə kömək edir. Mənim proqnozum odur ki, nisbətən yaxın gələcəkdə Livan və hətta Suriya da “İbrahim razılaşmaları”na qoşula bilər”. Cənubi Qafqaz Tədqiqat Mərkəzinin başçısı Fərhad Məmmədov diqqəti Trampın ikinci prezidentliyi dönəmində, hələlik, bu sazişə qoşulan dövlətin olmamasına çəkir. Onun fikrincə, buna görə də Azərbaycanın sazişə qoşulacağı halda hansı imtiyazları olacağını dəqiq demək mümkün deyil: “Birinci sazişin mənası o idi ki, İsraillə diplomatik münasibəti olmayan ölkələrin bu əlaqələri yaransın. Azərbaycanın isə İsraillə 30 ildən çoxdur diplomatik münasibətləri var. Hətta münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Belə olan halda, xüsusi sazişin imzalanmasına ehtiyac yoxdur. ABŞ ilə münasibətlərə müsbət təsiri danılmazdır, amma hansı istiqamətdə olacağı bəlli deyil. Dəqiq cavablamaq üçün gərək əlimizdə müasir dövrdə - Trampın hazırkı prezidentliyi dönəmində imzalanmış “İbrahim razılaşmaları”olsun”.

Ekspertlər xatırladır ki, Bakı Təl-Əvivin neftə ehtiyacının 40 faizini təmin edir. Azərbaycan 2016–2021-ci illərdə silahlarının 69 faizini İsraildən alıb. 2024-cü ilin sonunda SOCAR İsraillə enerji sazişi və qaz kəşfiyyat lisenziyası imzalayıb. İki ölkənin dostluğu özünü bugünlərdə “Eurovision” mahnı yarışmasında Bakının maksimum 12 balı İsrailə verməsində də göstərib. Əksər ekpertlər deyir ki, Bakı illərdir Vaşinqtona aparan yolun İsraildən keçdiyinə inanır və “907-ci düzəliş”in yükündən qurtulmaq üçün də “İbrahim razılaşmaları”nı körpü sayır. 1992-ci ildən qüvvədə olan bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan etsə də, 2002-ci ildən bəri prezidentlər hər il onun icrasını dayandırıblar. 2023-cü ilin sentyabrında Bakı Qarabağda birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edəndən sonra bu düzəliş yenidən tətbiq olundu. Bu müvəqqəti istisnanın daimi ləğvə çevrilməsi üçün “İbrahim razılaşmaları”ndan istifadə oluna bilər. Azərbaycan “907-ci düzəliş”dən birdəfəlik qurtulmaq istəyir və hesab edir ki, “İbrahim razılaşmaları”na qoşulmaq bunun üçün siyasi əsas yarada biləcək. Xüsusən də, Tramp hakimiyyəti dövründə. Çünki Tramp hakimiyyəti “İbrahim razılaşmaları”ni başladan şəxsdir və bununla fəxr edir. Azərbaycan hökuməti İsrail–ərəb dövlətləri arasında sülh prosesini dəstəklədiyini bildirir. “İbrahim razılaşmaları”na inteqrasiya isə Bakı üçün ABŞ ilə strateji yaxınlaşmadan savayı, Körfəz ölkələri ilə iqtisadi əməkdaşlıq və beynəlxalq arenada imic qazancı kimi dividendlər yarada bilər. Xarici təhlilçilər də bildirirlər ki, ABŞ-İsrail-Azərbaycan üçtərəfli əməkdaşlığını formal çərçivəyə salmaq mümkündür və bu, enerji təhlükəsizliyi və müdafiə sahəsində yeni imkanlar aça bilər. İranın buna etirazı isə əhəmiyyətsizdir. Çünki İran Ermənistanla da eyni əlaqələri qurmaqdadır. Ermənistanla birgə hərbi təlimlər keçirir və strateji müqavilə üzərində işləyirlər. İsrailin burada məqsədi isə Yaxın Şərqdən sonra Cənubi Qafqazda da Vaşinqton administrasiyasının diqqətini İran faktorunun üzərinə çəkməkdir, çünki uzun illər Amerika bu regionda Rusiyaya fokuslanıb. Cənubi Qafqaz Tədqiqat Mərkəzinin başçısı F.Məmmədov, hələlik, “İbrahim razılaşmaları”nın perspektivlərindən danışmağın çətin olduğunu söyləsə də, üçtərəfli münasibətlərdə də Azərbaycanın öz maraqlarını qoruyacağı qənaətindədir: “Azərbaycan ərazisi - istər quru, istər hava məkanı qonşulara qarşı, İran daxil, istifadə edilə bilməz. İstər ABŞ, istərsə də İsrail tərəfindən, fərq etmir. Üçtərəfli məsələlərə gəlincə, ABŞ-İsrail-Azərbaycan əlaqələrində təşəbbüs ya İsrail, ya ABŞ-dən gələ bilər. Azərbaycanın Cənubi Qafqazda gerçəkləşdirdiyi siyasətə təsir etməyəcək. Biz öz istəklərimizə nail olur, layihələri həyata keçiririk. Üçtərəfli format Yaxın Şərqdə, yaxud digər dövlətlərlə münasibətə təsir edə bilər, lakin bu dəqiqə buna ciddi ehtiyac yoxdur. Onsuz da İsraillə güclü əlaqələr var, ABŞ da nə qədər irəli gedəcəksə, Azərbaycan da o qədər irəliyə gedəcək”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ