şənbə günü, 24 oktyabr 2026
     

Lavrov beynəlxalq hüququn müstəsna prinsipini irticaçı şəkildə şərh etdi...

Image


Abutalıb Səmədov: "Lakin nədənsə, çeçen xalqı öz müqəddəratını təyin etmək hüququndan istifadə etmək qərarına gələndə Rusiya fərqli mövqe tutdu"

Sergey Lavrov Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin 2022-ci il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda ərazi bütövlüyünün millətlərin öz müqəddəratını təyinetmə hüququndan üstünlüyü ilə bağlı mövqeyini tənqid etdi.

“Əgər millətin özünü təyin etmək hüququ reallaşarsa, o zaman hazırda BMT-yə üzv olan 193 dövlətin əvəzinə Yer kürəsində 500-dən çox, hətta 600-dən də çox dövlət yaranacaq: “Əlbəttə bu, xaos olacaq”, - deyən Tokayev Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi tədbirdə “DXR” və “LXR”ı kvazi-dövlət adlandırdı. Lakin Lavrov müsahibəsində bu yanaşma ilə razılaşmadığını bildirib və xatırladıb ki, BMT Nizamnaməsi yalnız hökumətləri müəyyən ərazidə yaşayan bütün insanları təmsil edən dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsini tələb edir. "Prezident Tokayevin bu çıxışı yadımdadır. Mən onunla razılaşmıram. Biz sonradan öz mövqeyimizi qazaxlı dostlarımıza izah etdik", - deyə Lavrov qeyd edib. O əlavə edib ki, ərazi bütövlüyü konsepsiyası bütün ölkələrə şamil olunmur, yalnız hökumətləri bütün əhalinin iradəsini əks etdirən ölkələrə şamil edilir.

Məgər Lavrov düz deyir?

Necə yəni, bütün vətəndaşlarının iradəsini ifadə edən dövlətin ərazi bütövlüyü tanına bilər?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, BMT nizamnaməsində və digər sənədlərdə dövlətlərin ərazi bütovlüyünün qorunmasi prinsipi ilə xalqların öz müqəddəratını təyinetmə prinsipləri arasında ciddi ziddiyyətlər mövcuddur: "Bu müxtəlif siyasətçilərə imkan verir ki, bu prinsipləri istədikləri kimi yozsunlar. Qazaxıstan prezidenti xalqların öz müqəddəratını təyinetmə hüququndan danışarkən haqlı olaraq deyir ki, əgər bu prinsip tətbiq edilsə, dünyada dövlətlərin sayı bir neçə dəfə arta bilər. Rusiya xarici işlər naziri bu mövqeyi bir neçə il əvvəl də ifadə etmişdi. Lavrov deyir - dövlətlərin ərazi bütövlüyü o zaman gözlənilir o, hökumət ərazidə yaşayan bütün xalqları təmsil eləsin. O bu təmsilçiliyi necə başa düşür? Dünyada heç bir hökumət hamını təmsil edə bilmir. Müxtəlif ərazilərdə yaşayan millətlər - onların nümayəndələri müxtəlif siyasətçiyə səs verə bilər. Tamamilə mümkündür ki, Ukrayna ərazisində yaşayan ruslar hamısı bir namizədə səs verməsinlər. Bu ruslara imkan verirmi ki, Ukraynanın ərazi bütövlüyünü tanımasın, onu şübhə altına alsın?

Yəni sən məni təmsil etmirsən, ona görə mənim sənin ərazi bütövlüyünə qarşı çıxmaq hüququm var - onların arxasında isə Rusiya kimi dövlət durursa, nəticə bugünkü kimi olur. Əslinə qalsa, belə bir norma heç bir beynəlxalq sənəddə mövcud deyil. Baxnayaraq ki, Lavrov bunu 2022-ci ildə də dilə gətirib. İndi bir daha təkrar edir. Heç bir hökumətin öz ərazisində yaşayan bütün xalqları təmsil etmək öhdəliyi və ya məsuliyyəti yoxdur. Beynəlxalq hüquq bir neçə sənəddə ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını təyinetmə huququ arasında əlaqəni aydınlasdırmağa cəhd göstərir. Bu, BMT nizamlaməsində də var. Beynəlxalq hüququn prinsipləri haqqında 24 oktyabr 1970-ci il bəyannaməsində də var və digər sənədlərdə də bu iki prinsipin əlaqələrini müəyyən qədər aydınlaşdırmağa çalışılıb. Amma açıq demək lazımdır ki, kifayət qədər problemlər qalır və çox təəssüflər olsun ki, beynəlxalq hüquq və bu hüququ reallaşdırmalı olan beynəlxalq qurumlar bu məsələyə aydınlıq gətirnəyə cəhd göstərməyiblər və yaxud da bacarmayıblar. Deməli, BMT Baş Assambleyasının 1960-cı ildə qəbul edilmiş qətnaməsində deyilir ki, bütün xalqlar öz maraqlarını təmin etmək hüququna malikdir. Amma bu hüquq ərazisində yaşadıqları dövlətin ərazi bütövlüyunə təsir göstərməməlidir. Yəni həmin dövlətin ərazi bütövlüyünun pozulmasına gətirib çıxarmamalıdır. Heç bir halda xalqlara belə bir hüquq verilməyib ki, öz müqəddəratını təyin edərkən yaşadığı dövlətin ərazi bütövlüyünü və siyasi birliyini pozsun. Çox gözəl bir müddəadır. Ancaq çox təəssüf ki, burada bir əlavə də var. Əlavə ondan ibarətdir ki, bu prinsip xalqların öz müqəddəratını təyin etmək hüququnu tanıyan dövlətlərə aiddir. Yəni dövlət öz ərazisində yaşayan xalqlara öz müqəddəratını təyin etmək hüququnu verməlidir və bu hüquq dövlətin ərazi bütövlüyü çərçivəsində reallaşmalıdır. Beynəlxalq hüquq bu iki prinsipi belə əlaqələndirib. Xalqların öz müqəddəratını təyin etmək hüququ yaşadığı dövlətin ərazi bütövlüyü və siyasi birliyi çərçivəsində həll edilməlidir. Əgər dövlət öz ərazisindəki xalqlara öz maraqlarını təmin etmək hüququ vermirsə, onda dövlətin ərazi bütövlüyünun qorunması tələbi də gözlənilməyə bilər.

Beynəlxalq hüquq dövlətlərə zor tətbiq etməklə və ya hədələməklə digər dövlətin ərazisini işğal etmək cəhdlərini hüquqa zidd hesab edir. İndi Rusiyanın xarici işlər naziri iddia edir ki, əgər hökumət ərazisində yaşayan xalqı təmsil etmirsə, onda həmin dövlətin ərazi bütövlüyü də şübhə altına alina bilər. Lakin nədənsə, çeçen xalqı öz müqəddəratını təyin etmək hüququndan istifadə etmək qərarına gələndə Rusiya fərqli mövqe tutdu. Yaxud da bu gün Tatarıstana belə bir hüquq verilə bilərmi? Təbiidir ki, verilməz.

Məlumdur ki, müstəqilliyin ilk illərində Rusiya prezidenti Boris Yeltsin çox sərsəm bir bəyanatla çıxış etmişdi. O, ölkə ərazisində yaşayan xalqlara müraciətlə demişdi ki, nə qədər gücünüz çatırsa, nə qədər həzm edə bilərsinizsə üzərinizə o qədər müstəqillik götürün. Bundan da Rusiyanin tərkibindəki respublikalar maksimum yararlandılar. Yeltsinin dövründə Rusiya tərkibindəki respublikalar və vilayətlər kifayət qədər müstəqil idi, orada respublikalar və vilayətlərin rəhbərləri seçki yolu ilə seçilirdi. Onların ərazilərindəki təbii sərvətlərdən müstəqil istifadə etmək inmanları var idi. Putin seçildikdən sonra onların hüquqları addım-addım əllərindən alındı və bugünkü vəziyyətə gətirilib çıxarıldı.

Lavrov bu cür bəyanatlar verərkən nəzərə almalıdır ki, xalqların öz müqəddəratını təyinetmə huququ yalniz Qazaxıstan və digər çoxmillətli dövlətlər üçün problem yaratmır, eyni zamanda, Rusiya üçün də çox ciddi problemlər yarada bilər. Möskva isə hər dəfə bu problemləri zorakılıqla aradan qaldırmaq imkanina malik olmaya bilər.

Bu məsələdən danışarkən biz bir məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan xalqların öz müqəddəratını təyinetmə huququnun tətbiqi ilə bağlı çox ciddi problemlərlə üzləşmişdi. Bu hüququ müxtəlif cür şərh edən dövlət rəsmiləri erməni separatizmininə dəstək verirdilər. Amna buna baxmayaraq, biz bu məsələni həll etməyi bacardıq. Dünyada başqa heç bir dövlət bu tip problemi hələ həll edə bilməyib, biz beynəlxalq presedent yaratdıq. Separatizm dünyada 50-dən çox ölkədə qanlı qarşıdurma ilə müşahidə edilir. Biz bu uğurumuzu, qələbəmizi qiymətləndirməyi bacarmalıyıq".

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ