Cümə axşamı günü, 29 oktyabr 2026
     

Makronun Fransaya baş nazir axtarışları - İlham Əliyevin öldürücü məsləhəti...

Image


Bu gün Fransanın özünün ən pis dövrlərindən birini yaşaması heç kimə sirr deyil. Ölkənin beynəlxlaq nüfuzu alt-üst olub, siyasi, iqtisadi problemlər səngimir. Bu fonda ifrat sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen "Le Parisien" qəzetinə müsahibəsində bildirib ki, bunlara səbəbkar olan Fransa prezidenti Emmanuel Makron çaşbaş vəziyyətdədir, onun mandatını vaxtından əvvəl başa çatdırmasına səbəb ola biləcək bir çox səbəblər var: "Makron çaşbaş vəziyyətdədir. Problemlər hətta onun yeni baş nazir  Fransua Bayru və ya maliyyə bazarındakı vəziyyətlə razılaşmaya bilən mərkəzçi bloku ilə də yarana bilər".

Le Penin sözlərinə görə, bu səbəbdən o, növbədənkənar prezident seçkilərinə hazırlaşır: "Ehtiyat tədbiri olaraq mən növbədənkənar prezident seçkilərinə hazırlaşıram". Bundan əvvəl Le Pen Makronu Fransa prezidenti vəzifəsindən istefa verməyə çağırmışdı. Qeyd edək ki, Makron hakimiyyətdə qaldığı müddətdə Fransanı daha böyük problemlər gözləyir. Bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində geniş toxunub: "Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara "Əlvida!" dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonra onları "günah keçisi" edirlər. Naftalindən çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar. Olmazmı ki, elə özündən başlasın? Əvvəllər sovet dövründə deyildiyi kimi, "özünütənqiddən başlamaq lazımdır". Baxın, "Moody`s" Fransanın reytinqini aydan-aya aşağı salır. Artıq "Triple-A"ya çatıb, orada kiçik "A" mövcuddur. Çox kiçik, güclə görünən… Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar". 

Qeyd edək ki, Fransada siyasi qarışıqlıq hökumətə etimadsızlıq səsverməsindən çox əvvəl başlayıb. İqtisadi problemlər və hakimiyyətin qeyri-populyar qərarları Emmanuel Makrona prezidentliyinin hər ili ilə bağlı təzyiqləri artırıb. Bu yay prezidentin siyasi qüvvəsi parlamentdə çoxluğunu itirib. Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyaya keçirilən növbədənkənar seçkilərdə Jan-Lük Melenşonun başçılıq etdiyi ultra-solçu "Yeni Xalq Cəbhəsi" partiyalarının bloku qalib gəlib. Emmanuel Makronun "Birlikdə" alyansı ikinci, Marin Le Pen və Jordan Bardellanın rəhbərlik etdiyi ifrat sağçı "Milli Birlik" isə üçüncü yeri tutub. Lakin o zaman siyasi qüvvələrin heç biri parlament çoxluğu yaratmaq üçün kifayət qədər səs toplaya bilmədi. Seçkilərin qalibləri prezidentdən baş nazir postuna öz nümayəndələrini irəli sürməkdə israr ediblər. Lakin Emmanuel Makron parlament seçkilərində cəmi dördüncü yeri tutan sağ mərkəzçi Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnieri hökumət başçısı təyin etməklə ifrat solçuların tələblərini təmin etməyib. Makronun barışmazlığı siyasi qarşıdurma alovuna benzin tökərək,  faktiki olaraq, Yeni Xalq Cəbhəsini müxalifətə çevirdi. Belə bir vəziyyət yarandı ki, yeni hökumət parlament çoxluğuna malik deyildi, ona görə də baş nazir Barnierin vaxtından əvvəl istefası zaman məsələsi idi. O, bu vəzifədə cəmi üç ay qaldı.

Fransa parlamenti 1962-ci ildən bəri ilk dəfə hökumətə etimadsızlıq səsverməsini dəstəkləyib. Fransa üçün daha qeyri-adi hadisə ölkənin baş nazirinin istefasına nail olan siyasi qüvvələrin birləşməsi oldu. Son parlament seçkilərində ifrat solçu Yeni Xalq Cəbhəsi bloku ifrat sağçı "Milli Birliy"in hakimiyyətə gəlməsinin qarşısını almaq üçün Emmanuel Makronun prezidentlik partiyaları bloku ilə səylərini əlaqələndirdi. Amma bu da uzun sürmədi. Barnierin vaxtından əvvəl istefası fonunda Makronun müttəfiqi Fransua Bayru parlamentlə uzunmüddətli məsləhətləşmələrdən sonra bu vəzifəni tutan Fransa hökumətinin yeni baş naziri oldu. Onun sələfi Mişel Barnier, qeyd olunduğu kimi, iqtisadi problemlər və artan narazılıq səbəbindən hökumətinə etimadsızlıq səsverməsi nəticəsində istefaya göndərilib. Əhali Makrona etirazını radikal sağ və sol partiyalara səs verməklə göstərir. Hakimiyyət onların populyarlığının artmasından qorxur. Makronun hökuməti qurmaq üçün xahiş etdiyi Fransua Bayru Fransa siyasətinin veteranıdır, əvvəllər ədliyyə və təhsil nazirliklərinə rəhbərlik edib. O, prezident koalisiyasına daxil olan kiçik sağçı liberal "Demokratik Hərəkat" partiyasına rəhbərlik etdiyi üçün Makronun müttəfiqi hesab olunur. Bu səbəbdən müxalifətin onu da tezliklə istefaya göndərməsi qaçılmaz hesab olunur. Bu hökumət də hakimiyyətdə qalmasa, Fransa gələn il üçün büdcəsiz qala bilər. Fransa hökumətinə etimadsızlığa səbəb ölkənin iqtisadi problemləri və hakimiyyətə qarşı kəskin etimadsızlıqla bağlıdır. Fransa uzun müddət aşağı iqtisadi artım zonasındadır. Ölkədə son vaxtlar genişmiqyaslı fermer tətilləri və gənclər arasında yüksək işsizlik müşahidə olunur. Bu arada Fransa Bankı ölkənin gələcək illər üçün iqtisadi artım templərini aşağıya doğru nəzərdən keçirdiyi rüblük proqnozunu dərc edib. Mərkəzi Bank avrozonanın ikinci ən böyük ölkəsi olan Fransa iqtisadiyyatının 2024-cü ildə 1,1%, 2025-ci ildə isə 0,9% artacağını gözləyir ki, bu da 2025-ci il üçün əvvəllər proqnozlaşdırılan 1,2% artımdan aşağıdır. Bu düzəliş daxili siyasi problemlərin və qlobal iqtisadi qeyri-sabitliyin birgə təsirini əks etdirir. Mərkəzi Bank bildirir ki, hökumətin fiskal konsolidasiya səyləri və hökm sürən siyasi qeyri-müəyyənliyin istehlak xərclərinin və özəl investisiyaların azalmasına səbəb olacağı gözlənilir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ