şənbə günü, 24 oktyabr 2026
     

Azərbaycan region ölkələri arasında yeni əməkdaşlıq formatını reallaşdırır

Image


Azərbaycanın xarici siyasətin yer alan mühüm məqamlardan biri də Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq münasibətlərinin qurulması, regionda sabitliyin hökm sürməsidir. Ölkəmiz bu məsələni İkinci Qarabağ müharibəsindən sonra davamlı şəkildə gündəmə gətirib, bununla bağlı konkret addımlar da atıb.

Bu vaxta qədər prosesə maneə olan əsas faktor ermənistanın üçtərəfli əməkdaşlığa əngəl yaratması idi. Amma artıq bu istiqamətdə də vəziyyət dəyişir. Hər halda Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşün baş tutması bu qənaətə gəlməyə əsas verir.

Ümumi maraq daşıyan sahələrdə üçtərəfli əməkdaşlıq inkişaf etdiriləcək

Açıqlanan rəsmi məlumatlar görüşün müsbət atmosferdə baş tutduğunu göstərir. Belə ki, görüşdə iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıblar. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığı bildirilib.

Görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq daşıyan sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirmək olub. Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə, sürətli inkişafına təkan verə bilər. Açıq fikir mübadiləsi şəraitində keçən görüşdə potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.

Sonda iştirakçılar etimad quruculuğu və dialoqun daha yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən bu görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qeyd edir ki, Tiflis ənənəvi olaraq hər iki qonşu ilə yaxşı münasibətlərə malikdir və regionda sülh gündəmini təşviq etmək niyyətindədir: “Bizim regionumuzda sülhün və sabitliyin təşviqi ilə bağlı səmimi niyyətlərimiz var. Ona görə də biz həmişə deyirik və indi də təkrar etmək istəyirəm ki, Ermənistan və Azərbaycan Gürcüstana arxalana bilər və biz regionumuzda dialoqu və əməkdaşlığı asanlaşdıracaq bütün mümkün vasitələri təqdim edəcəyik. Cənubi Qafqazın böyük potensialı var”. Bundan əvvəl isə Gürcüstan prezidenti Mixail Kavelaşvili Azərbaycana səfər edib. Bu, onun dövlət başçısı kimi ilk xarici səfəri olub. Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə o, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayıb: “Ümid edirik ki, yaxın gələcəkdə regionda uzunmüddətli və davamlı sülhün təmin edilməsi üçün əsas təkan olacaq tarixi müqavilə imzalanacaq. Sizi əmin etmək istəyirəm ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoq, diplomatiya və dinc yanaşı yaşamanın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək”. O, ikinci xarici səfərini aprelin 28-29-da Ermənistana edəcək. Orada Kavelaşvili baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək. Öz növbəsində Ermənistan hakimiyyəti Gürcüstanın sülhməramlı təşəbbüslərinə müsbət cavab verir. Burada onu da xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli jurnalistlərə deyib ki, Ermənistanla Azərbaycan arasında onların sərhədində sülh müqaviləsi bağlana bilər. Eyni zamanda o, Ankaranın tərəflərin barışmasında mühüm rol oynaya biləcəyinə ümid edir. Xüsusilə, onun nöqteyi-nəzərindən, başlanğıc üçün Ermənistanla Türkiyə arasında münasibətləri tam tənzimləmək mümkündür. Ekspertlər hesab edir ki, ATƏT-in Minsk qrupunun buraxılmasından və Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddiası ehtiva edən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasından sonra Bakı və İrəvan istər sərhəddə, istərsə də Tiflisdə sülh müqaviləsi imzalaya bilərlər. Gürcüstan həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşıdır. Azərbaycanın dünya bazarlarına nəql etdiyi neft və qazın əsas hissəsi Gürcüstandan keçir və hər iki ölkə Orta Dəhlizinin bir hissəsidir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi vasitəsilə Avropaya daşıyacağı “yaşıl enerji” həm də Gürcüstanın Ermənistana yaxın hissəsindən keçəcək. Azərbaycanın üçtərəfli əməkdaşlıq təkliflərinə qoşulacağı halda Ermənistan da perspektivdə bundan yararlana bilər.

Əməkdaşlıq regional sabitliyi təmin edəcək əsas faktorlardan biri olacaq

Əməkdaşlığın ən əsas səbəblərindən biri regional sabitlikdir. Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi kimi uzun müddət davam edən konflikt nəinki böyük insan iztirablarına səbəb olub, həm də ümumi region üçün iqtisadi inkişafı və xarici investisiyaları məhdudlaşdırıb. Sülh həssas və mürəkkəb məsələ olaraq qalsa da, dialoqun davam etdirilməsi, etimadın möhkəmləndirilməsi siyasəti dinc gələcək üçün zəmin yarada bilər. Sabit Cənubi Qafqaz hər üç dövlətin xeyrinə olacaq və onlara resursları hərbi xərclərdən sosial, təhsil və infrastrukturun inkişafına yönəltməyə imkan verəcək. Azərbaycan da məhz buna can atır.

Gürcü politoloq David Kartvelişvili bildirir ki, əməkdaşlıq şəraitində Cənubi Qafqaz ölkələri yeni dünya düzəninin yaranmasına hazırlaşmalıdırlar: “Dünya sürətlə dəyişir. Gələcək Cənubi Qafqazın təkcə enerji və nəqliyyat dəhlizinə deyil, Mumbayı Arxangelsklə, Tokionu Lissabonla birləşdirən tam hüquqlu yol kəsişməsinə çevrilməsini tələb edir. Regionumuzda sülh olmasa, belə bir şey olmayacaq. Bu kəsişməni qurmaq üçün Gürcüstan, Ermənistan və Azərbaycan səylərini birləşdirməli və Tiflisdə keçirilən üçtərəfli görüşlərdən daha yüksək səviyyədə görüşlərə başlamalıdırlar. Bu istiqamətdə addımlar atılır”. Ermənistadakı Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan hesab edir ki, Gürcüstanın Ermənistanla Azərbaycan arasında vasitəçilik etməkdə maraqlı olmasının iki səbəbi var. Birincisi, bu yolla Qərb dövlətlərinin təşkil etdiyi diplomatik təcriddən çıxmağa çalışır. İkincisi, Tiflis Cənubi Qafqazda sülhün bərqərar olacağı təqdirdə öz mövqelərini ciddi şəkildə gücləndirəcəyinə ümid edir. Lakin o, Tiflisin Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər hansı ciddi rol oynaya biləcəyinə inanmı: “Gürcüstanın İrəvana və Bakıya təzyiq etmək səlahiyyəti yoxdur, özü də Türkiyə və Azərbaycandan asılıdır”. Amma istənilən halda Azərbaycanın regionda əməkdaşlıq təşəbbüsü Ermənistan üçün yeni imlanlar açır. Burada nəzərə alırlar ki, xüsusən də mümkün iqtisadi əməkdaşlıq birgə səylərin əhəmiyyətli fayda verə biləcəyi digər mühüm sahədir. Cənubi Qafqaz həm Avropa, həm də Asiya bazarlarına yaxınlığı sayəsində əsas iqtisadi mərkəzə çevrilmək potensialına malikdir. Birgə infrastruktur layihələri, uyğunlaşdırılmış ticarət siyasətləri və Bakı-Tiflis-Qars dəmir yolu kimi regional nəqliyyat şəbəkələri kimi təşəbbüslər əlaqəni gücləndirə, tranzaksiya xərclərini azalda və ticarəti artıra bilər. Regional iqtisadi blok investisiyaları təşviq edə və malların, xidmətlərin və işçi qüvvəsinin axınını asanlaşdıra bilər. Enerji sahəsində əməkdaşlıq əlavə imkanlar təklif edir. Azərbaycan artıq əsas enerji ixracatçısıdır və onun Cənub Qaz Dəhlizi kimi boru kəmərləri Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Qonşu ölkələri enerji tranziti və paylanmasına cəlb etməklə, region daha inteqrasiya olunmuş və etibarlı enerji tərəfdaşına çevrilə bilər. Hər halda Azərbaycan bunun üçün imkanlar yaratmağa hazırdır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ