Cümə günü, 23 oktyabr 2026
     

Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

Image


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə əvvəlcə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Kəlbəcər işğal edilən zaman ermənilərin çəkdiyi videomaterialları təqdim edib. Nümayiş olunan videomaterialdan biri 1993-cü ilin mart və aprel aylarında lentə alınıb.

Həmin görüntülərdə Ermənistan hərbçiləri rabitə əlaqəsi ilə Monte Melkonyana keçirilmiş hərbi əməliyyatlar, Azərbaycanın hansı ərazilərini işğal etdiklərinə dair məlumat verir.

Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, “bu gün nə etmişik?”, “bu gün indi haradayıq?”, “dünən haradaydıq, nə etdik?”

Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.

Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. “Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana “birləşəcək”, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar – red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi”, - deyə videomaterialda “Avo” ləqəbli Monte Melkonyan bildirir.

Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, “Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana “birləşəcək”.

Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir.

Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların nəşləri göstərilir.

Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.

Əvvəlcə çıxış edən zərərçəkmiş Zabil Səfərov ifadəsində 1993-cü il aprelin 4-də Ermənistan silahlı bölmələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.

“Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib.

Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri qadınları təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.

“Ermənilər şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar. Mən Şuşa “türmə”sində olarkən birinin bədənini yandırdıqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm. Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı. Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özlərini öldürürdülər. Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, nəşləri qəbirdən çıxarıb təhqir edirdilər. Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar”, - deyə Z.Səfərov diqqətə çatdırıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında Z.Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videogörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldıqları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradır ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danışmasınlar.

Zabil Səfərov zərərçəkmişlərin nümayəndəsinin sualına cavabında deyib ki, o, 1995-ci ilin noyabrında girovluqdan azad edilib.

İfadə verən zərərçəkmiş şəxs Nəsimi Səfərov bildirib ki, Kəlbəcər rayonunun Ağdaban kəndində ata, ana, 3 qardaş, 2 bacı, həyat yoldaşı və oğlu ilə birlikdə yaşayıb. 1989-cu il iyulun 10-da Ermənistan silahlı bölmələrinin Ağdaban kəndinə ilk hücumları olub. Hücum edənlər Ağdərə rayonunun Çapar kəndinin sakinləri olublar. Onların başçıları Çapar kəndinin kolxoz sədri, Ermənistandan bu hadisələrə başçılıq etmək üçün göndərilən “Qaqo” adlı erməni olub. 1991-ci ilin oktyabr-noyabr aylarında Ermənistan silahlı bölmələri 2 dəfə Ağdaban kəndinə silahlı hücum edib, kəndin özünümüdafiə dəstəsi isə kəndi özlərində olan ov silahları ilə müdafiə edib və ermənilər kəndi işğal edə bilməyiblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran N.Səfərov qeyd edib ki, 1992-ci il aprelin 8-də səhər saatlarında Ermənistan ordusunun hərbçiləri çox böyük bir qüvvə ilə, təxminən 1000 nəfərə yaxın hərbçi və 6 zirehli texnika ilə kəndə hücuma keçdilər: “Hücum zamanı biz təxminən 30-35 nəfər şəxs idik. Ermənistan ordusunun bölmələrinin hücumu zamanı Ağdaban kəndinin 32 nəfər sakini şəhid oldu, 9 nəfər yaralandı, 5 nəfər isə girov götürüldü. Ermənilər kənddəki evlərin təxminən yarısını yandırdılar. Onlar kənd əhalisinə məxsus mal-qaranı, evlərdə olan müxtəlif məişət əşyalarını talayaraq apardılar. Kəndin qalan əhalisi isə məcburi şəkildə Kəlbəcərin Bağırlı kəndi istiqamətində qaçdılar. Onlar kəndi məcburi şəkildə, meşələr vasitəsilə piyada olaraq tərk etdilər.

Ermənilər həm say, həm də silah-sursat baxımından dəfələrlə üstün olduğu üçün kəndi müdafiə edə bilmədik”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Qurbanov Ermənistan silahlı qüvvələrinin hərbçilərinin 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinə silahlı hücum etdiyini bildirib.

“Həmin hücum zamanı atam Bakı Qocayev və anam Zeynəb Qocayeva yaşadıqları evdə yandırılaraq öldürülüblər.

Ermənistan silahlı bölmələrinin kəndə silahlı hücumu zamanı bibim qızı evdə olduğu zaman ev ermənilər tərəfindən yandırılıb. O da evin içində yanaraq qətlə yetirilib. Onların meyitləri demək olar ki, tamamən yanaraq kül olmuşdu. Həmin vaxt həyat yoldaşım və övladlarım ilə birlikdə Bərdə şəhərində yaşayırdım”, - deyə o əlavə edib.

Zərərçəkmiş şəxslərin ifadələrindən sonra növbəti videomaterial nümayiş olunub. Həmin videoda sonradan qondarma rejimin “daxili işlər, milli təhlükəsizlik nazirləri” və “baş prokuroru” olmuş Arşavir Qaramyan hərbçilərin əhvali-ruhiyyəsinin yaxşı olduğunu deyir. Həmin videoda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzkar müharibəni davam etdirməkdə israrlı olduğu bir daha təsdiqini tapır.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında zərərçəkmiş şəxs deyib ki, həmin hücum nəticəsində əmisi Qara Qocayev yaşadığı evin yaxınlığında açılmış atəş nəticəsində güllə yaraları xəsarəti alaraq həlak olub.

“1988-ci ilin əvvəllərindən ermənilər tərəfindən Qarabağ bölgəsində yaşayan azərbaycanlılara qarşı nifrət təbliğ olunurdu, ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıb və oradan keçən azərbaycanlılara məxsus nəqliyyat vasitələrinə daş atırdı, əllərində olan dəyənəklərlə maşınları vuraraq sürücü və sərnişinləri təhqir edirdilər. Onların məqsədi azərbaycanlıları öz doğma yurdlarından qovmaqdan ibarət idi və bu hərəkətləri ilə onları qorxudub evlərindən çıxartmaq istəyirdilər”, - deyə Z.Qurbanov deyib.

Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi İsgəndər Kərimov da ifadəsində bildirib ki, Kəlbəcər rayonu işğal olunanadək rayonda yerləşən “İstisu” sanatoriyasında həkim işləyib, Ağdaban kəndində yaşayıb.

O qeyd edib ki, Ağdaban kəndinin Ermənistan silahlı bölmələrinin hücumlarından müdafiə olunması üçün təşkil olunmuş özünümüdafiə dəstəsinə qoşulub.

Artıq 1990-cı ildən başlayaraq Ermənistan silahlı bölmələri mütəmadi şəkildə Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Ağdaban kəndini müxtəlif çaplı silahlardan atəşə tutub. 1992-ci ilin aprel ayında Ağdaban kəndində təxminən 137 ev olub, yəni kənddə 137 ailə olmaqla 700 nəfərə yaxın sakin yaşayıb.

“1992-ci il aprelin 8-də Ağdaban kəndi hər tərəfdən Ermənistan silahlı bölmələri tərəfindən müxtəlif odlu silahlardan atəşə tutuldu. Onlar Çapar kəndi tərəfdən gələrək, meşəlik və dağlıq ərazilərə keçib, kəndi tam mühasirəyə aldılar. Kəndi iriçaplı silahlardan, pulemyotlardan, digər meşəlik və dağlıq ərazidən isə avtomat silahlardan atəşə tuturdular”, - deyə zərərçəkmiş şəxs bildirib.

Daha sonra ifadə verən zərərçəkmiş şəxs Müşfiq Əliyev bildirib ki, 1993-cü il martın 31-də Kəlbəcər rayonu ərazisində Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülüb. Sonra digər girovlar ilə birlikdə “Ural” markalı avtomobillə Xankəndi şəhərində yerləşən uşaq bağçasına aparılıb.

“1993-cü il aprelin 1-də Cəmilə Quliyeva ilə birlikdə Xankəndi şəhər uşaq xəstəxanasına aparıldım. Orada Stepanyan Edik adlı erməni həkim əvvəlcə güllə yarası almış ayağımı kəsmək istədi, sonradan isə kəsməyərək heç bir ağrıkəsici və keyidici dərman istifadə etmədən döyə-döyə əməliyyat etdi. Üç ay xəstəxanada qaldığım müddətdə həmin erməni həkimin mənim üzərimdə eksperiment apardığını başa düşdüm”, - deyə zərərçəkmiş şəxs bildirib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında zərərçəkmiş şəxs deyib ki, yaraları tam sağalmamış 5 nəfər girovla birlikdə Şuşa həbsxanasına aparılmaqla 1 il 7 ay saxlanılıb. “Bu müddətdə erməni nəzarətçiləri "Armo", "Ovik" və "Gena" qardaşları, “Slavik”, “Artur”, habelə adlarını xatırlamadığım digər erməni nəzarətçiləri tərəfindən mütəmadi olaraq yumruq-təpik, dəmir parçası, armatur, bel sapı, yoğun kabel və müxtəlif küt əşyalar ilə şiddətli şəkildə döyüldüm, eləcə də müxtəlif formada işgəncələrə məruz qaldım. Bəxtiyar Səfərov və adını xatırlamadığım bir azərbaycanlı girov ilə birlikdə Şuşa rayonu Malıbəyli kəndində yerləşən fermalarda zorla işlədilərək məcburi əməyə cəlb edilmişəm”, - deyə M.Əliyev əlavə edib.

Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirib ki, girovluqda saxlanılan bəzi azərbaycanlılar verilən işgəncələrə dözməyərək özlərinə qəsd edib. O da buna cəhd etsə də, başa çatdıra bilməyib. Hətta işgəncələrə dözməyərək özünü yandırmaq da istəyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Daha sonra Ermənistan ordusunun Kəlbəcər rayonunun Başlıbel kəndini işğal etməsi ilə bağlı videomaterial nümayiş olunub.

Kadrlarda hərbi formada olan ermənilərdən biri Ermənistan hərbçilərinin özlərini çox yaxşı apardıqlarını və ruhlarının yerində olduğunu deyib. O, sözünə davam edərək deyir: “Kirovabada çatacağıq, qaraçıların dediyi kimi Gəncəyə”.

Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamla bağlı protokolları elan edib.

Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ