Rusiya prezidenti Vladimir Putinin mayın 11-də təklif etdiyi İstanbulda sülh masası bu gün qurulub. Hər iki tərəf bir-birini ittiham etdiyindən dünən baş tutacağı gözlənilən danışıqlar baş tuta bilməyib. Ukrayna prezidenti Zelenski Ankaraya gəlib, lakin Putin Türkiyəyə gəlmədiyi üçün İstanbula getməyəcəyini bildirib.
Bu gün İstanbulda Dolmabaxça sarayında keçirilən danışıqlara Rusiya və Ukrayna nümayəndə heyətləri qatılıb. Danışıqlar bağlı qapılar arxasında aparılıb. Türkiyə xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən Türkiyə-Rusiya-Ukrayna üçtərəfli sammiti təxminən 1 saat 45 dəqiqə davam edib. Görüşdə Türkiyə nümayəndə heyətinin tərkibində Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da yer alıb.
Bundan əvvəl İstanbulda ABŞ, Türkiyə və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar olub.
TAHİR