Cümə axşamı günü, 29 oktyabr 2026
     

Gürcüstan hadisələrində "Makronun qulağı" - bu dəfə “qulaq qanı” Gürcüstanda axır...

Image


Gürcüstanda noyabrın 28-dən etibarən hakimiyyətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını gündəmdən çıxarmaq qərarına etiraz edənlər tərəfindən etiraz aksiyaları keçirilir. Hakimiyyət hər gün bunun Avropaya inteqrasiyanın dayandırılması demək olmadığını izah etsə də, etiraz dalğası dayanmır. 

Səbəb də odur ki, Gürcüstanda etirazların təşkilində Qərbin, xüsusən də Fransanın dağıdıcı siyasəti davam etdirilir.

Qeyd edək ki, Gürcüstan Azərbaycan üçün mühüm tərəfdaşdır. O səbəbdən ölkədə sabitliyin hökm sürməsi Azərbaycanın maraq dairəsində yer alır. Lakin Qərb ölkələri, əsas etibarı ilə Fransa Gürcüstanda vəziyyəti qarışdırmaq üçün hər cür aqressiya sərgiləyirlər. Azərbaycan prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində açıq mətnlə vurğulayıb ki, Gürcüstanda baş verən olaylarda yenə də Makronun qulaqları görünür: "Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün. Beləliklə, Gürcüstan məsələsinə qayıdarkən deməliyəm ki, o, göründüyündən daha genişdir. Zənnimcə, bu səbəbdən nəzərdə tuturam ki, adətən irəliyə sanksiyaları vərdişə çevirmiş ölkələri verirlər. Əgər belə demək mümkündürsə, bu, Qafqaz uğrunda döyüşdür. Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir. O, necə olacaq? O, bizim ənənəvi Qafqaz dəyərlərinə əsaslanacaq". 

Hazırda Qərbin təhriki ilə Gürcüstanın müxtəlif şəhərlərində davamlı olaraq mitinqlər keçirilir, lakin paytaxt Tiflisdə onlar sistemli və genişmiqyaslı xarakter alıb. İlk günlərdə parlamentin yaxınlığında kütləvi iğtişaşlar zamanı isə hətta onlarla təhlükəsizlik qüvvələri və etirazçılar, eləcə də jurnalistlər yaralandı.

Müxalifət, prezident və onları dəstəkləyən Qərb siyasətçiləri ölkədə repressiyaların başladığını bəyan edir, hakimiyyət isə buna cavab olaraq agent müxalifətin xarici ağalarının dəstəyi ilə "Maydan" təşkil etmək cəhdindən danışır. Noyabrın 28-dən dekabrın 8-dək cinayət törətdiklərinə görə 30-dan çox şəxs məsuliyyətə cəlb edilib, 370-dən çox şəxs inzibati qaydada həbs edilib. Bunların fonunda Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında və konspirasiya nəzəriyyələrinin yayılmasında ittiham edir. Avropa İttifaqı və ABŞ bu ilin yazında hökumətə bəzi yardımları donduran və ölkənin Aİ-yə inteqrasiyasını dayandıran Xarici Təsirlərin Şəffaflığı Aktının qəbulundan sonra Gürcüstandan uzaqlaşmağa başlayıb. ABŞ Daxili İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndələri də daxil olmaqla bəzi Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar və viza məhdudiyyətləri tətbiq edib. Avropa İttifaqı Gürcüstana yüksək səviyyəli səfərləri və Brüsseldə Gürcüstan hakimiyyətinin nümayəndələri ilə bütün yüksək səviyyəli görüşləri dayandırıb. NATO-nun son sammitinin yekun bəyannaməsində Gürcüstanın Alyansa üzv olacağı qeyd olunmayıb. Bundan əlavə, oktyabrın ortalarında məlum oldu ki, Böyük Britaniya eyni səbəbdən Gürcüstanla strateji "Wardrop" dialoqunu, yeni kibertəhlükəsizlik proqramını dayandırıb və yüksək səviyyəli müdafiə danışıqlarını ləğv edib. Cari ilin sentyabr ayında Gürcüstanda LGBT təbliğatını qadağan edən "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunun qəbulu Qərbi daha da qıcıqlandırıb. Gərginlik oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra da davam edib, seçkilərin nəticələri parlamentə daxil olan hər dörd müxalifət qüvvəsi, onları dəstəkləyən QHT-lər və Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən tanınmır. Amma hakimiyyət bunun hansısa əhəmiyyət kəsb etmədiyini bildirir. Bununla belə Qərb müxalifətin vasitəsilə ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərindən əl çəkmir. Gürcüstan hakimiyyəti dəfələrlə ABŞ və Avropa İttifaqı ilə münasibətləri bərpa etməyə ümid etdiklərini bildirib. Onlar israr edirlər ki, Avropa dəyərlərinə sadiqdirlər və yuxarıda sadalanan qanunlar ölkənin milli maraqları nəzərə alınaraq qəbul edilib. Qeyri-hökumət təşkilatlarını və xaricdən maliyyələşən KİV-ləri xüsusi reyestrdə qeydiyyatdan keçməyə və bəyannamə doldurmağa məcbur edən xarici agentlər haqqında qanunu hakim "Gürcü Arzusu" partiyasının liderləri şəffaflıq prosesinin mühüm hissəsi kimi diqqətə çatdırırlar. "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun isə "Gürcü Arzusu"nun liderlərinin fikrincə, Gürcüstana psevdoliberal ideologiyanın tətbiqi cəhdinə cavabdır. Hakim partiyanın qurucusu Bidzina İvanişvili bildirib ki, LGBT təbliğatı ən yaxşı müasir fəth silahıdır. Seçkilərdən bir ay sonra, noyabrın 28-də hakimiyyət ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxaracaqlarını və Aİ-dən bütün büdcə qrantlarından imtina edəcəklərini açıqladı. Hakimiyyət qeyd edib ki, bununla onlar ayrı-ayrı avropalı siyasətçiləri və bürokratları şantaj vasitəsindən məhrum ediblər. Qəbul edilən qərarın ölkənin Avropa İttifaqına inteqrasiyasının dayandırılması demək olmadığı, 2030-cu ildə Aİ-yə üzvlüyə hazırlığın bundan asılı olması səbəbindən səlahiyyətlilərin assosiasiya sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi vurğulanıb. Amma bu həqiqiəti Qərb və onun Gürcüstandakı əlaltıları görməzlikdən gəlir. Bununla belə görünən odu rki, Gürcüstan Qərbin, xüsusən də Fransanın şantajı qarşısında möhkəm dayanıb. Makronun qulaqları bu dəfə, necə deyərlər, Gürcüstanda kəsilir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ