Cümə günü, 23 oktyabr 2026
     

Ermənistanda ən populyar təhqir - "Sən Robert Köçəryansan"...

Image


Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib ki, Baş Prokurorluq qanunsuz mənşəli əmlakın müsadirə edilməsi iddiası çərçivəsində dövlətin xeyrinə Robert və Bella Köçəryan, Sedrak Köçəryan, Zaruhi Badalyan, Levon və Siranuş Köçəryan, Qayane Köçəryan və Vigen Çatinyanın bir sıra mülk və əmlakının müsadirə edilməsini tələb edir.

Robert Köçəryana qarşı əmlak müsadirəsi məsələsinin yenidən aktivləşməsi Ermənistanda ictimai-siyasi vəziyyəti də gərginləşdirir.

Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Artıq bir neçə gündür ki, Ermənistanın Baş Prokurorluğu ölkənin necə qarət edildiyi barədə respublika ictimaiyyətini məlumatlandırır. Baş Prokurorluq Robert Köçəryanın və ailəsinin möcüzəvi sərvətindən danışır, özü də ancaq Ermənistanda olanlar barəsində söhbət gedirr. Bunun ardınca “Zvartnots” gömrük idarəsinin keçmiş rəisi Armen Stepanyandan Ermənistan Respublikasının xeyrinə 28 daşınmaz əmlakın və bir çox başqa “zəhmətlə qazanılmış” əşyaların müsadirə edilməsi tələbini eşidirik. Xeyr, oğurlananı geri almaq yaxşı şeydir. Bəli, bizi əmin edirlər ki, hakimiyyətin bu hərəkətlərində şəxsi heç nə yoxdur, siyasi qisas yoxdur, sadəcə olaraq, oğurlananları müsadirə etməklə ölkəni daha varlı, daha xoşbəxt etmək istəyi var. Eyni zamanda, "Vətənin taxıl anbarlarının" harada olduğunu, soyğunçulardan alınan hər şeyin hara axacağını izah edə bilən yoxdur.

Başqa bir sual var. Doğrudanmı kimsə düşünüb ki, uzun illər Ermənistanın prezidenti olmuş və ya keçmiş “Zvartnots” gömrük idarəsinin rəisinin ailəsi bir otaqlı mənzildə, maşınsız, bir-birinin paltarını, ayaqqabısını geyinib yaşayayırmış?! Bu suala müsbət cavab verənlərdən xahiş edirəm ki, belə bir hallüsinasiyaya səbəb olan məlumatları aldıqları yerin adını çəksinlər. Ukrayna bütün dünyaya nümayiş etdirir ki, nə qədər tez və inanılmaz dərəcədə varlanmaq olar. Bu ölkə mətbuatı 2016-2018-ci illərdə kiyevli iş adamı Denis Komarnitski və həyat yoldaşının Ukraynanın paytaxtında 110 mənzilə sahib olduqlarını yazıb. Qeyd olunur ki, söhbət Kiyevdəki prestijli binalardakı daşınmaz əmlakdan gedir. O cümlədən, onların “Comfort Town” yaşayış kompleksində 52 mənzili olub. İş adamının daha 48 mənzili “Central Park” yaşayış kompleksində tapılıb. Jurnalistlərin tapa bildiyi son 10 mənzil “Tetris Hall” yaşayış kompleksində yerləşir. Bildirilir ki, Komarnitski həyat yoldaşı ilə birlikdə bu mənzilləri mülkiyyət hüququ əldə etdikdən sonra bir neçə gün və ya həftə ərzində onları satmağa cəhd edib. Müstəntiqlər qeyd edirlər ki, Komarnitski və həyat yoldaşı bu əmlakın satışından 440 milyon qrivna qazana bilərdilər.

Həmçinin, Komarnitskinin Kiyevdə abadlıq üçün torpaq ayırmaq sxemlərində iştirak etdiyinə dair şübhələri nəzərə alaraq, jurnalistlər bu mənzillərin bu cür xidmətlərin göstərilməsi üçün ödəniş üsuluna çevrilə biləcəyini düşünürlər. İndu bu şəxs Kiyev torpaqlarını qanunsuz mənimsəmək məqsədilə cinayətkar təşkilat yaratmaq və idarə etmək maddəsi ilə ittiham olunub. Amma jurnalistlər daha sonra Komarnitskinin xaricə qaçdığını aşkar ediblər. KİV-in məlumatına görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə Ukraynadan qaçıb və “200” işarəsi olan avtomobilin örtüyü altında Ukrayna sərhədinə aparılıb. Ermənistanda da bu ssenari keçərli ola bilər. İndi cəmiyyət gözlərini ölkənin ikinci prezidentinin və görkəmli gömrük əməkdaşının ailəsinə məxsus bir neçə onlarla mülkə dikib! Hakimiyyətdəkilər də korrupsiyaya qarşı mübarizə apardıqlarını deyirlər. Deməli, bu korrupsiya həmişə hər yerdə olub, var və olacaq. Bütün bunlar necə görünməlidir? ABŞ prezidenti Donald Trampdan öyrənin. Onun sayəsində ABŞ və Səudiyyə Ərəbistanı arasında Ər-Riyadın Amerika şirkətlərinə və iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyacağı müqavilələr paketi imzalandı.

Tərəflər, xüsusən 142 milyard dollar dəyərində müdafiə məhsullarının satışına dair “indiyə qədərki ən böyük” sazişi imzaladılar ki, bu sazişə əsasən Səudiyyə Ərəbistanı ABŞ-ın ondan çox müdafiə firmasından ən qabaqcıl hərbi texnika və xidmətləri alacaq. Qətər ABŞ prezidentinin Dohaya səfəri zamanı “Qatar Airways” üçün Amerika istehsalçısı “Boeing”dən 200 milyard dollar dəyərində 160 təyyarə almağa dair müqavilə imzalayıb. Bütün bunlardan Donald Tramp əhəmiyyətli bir faiz və ya bizim ərazimizdə deyildiyi kimi, “otkat” alacaq. O, həmçinin Qətərdən “hava sarayı” alacaq. Sözügedən təyyarə 400 milyon dollarlıq bir “Boeing 747-8”dir və Amerikanın yeni “Air Force One” modeli olacaq. Amma Ermənistanda bundan fərqli olaraq hakimiyyətdə olanlar, indiki halda Robert Köçəryan açıq qarət həyata keçirib”. Ermənistan Baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan bildirir ki, Robert Köçəryanın vətəni Ermənistan deyil. Ermənistan rəsmisi vətənə xəyanətdə ittiham olunan Robert Köçəryan barədə sosial media hesabında yazıb: “Köçəryana qarşı vətənə xəyanət ittihamları “yalandır”. Köçəryan heç vaxt “vətəninə” xəyanət etməyib, heç vaxt. Çünki onun vətəninin hara olması ayrı bir məsələdir”. Xatırladaq ki, Taron Çaxoyan bundan əvvəl Robert Köçəryanı Moskvaya işləməkdə ittiham edərək, onu Rusiya casusu adlandırmışdı. Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkədəki səhifəsində Robert Köçəryan və oğlu Levonu ələ salıb. O, bu barədə parlamentdəki son insidentdən sonra bildirib: “Uşaq ağlaya-ağlaya evə gəlir, deyir: ana, mənə həyətdə “Robert Köçəryan” dedilər. Ana cavab verir: Bəs sən heç nə etmədin, sadəcə sənə dedilər ki, o yana get, Robert Köçəryan? Ömrün boyu sənə “Robert Köçəryan” deyəcəklər, sən isə ağlayıb özünü müdafiə etməli olacaqsan”. Xatırladaq ki, bundan əvvəl parlamentdə iclas zamanı hakim partiyanın deputatı, vitse-spiker Akop Arşakyanla Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan arasında dava olub. Mübahisə ilə başlayan gərginlik əlbəyaxa davaya çevrilib. Levon hakim partiyanın üzvlərini təhqir edərək, söyüb. Qarşı tərəfin nümayəndələri isə onun atasını saysız cinayətlər törətməkdə, korrupsiya və talançılıqda ittiham ediblər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ