şənbə günü, 24 oktyabr 2026
     

İsrail və Türkiyə yüksələn gərginlik içində - bəlkə Azərbaycanın hesabına geridönüş mümkün oldu...

Image


Məlumat verildiyi kimi, cari il aprelin 9-da Azərbaycanda Türkiyə və İsrail nümayəndələrinin görüşü keçirilib və burada Suriyada arzuolunmaz insidentlərin qarşısının alınmasına yönəlmiş gərginliyin azaldılması mexanizmi müzakirə edilib.

Xatırladaq ki, bu, Suriyada gərginliyin azaldılması mexanizminin yaradılmasına həsr olunmuş ilk görüş olub və bu məsələ ilə bağlı işlər davam etdiriləcək. Daha sonra İsrail tərəfi görüş faktını təsdiqləyib. Yüksək rütbəli İsrail rəsmisi qeyd edib ki, Təl-Əviv Suriyadakı vəziyyətlə bağlı “qırmızı xətlərini” təqdim edərək öz mövqeyini ortaya qoyub.

Hadisələrin gedişi göstərir ki, Türkiyə və İsrail arasında Suriyada gərginliyin azaldılması üçün bundan sonra da dialoqa ehtiyac var. Özü də bunlar o fonda baş verir ki, ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyat rəsmilərinə qoşunların iki ay ərzində Suriyadan mərhələli şəkildə çıxarılmasına başlanacağı barədə məlumat verib. Bildirilib ki, İsrailin Amerika qoşunlarını Suriyada saxlamaq üçün Vaşinqtona təzyiq göstərmək cəhdləri uğurlu olmayıb. Qeyd edək ki, ABŞ-ın Suriyada 2 min əsgəri olduğu bildirilir. ABŞ prezidenti Donald Tramp Türkiyənin böyük gücünün qarşısında 2 min əsgəri təhlükəyə atmayacağını və onları ərazidən çıxaracağını 2024-cü ilin dekabrında elan etmişdi. İsrail həmin qüvvələrin qalmasını istəsə də, ABŞ bunu rədd edir. Bu halda İsrail Suriyada Türkiyə qarşısında daha zəif duruma düşür. Amma Təl-Əviv geri çəkilmək niyyətində də deyil. Tərəflər arasında gərginliyin azalması isə yalnız dialoq və vasitəçilər sayəsində mümkün sayılır. Belə vasitəçi qismində yenə Azərbaycanın adı daha çox hallanır. Məsələyə yenidən toxunan “The Jerusalem Post” nəşri yazır: “Azərbaycan prezidenti İlham Əliyev ADA Universitetində keçirilən mötəbər beynəlxalq forumda İsraillə Türkiyə arasında artan gərginlikdən narahatlığını bildirib. O, Azərbaycanın çoxdan hər iki xalqın yaxın dostu olduğunu və gərginliyin azaldılması və barışığın təşviqi üçün əlindən gələni etdiyini vurğulayıb. Təəssüf ki, İsrail indi Türkiyə ilə münasibətlərində yeni gərginlik dalğası ilə üz-üzədir. Türkiyənin Suriyada genişlənmiş hərbi və siyasi varlığını nəzərə alsaq, bu, faktiki olaraq onu İsrailin şimal qonşusu halına gətirəndə xüsusilə narahatedicidir. Heç kimə sirr deyil ki, Türkiyənin Suriyada artan iştirakının ardınca İsrail və Türkiyənin təhlükəsizlik xidmətləri arasında yerlərdə fəaliyyətin əlaqələndirilməsi üçün peşəkar səviyyədə əlaqələr qurulub. Qeyd edək ki, Suriyada İsrail üçün təhlükə yaradan hərbi obyektlər Türkiyə qüvvələri tərəfindən tutulmazdan əvvəl İsrail hava hücumları ilə hədəfə alınıb. Onların arasında Türkiyə Hərbi Hava Qüvvələrinin bölmələrinin yaxın gələcəkdə istifadə edəcəyi gözlənilən T4 aviabazası da var. Koordinasiyanın bu səviyyəsi qarşılıqlı anlaşmanı vurğulayır ki, heç bir tərəf birbaşa qarşıdurmaya can atmır. Bununla belə, vəziyyət təhlükəli dərəcədə qeyri-sabit olaraq qalır. Məsuliyyətsiz və qıcıqlandırıcı ritorika mövcud gərginliyi artırmağa davam edir və nəticədə münaqişəni alovlandıra bilər. Çox vaxt olduğu kimi, alovlu siyasilər tərəfindən edilən ehtiyatsız bəyanatlar təcrübəli peşəkarlar tərəfindən həll edilməli olan böhranlar yaradır. Bu məqamda biz Azərbaycanın nə qədər iş görə biləcəyini çox gözəl bilirik. Məhz 2016-cı ildə Bakının səyləri sayəsində İsrail və Türkiyə arasında ciddi diplomatik qırılma aradan qaldırıldı. Münasibətlərin sonrakı istiləşməsi bir neçə il davam etdi. İndi isə bu münasibətlər yenidən kəskin gərginlik altındadır. Dərin inamsızlıq və artan emosiya ilə müşahidə olunan bugünkü yüksək yanan iqlim şəraitində qarşılıqlı anlaşma və ortaq maraq adalarını müəyyən etmək vacibdir. Rasional, peşəkar diplomatiya vacibdir. İsraillə Türkiyə arasında müharibənin İrandan başqa kimin xeyrinə olacağını görmək çətindir. Regional təsirinin əhəmiyyətli dərəcədə zəifləməsi ilə İran belə bir münaqişəyə geosiyasi uğursuzluq kimi baxacaq.

Xaos və ekstremizmlə dolu və güclü idarəçiliyə malik olmayan sabitliyi pozulmuş Suriya Tehranın maraqlarına xidmət edəcək, xüsusən də oradakı mövcudluğunu nəzərə alsaq. Nə İsrail, nə də Türkiyə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyaya qayıtmasını görmək istəmir. Bu baxımdan, Suriyanın sabitliyinin təmin edilməsi hər iki ölkə üçün nadir yaxınlaşma nöqtəsi ola bilər. Həm İsrail, həm də Türkiyə mənbələri Suriyada hər hansı hərbi toqquşmanın qarşısını almaq üçün iki ölkə arasında birbaşa texniki danışıqların aparıldığını təsdiqləyib. Yüksək səviyyəli nümayəndələr arasında ilk belə görüş aprelin 9-da Azərbaycanın paytaxtı Bakıda baş tutub. Çünki Azərbaycan həm İsrail, həm də Türkiyə ilə dərin, etimada əsaslanan əlaqələrə malik olan yeganə ölkə kimi unikal mövqedədir. Prezident Əliyevin hər iki xalqın rəhbərliyi tərəfindən böyük hörmət və etimada malik olması Azərbaycanı gərginliyin daha da artmasının qarşısını almaq üçün əsl potensiala malik güclü vasitəçiyə çevirir. Biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik və çalışırıq. Ona görə də indiki böhranda Azərbaycanın sülhməramlı mövqeyi çox mühümdür. Bu, təkcə regionun sabitliyini təhdid edən deyil, həm də gözlənilməz nəticələrə səbəb ola biləcək münaqişədir. Bu, hələlik qarşısı alına bilən müharibədir”. İki aparıcı regional oyunçu arasında növbəti münaqişənin alovlanması, şübhəsiz ki, Yaxın Şərqdə onsuz da gərgin olan hərbi-siyasi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirə və potensial geri dönməz nəticələrlə zəncirvari reaksiyaya səbəb ola bilər. Bakının Yaxın Şərq və Cənub-Qərbi Asiyanın iki əsas dövləti arasında dialoqda vasitəçi rolunun özü yeni mərhələyə işarə edir.Bu, Azərbaycanın regional miqyasda öz mövqeyini gücləndirmək və beynəlxalq aləmdə diplomatik çəkisini artırmaq üçün real potensiala malik olduğunu göstərir. Türkiyə də, İsrail də Azərbaycana yaxın və etibarlı tərəfdaş kimi baxır. Azərbaycan da tərəflərin barışması üçün bütün imkanlarını səfərbər edib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ