Bazar ertəsi günü, 17 avqust 2026
     

Heydər Əliyev: Əsrlərə sığmayan tarixi Lider

Image


Azərbaycana rəhbərlik etdiyi iki fərqli dövrdə vətəninə və xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyevin ali devizi və həyat idealı dürüstlük, ədalət, milli mənafe və dövlət maraqları prinsiplərinə əsaslanmışdır. Hər iki sistemdə Azərbaycanın milli mənafeyini, adət-ənənələrini, mədəniyyətini və mənəviyyatını qoruyaraq inkişaf etdirmişdir.

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda yeni rəhbər seçilən Ümummilli Lider Heydər Əliyev ona göstərilən dərin etimada əsaslanaraq tam məsuliyyətlə Azərbaycanın qarşısında duran çətin və mürəkkəb vəzifələrin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Həmin dövr Azərbaycanın ictimai-sosial, iqtisadi-mədəni həyatında kifayət qədər problemlərin yaşandığı illər kimi xarakterizə olunurdu və bürokratik aparatda təmsil olunan köhnə hökumət komandası yeni islahatlar aparmaq bacarığı və əzmində deyildi.

Ötən əsrin 60-cı illərində iqtisadiyyatda dərinləşən mənfi meyllər Azərbaycanı sosial-iqtisadi inkişafdan geridə qoymuş, milli gəlirin inkişafına, sənaye və kənd təsərrüfatı istehsalının həcminə və əmək məhsuldarlığına görə, ittifaq göstəricilərindən xeyli aşağıda qalmasına səbəb olmuşdu. Ölkənin inkişaf dayaqları hesab edilən neft, energetika, metallurgiya, kimya sənayesində pozulmuş istehsal ritmi, eləcə də aqrar-sənayenin tənəzzüllə üzləşməsi respublikanın sosial-iqtisadi vəziyyətini çətinləşdirmişdi. Belə bir şəraitdə çıxış yolu axtarıb tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipil qərarlar qəbul edilməli və yeni konseptual proqramlar vasitəsilə xalq təsərrüfatında köklü struktur dəyişiklikləri həyata keçirilməli idi. Ən əsası olduqca məsuliyyətli vəzifələrin yerinə yetirilməsi üçün savadlı və uzaqgörən, bacarıqlı və təşkilatçı, cəsarətli rəhbərə ehtiyac vardı.

Heydər Əliyev ali kürsüsündə mövcud vəziyyəti qısa müddətdə dərindən təhlil edərək nöqsanların aradan qaldırılmasının və ömrünü başa vurmuş yarıtmaz idarəçilik kursu ilə barışmaz mübarizənin anonslarını verdi. Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda çıxışı zamanı qəti prinsip və məramını bəyan etdi: “Qətiyyətlə bildirmək istəyirəm ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş, yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalıdır. Xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməlidir”.

Ulu Öndər vaxt itirmədən qısa müddət ərzində əhatəli və qətiyyətli islahatlara start verdi. Respublikanın dinamik inkişafı üçün konseptual proqramlar həyata keçirildi və Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi başlandı. Ali rəhbərin təsərrüfat və mədəni quruculuq konseptinin həyata keçirilməsində cavan və işgüzar, yenilikçi, milli kadrların seçilib yerləşdirilməsi dərin vüsət aldı.

O, köhnə partiya nomenklaturasının yerində müasir təfəkkürlü kadrlara üstünlük verməklə hakimiyyət elitasının forma və məzmununu yeniləşdirdi. Dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi.

Beləliklə, qarşısıalınmaz nəhəng islahat proqramları sayəsində 1970‒1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil oldu. Sənaye urbanizasiyasının sürətli inkişafı öz mühüm nəticələrini göstərdi və Azərbaycan bu dövrdə ittifaq respublikaları arasında sənaye sahəsində məhsuldarlıq və milli gəlirin artımına görə 4-cü yeri, ümumsənaye məhsuldarlığına görə isə 6-cı yeri tutdu. 14 il ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi, yüzlərlə digər sənaye obyekti hesabına Azərbaycanın ixrac potensialı kifayət qədər yüksəlmişdi.

Həmçinin SSRİ-nin geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycan çox qısa müddətdə inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevrildi. Heydər Əliyevin kənd təsərrüfatının inkişafına daimi qayğısı nəticəsində 1975-ci ildə bu sahədə ciddi yüksəliş baş verdi və cəmi altı ildə 57 faiz artımla istehsal 1 milyard 572 milyon manatı ötdü. Həmin illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə göndərilirdi. Nəticədə respublikanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı.

Baş verən dəyişikliklər miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlar xarakterinə görə, digər respublikalardan qat-qat üstün olduğundan əksər respublikalar “Heydər Əliyev modeli” üzərində öz quruculuq planlarını həyata keçirirdilər.
Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanması, soykökə qayıdışın başlanğıc dövrü kimi də səciyyəvidir. Böyük şəxsiyyət sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı. O, bütün siyasi varlığı ilə ən böyük azərbaycanlı, milli xadim idi.

Sovet hakimiyyəti illərində Azərbaycanın milli ideyasının bərqərar olması üçün yorulmadan çalışır, Moskvanın siyasi təqiblərindən qorxmayaraq respublikamızda görkəmli şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin yubileylərini keçirir, incəsənət sahəsində milli əsərlərin yaradılmasının himayədarı kimi çıxış edirdi.

“Əliyev dövrü” kimi dəyərləndirilən həmin illərdə bütün dövlət tədbirlərində və iclaslarda xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, mənəviyyatı ilə bağlı məsələlər dərindən müzakirə olunurdu və Azərbaycan dili rəsm statusunu qoruyurdu. Milli tərəqqiyə yönələn mühüm qərarların qəbul edilməsi milli dövlət ideyasının formalaşmasına münbit zəmin hazırlayırdı.

Nizaminin, Nəsiminin, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Aşıq Ələsgərin və bir çox mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi onun milli elmi-ədəbi elitaya olan qayğısının nümunəsidir. Moskvada mühüm dövlət vəzifəsində çalışarkən Hüseyn Cavidin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında qərar qəbul edilməsi və 1982-ci il oktyabrında cənazəsinin Sibirdən Naxçıvana gətirilərək dəfn olunması onun qorxmaz və dəmir iradəsinin nəticəsində mümkün olmuşdur.

Ulu Öndərin milli-mədəni intibaha yol açan islahatları sayəsində həmin illərdə elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə də keyfiyyətli dəyişikliklər baş verdi, ali təhsilli ixtisaslı kadrların sayı respublikada iki dəfə artdı. 1969‒1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildi və onlar Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına səbəb oldu.

Ulu Öndər əbəs yerə həmin dövrdə yaradılmış güclü bazanın müstəqil dövlət quruculuğuna gedən işıqlı yolun təməl sütunları adlandırmırdı. O, qeyd edirdi ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970‒1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

Ulu Öndərin həmin dövrdəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması oldu. Yüzlərlə azərbaycanlı gəncin keçmiş İttifaqdakı ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Bu kadr potensialı dövlət müstəqilliyinin bərpasından sonra milli Silahlı Qüvvələrin zabit heyətinin formalaşmasında müstəsna rol oynadı və Ermənistanın işğalında olan torpaqlarımızı azad etməklə Ulu Öndərin ən ümdə arzusunu yerinə yetirdi.

Ümummilli Lider 70‒80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Azərbaycanın gələcəyi, müstəqilliyi haqqında düşünür, milli dövlətçilik əzmi ilə yorulmadan çalışır, gələcək müstəqil dövlətin milli atributlarını yaradırdı. Məhz onun birinci hakimiyyəti dövründə yaranmış dayanıqlı iqtisadiyyat və sənaye, milli-mədəni dirçəliş, milli özünüdərk və milli ruh Azərbaycan xalqının qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində möhkəm arxitektura olduğunu təsdiqlədi.

Heydər Əliyev zamanı və siyasi prosesləri uzaqgörənliklə və təkrarolunmaz fitri zəkası ilə təhlil edərək iradəli qərarlar verirdi. Onun qərarlarının heç biri nəticəsiz qalmırdı, daim yeni uğur salnaməsinin yeni səhifələrini əks etdirirdi. Bu baxımdan, onun keçmiş SSRİ-nin iflasının yaxınlaşması ilə bağlı siyasi fəhmi və müstəqil Azərbaycanın quruculuğunun inşa edilməsi yönündə yorulmaz fədakar fəaliyyəti uzaqgörən dühanın parlaq zəkası hesab edilə bilər.

Heydər Əliyev Azərbaycanda fikir plüralizmi, demokratik düşüncə tərzi, milli özünüdərk hisslərini yaratmaqla azad və inkişaf edən cəmiyyət quruculuğunu təmin etdi. O həm də müasir Azərbaycan parlamentinin banisidir. Hələ ilk rəhbərliyi dövründə sosialist respublikalarında mövcud olan partiya parlamentizminin köhnəlmiş iş üslubunu dəyişərək Ali Sovetin respublikanın siyasi, iqtisadi və ideoloji inkişaf məqsədlərinə çatmasında mühüm qərarlar qəbul etməsində nail olmuşdur. Ali Sovetin işində böyük dönüş yarandı və respublikanın iqtisadi, mədəni və elmi inkişafı ilə bağlı çoxsaylı qanun və qərarlar qəbul edildi.

Ümummilli Lider mahir siyasətçi kimi ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini də formalaşdırdı. IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII növbədənkənar sessiyasında, 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbul edilməsi və əsas qanunda Azərbaycan dilinin dövlət dili elan olunması haqqında 73-cü maddənin təsbit olunması Heydər Əliyevin yenilməz iradəsinin, sarsılmaz qətiyyətinin, müdrik gələcəyə baxış sinerjisinin nümunəsi idi.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə milli qanunvericiliyimizin təkmilləşdirilməsi, Milli Məclisə əlavə qanunvericilik təşəbbüslərinin və hüquqlarının verilməsi, parlamentin beynəlxalq təsisatlarla və digər əlaqələrinin möhkəmlənməsi, Heydər Əliyevin qanun yaradıcılığı sahəsində prinsipial islahatlarının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ilə onun və Azərbaycanın həyatında yeni dövr başlandı. O, bu ali vəzifədə də sədaqətlə və tükənməz enerjisi ilə çalışır, sovet hökumətinin iqtisadi inkişaf strategiyasının yeni istiqamətlərinin müəyyən edilməsində, xarici iqtisadi münasibətlərinin inkişaf etdirilməsində və nəhəng dövlətin sosial tərəqqisində məsuliyyətlə öz vəzifəsinin yerinə yetirirdi.

Baykal-Amur dəmir yolu layihəsi onun şah əsərlərindən biri kimi bu gün də qürurla xatırlanır.
Heydər Əliyev Moskvada çalışdığı müddətdə qazandığı yüksək hörmət və etimad, möhtəşəm nüfuz və siyasi dühası ilə bütün ittifaq respublikalarında və xarici dövlətlərdə dəmir intizamlı böyük şəxsiyyət kimi qəbul olunurdu.

Sözsüz ki, onun daha da artan nüfuzu Mixail Qorbaçov və ətrafında qısqanclıqla qarşılanırdı. Qorbaçov hakimiyyətinin “Kremldəki böyük türk” adlandırılan nəhəng siyasi xadim Heydər Əliyevin güclənən nüfuzundan qorxması və erməni dairələrinin hiyləsi ilə ona və Azərbaycana qarşı məkrli təzyiqlər etməsi Ulu Öndərin Sov.İKP MK Siyasi Bürosunun və SSRİ Hökumətindəki yüksək postundan istefası ilə nəticələndi. Bu qərar çökməkdə olan qoca imperiyada böyük rezonans doğurmaqla digər təcrübəli dövlət xadimlərinin partiya sıralarını tərk etməsini sürətləndirdi və məntiqi sonluq olaraq SSRİ-nin çöküşünü labüdləşdirdi.

Azərbaycan xalqının yaşadığı faciələr məhz Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladı, erməni separatçıları və onların Kremldəki himayədarları dövlətimizə qarşı ərazi iddiaları başlatdı və Qarabağın itirilməsi, soydaşlarımızın öz doğma torpaqlarından qovulması, dəhşətli soyqırımı, digər fəlakətlər baş verdi. Prezident İlham Əliyevin haqlı olaraq vurğuladığı kimi, əgər Heydər Əliyev vaxtında Azərbaycanda rəhbərliyə dəvət olunsaydı, nə həmin faciələr baş verərdi, nə də torpaqlarımız işğal olunardı.

Ümummilli Lider ona qarşı yönələn bütün ədalətsizliklərə baxmayaraq, harada yaşamasından və çalışmasından asılı olmayaraq daim Azərbaycanın qoruyucusu kimi önə çıxır, çətin və kritik məqamlarda Vətəninin xilasına, nicatına yetişirdi. Sovet qoşunlarının törətdiyi Qanlı 20 yanvar qətliamına qarşı sərt mövqe bildirərək Azərbaycan Respublikanın Moskvadakı daimi nümayəndəliyində faciənin məsuliyyətinin birbaşa Qorbaçov hakimiyyətinin üzərinə düşdüyünü bəyan edərək Mərkəzin və Azərbaycanın ovaxtkı rəhbərlərinin xəyanətkar mövqeyini ifşa etdi.

Heydər Əliyevin doğulub boya-başa çatdığı Naxçıvana gəlişi Azərbaycanın ictimai-siyasi həyatında yeni dövrün başlanğıcını qoydu. “Doğma Vətən torpağına ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm” deyən Ulu Öndər xalqın sönməz məhəbbət izdihamı ilə Azərbaycanın yaşadığı taleyüklü məsələlərin həllinə biganə qala bilmədi. Onun Muxtar Respublikaya qayıdışı təkcə naxçıvanlıların deyil, bütün xalqımızın itməkdə olan inamını özünə qaytardı.

Milli dövlətçilik ənənələrinin bərpasının və xalqın milli azadlıq mübarizəsinin başlandığı Naxçıvanın Ermənistan tərəfindən hücumlarının qarşısı alındı, güclü təhlükəsizlik tədbirləri görüldü. Heydə Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın ali qanunvericilik orqanında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 70 ildən sonra ilk dəfə ucaldılması Azərbaycanın müstəqilliyinin bərpasına doğru gedən şərəfli yola möhkəm çığır açdı.

Onun Muxtar Respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Naxçıvanda yerləşən sovet ordusuna məxsus 75-ci motoatıcı diviziyanın və 441-ci sərhəd dəstəsinin öz əmlaklarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməsi milli dövlət quruculuğu yolunda ən önəmli addımlardan biri oldu.

Ümummilli Lider Naxçıvanın blokadadan çıxarılması üçün müdrik siyasi təşəbbüslərinin sayəsində Türkiyə və İranla əlaqələr qurdu, 1992-ci il martın 24-də “Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”nun, həmin ilin avqustunda isə “İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq haqqında” sənədlərin imzalanması, “Ümid körpüsü” adlandırılan Sədərək körpüsünün açılması Naxçıvanın ictimai-siyasi, sosial həyatında əsaslı dönüş yaratdı.

Muxtar Respublikada ümumdövlət hərəkatına çevrilən milli ideya xalqın birləşməsini, həmrəylik və mütəşəkkilliyini də gücləndirdi, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi siyasi münasibətlər sistemində yeni mərhələni başlatdı. Eyni zamanda, Azərbaycanın müasir siyasi sisteminin əsası qoyuldu.

YAP Azərbaycanın bütün bölgələrindən olan insanları sıx birləşdirərək ümumxalq partiyasına çevrilməklə Azərbaycanın siyasi müqəddəratını öz çiyinlərinə götürdü. Partiyanın yaradıcısı Heydər Əliyevin müstəqilliyini yeni bərpa etmiş dövlətin üzləşdiyi ağır və təlatümlü dövrdə Xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək dövlətçiliyə sahib çıxması ilə Azərbaycanın əbədi və dönməz müstəqillik salnaməsi bərqərar oldu.

Azərbaycan Ulu Öndərin rəhbərliyi altında 1993-2003-cü illərdə öz güclü dövlət institutlarını formalaşdırmaqla dünyada öz layiqli yerini tutdu, beynəlxalq miqyasda ən nəhəng enerji-nəqliyyat layihələri ilə etibarlı tərəfdaşa çevrildi, milli intibahına qovuşdu. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandırdı və 26 il sonra Qarabağ müharibəsində Zəfər manifestini yazdı.

Ulu Öndərin anadan olmasının 100 illik yubileyini ən ali Zirvədə - Qələbəmizin tacı olan Şuşada qeyd edən Prezident İlham Əliyev bildirib ki, 100 illiyin burada qeyd olunması bizim üçün böyük rəmzi məna daşıyır. Şuşa Heydər Əliyev üçün çox müqəddəs torpaq idi, vəsiyyətində də Şuşanı azad etməyi öz Siyasi Varisinə əmanət etmişdi. Cənab Prezidentin Ata vəsiyyətini yerinə yetirməklə həm də Heydər Əliyevin bütün müqəddəs arzularını reallaşdırdı.

Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin inkişaf və sabitlik rəmzidir. Ümummilli Liderin unikal dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı inkişafının ən güclü dövrünə daxil edib.

Ramid Namazov
Milli Məclisin deputatı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ