şənbə günü, 24 oktyabr 2026
     

Gürcüstanın Azərbaycanla yaxınlaşmasında unikal motiv - əbədi dostluq, ya taktiki gediş...

Image


Arzuxan Əlizadə: "Gürcüstanla münasibətlərin dinamikası onu deməyə əsas verir ki, gələcəkdə də bu iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək"

Məlum olduğu kimi, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini qəbul edib.

Təkbətək görüş zamanı liderlər iki ölkə arasında nümunəvi strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Söhbət zamanı müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi əməkdaşlıqda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə toxunulub.

Gürcüstan prezidenti azərbaycanlı həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə, həmçinin, regionda sülh və sabitliyin vacibliyi vurğulanıb. Mixeil Kavelaşvili Gürcüstanın gələcəkdə də Cənubi Qafqazda dialoq və diplomatiyanın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.

Təkbətək görüş zamanı liderlər birgə irimiqyaslı strateji layihələri və əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Gürcüstan-Azərbaycan münasibətlərinin perspəktivlərini necə görürsünuz? Gürcüstanın Azərbaycanla əməkdaşlığa münasibətləri hansı prinsiplərlə müəyyən edilir? Gürcüstan Azərbaycanı strateji baxımdan tərəfdaş kimi seçir, yoxsa başqa imkanları olmadığına görə Bakı ilə münasıbətləri dərinləşdirməyə çalışır?

Baki-xeber.com saytının sualını cavablandıran AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirdi ki, Gürcüstan Azərbaycanla qonşu olmaqla yanaşı, müxtəlif zaman kəsiklərində müştərək tarixə malik olduğumuz dost ölkə kimi də xarakterizə edilə bilər: "O da diqqətə alınmalıdır ki, Gürcüstanda təxminən yarım milyona yaxın Azərbaycan türkü yaşayır. Onların həyat tərzi və yaşamı da Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Müstəqilliyi bərpa ediləndən sonra Gürcüstan və Azərbaycan arasında münasibətlər bir qədər də istiləşib və yaxınlaşıb. Daha çox iqtisadi müstəvidə inkişaf edərək, digər sahələrə də yansıyıb. Biz reallaşdırdığımız layihələrin bir çoxunun kommunikasiya hissəsini Gürcüstan üsərindən həyata keçirmişik. Bakı-Tiflis-Ceyhan nert əsas ixrac boru kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu layihələri məhz Gürcüstan üzərindən keçir. Hazırda Azərbaycandan bu kəmərlə 12 ölkəyə təbii qaz ixrac edilr. Bu kommunikasiya layihələri çərçivəsində Gürcüstan dövlət büdcəsi gəlirlərinin 40 faizindən çox həcmdə dividend əldə edir. Gürcüstanın ovaxtkı prezidenti Eduard Şevardnadzenin də vurğuladığı bir məlum həqiqət var idi ki, ən cətin vaxtlarda Azərbaycan Gürcüstana dost dəstəyi göstərib. Ən yaxın qonşuluq münasibətində olmaqla biz Gürcüstana elə vacib məqamda yardım etmişik ki, gürcü xalqı bunu unutmamalıdır.

Bu gün Gürcüstan-Azərbaycan münasibətləri iqtisadi müstəvidən artıq siyasi müstəviyə keçməkdədir. BMT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmək, məsələlərə baxış bucağının uyğunlaşdırılması baxımından da yaxınlaşıblar. Müstəqillik dönəmində həm Azərbaycanda, həm də Gürcüstanda separatçı rejimlərin şimal qonşumuzun dəstəyi ilə baş qaldırması da bizə təxminən eyni taleyi yaşamağı qismət edib. Biz artıq ərazi bütövlüyümüzü öz gücümüzə təmin etmişik. Amma eyni problem hələ də Gürcüstanda qalmaqdadır. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə dəstək verib, onun suverenliyini tanıyıb. Məsələn, bu gün parlamentlərarası işçi qrupları fəaliyyət göstərir, hökumət nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırılır. Gürcüstanla münasibətlətin dinamikası onu deməyə əsas verir ki, gələcəkdə də bu iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək.

Bu gün Gürcüstanın Azərbaycana daha çox ehtiyacı var. Enerji daşıyıcılarının Gürcüstan üzərindən nəqli Gürcüstan iqtisadiyyatına kifayət qədər böyük töhfələr verir. Gürcüstan da, təbii ki, bunun fərqindədir. Bu baxımdan Gürcüstan üçün Azərbaycan kimi güclü iqtisadiyyata malik qonşunun olması Tiflisi onunla isti münasibətləri qoruyub saxlamağa sövq edir.

Azərbaycan da bütün qonşularla normal və bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlı olduğunu hər zaman nümayiş etdirir. Bu dövlətlər içərisində Gürcüstan da xüsusi yerə malikdir. Bununla yanaşı, Gurcüstan qardaş Türkiyə ilə həmsərhəddir. Regionda Azərbaycanın və Türkiyənin Gürcüstana dəstəyi danılmazdır. Bu baxımdan Gürcüstan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafında maraqlıdır. Bundan sonrakı dönəmdə də bu tendensiya davam edəcək. Eyni zamanda, Borçalıda yaşayan soydaşlarımızın maraqları da daima Gürcüstan dövlətinin diqqət mərkəzində olmalıdır".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ