Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ermənistan Bəşər Əsədə qoşun göndərir? - İran üzərindən sensasion danışıqlar gedir...

Image


İran Suriyada yaranan siyasi böhrandan çıxmaq məqsədilə bu ölkəyə müxtəlif silahlı qrupları göndərmək qərarına gəlib. Bu barədə "Anadolu" agentliyinin fars redaksiyasının rəhbəri Oğuz Akkar məlumat verib: "İran Suriyada "Fatimiyyun" (Əfqanıstan şiələri) və "Zeynəbiyyun" (Pakistan şiələri) qüvvələrini gücləndirmək üçün tədbirlər görür".  

O əlavə edib ki, İran, həmçinin, Suriyaya erməni əsgərlərini göndərmək üçün Ermənistan ordusunun rəsmiləri ilə danışıqlar aparıb.

Xatırladaq ki, Suriyada baş verənlərdən ən çox narahat olanlardan biri də məhz Ermənistandır. Hələ də Suriyada xeyli sayda erməni yaşayır. Bu arada  Hələbin ermənilərin nəzarətində olan əraziləri ələ keçirilib. Ermənistan hazırda 10 minə yaxın ermənini müharibə şəraitində olan Suriyadan təxliyə etmək imkanının olmadığını bəyan edir.  Ermənistan Demokratiya Partiyasının nümayəndəsi Vazgen Mesropyan da bildirir ki, Hələbdə təxminən 8-10 min erməni mühasirədədir, onların fiziki vəziyyəti yaxşıdır, lakin çox qorxurlar. Ermənistanın Suriyadakı səfirliyi məsələ ilə bağlı qeyd edir: "Hazırda təhlükəsiz evakuasiya variantları yoxdur. Xarici İşlər Nazirliyi hadisələri diqqətlə izləyir və imkan daxilində bütün variantları nəzərdən keçirəcək. Bu müddət ərzində səfirlik Ermənistan Respublikası vətəndaşlarının bütün zənglərinə, onları maraqlandıran suallara, o cümlədən sənədlərin verilməsi və yeni pasportların verilməsinə cavab verir. Suriyanın müvafiq orqanları və icma strukturları ilə daimi əlaqə saxlanılır. Ermənistanın Hələbdəki Baş Konsulluğu Dəməşqdə işini davam etdirir. Buna səbəb noyabrın 26-da Suriya Xarici İşlər Nazirliyindən etimadnamə almaq üçün Dəməşqə gedən baş konsulun Hələbə qayıda bilməməsidir". Səfirlik onu da bəyan edib ki, noyabrın 30-da Hələbi tərk etmək istəyərkən dünyasını dəyişən Yervand Arslanyanın Ermənistan vətəndaşlığını təsdiqləyən heç bir məlumat yoxdur. Ermənistan-Suriya parlament dostluq qrupunun rəhbəri, deputat İşxan Saqatelyan da məsələyə münasibət bildirib: "Dost Suriya Ərəb Respublikasında, xüsusən də Hələbdə hökm sürən vəziyyət son dərəcə narahatedicidir. Mən Suriya Ərəb Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Nora Arisyan, Ermənistan Yeparxiyasının ictimaiyyətlə əlaqələr üzrə məsul işçisi Berio Vrej Yaqupyan ilə mövcud vəziyyətlə bağlı telefonla danışmışam". Rus hərbi politoloq Aleksandr Perenciyev isə xatırladır ki, Suriyada yaşayan erməni icması kifayət qədər böyükdür və Ermənistan onların müdafiəsində maraqlıdır". Bu isə o deməkdir ki, erməni əsgərləri Suriya hakimiyyətinə kömək üçün bu ölkəyə göndərilə bilər. Belə vəziyyətdə Ermənistana İranın yardım etməsi mümkündür.

Elə bu günlərdə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Arabi əl-Cədid" nəşrinə müsahibəsində deyib ki, Tehran Suriyaya qoşun göndərə bilər. O deyib ki, Suriya hökuməti İrandan qoşun yeritməyi xahiş edərsə, Tehran bu tələbi nəzərə alacaq. Bundan başqa, nazir qeyd edib ki, Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır. Elə bu fonda  türkşünas Varujan Geqamyan bildirir ki, Ermənistan üçün Suriyada yaşananlar çox önəmlidir: "Suriyada baş verənlər hər an başımıza gələ bilər. Ona görə də çox diqqətli olmalıyıq. İsraillə Livanın "Hizbullah" hərəkatı arasında atəşkəs bir neçə gün əvvəl, noyabrın 27-də elan edilmişdi, lakin bu günə qədər əməl olunmayıb və əməl olunub-olunmayacağı da məlum deyil. "Hizbullah"ın başının kəsilməsi Suriyanın qanuni hakimiyyətinin imkanlarını xeyli azaldıb. "Hizbullah" hər zaman Bəşər Əsədə yardım edib, indi isə zəifləyib". Geqamyan bildirib ki, Ermənistanın müvafiq dövlət qurumları 2018-ci ildən Ermənistanda baş verən hadisələrə, ayrı-ayrı fiqurların anti-erməni əməllərinə hüquqi sistem vasitəsilə cavab verməlidirlər: ""Ümid edirəm ki, bir gün erməni olacaq Ermənistanın müvafiq dövlət qurumları 2018-ci ildən Ermənistanda baş verən hadisələrə, ayrı-ayrı fiqurların anti-erməni əməllərinə hüquqi sistem vasitəsilə cavab verəcəklər. Hazırda Ermənistanın de-fakto hakimiyyəti Türkiyə və Azərbaycanın onilliklərlə davam edən anti-erməni təbliğatını Ermənistan daxilində həyata keçirir". İndilikdə isə görünən odur ki, Suriyanın geniş ərazilərini nəzarətə götürən döyüşçülər uzun müddətdir "yatan" vətəndaş savaşını yenidən oyadıb. Ölkənin şimal-qərbindəki qəfil hücuma prezident Bəşər Əsədə qarşı vuruşan ən böyük silahlı qruplaşmalardan biri olan "Həyat Təhrir əş-Şam" başçılıq edir. "Həyat Təhrir əş-Şam" müttəfiqləriylə birgə noyabrın 27-dən bəri Suriyanın ikinci ən böyük şəhəri Hələbi ələ keçirərək cənub istiqamətində irəliləyir. Sünni müsəlmanlardan oluşan qruplaşmanın bir çox üzvü qatı radikal sələfi hərəkatının davamçılarıdır. Onlar Suriyada şəriət qanunlarıyla yönəldiləcək dövlət qurmaq istəyirlər. Qruplaşma 2012-c ildə - Suriyada vətəndaş savaşı başlayandan bir il sonra "Cəbhət ən-Nüsrə" adı ilə "əl-Qaidə"nin Suriyadakı qolu kimi yaradılıb. Əbu Məhəmməd əl-Covlaninin başçılığı altındakı qruplaşma "əl-Qaidə"nin İraqdakı lideri Əbu Bəkr əl-Bağdadiyə tabe idi. Sonuncu daha sonra "əl-Qaidə" ilə əlaqələrini kəsdi və İŞİD-in təməlini qoydu. Əl-Covlani ona qoşulmaqdan boyun qaçırdı. Əsəd qüvvələrinə qarşı vuruşan "Cəbhət ən-Nüsrə" ən qanlı silahlı qruplaşmalardan biri sayılır və kamikadze partlayışlarından, əldəqayırma bombaların tətbiqindən yararlanır. Adını bir neçə dəfə dəyişən döyüşçülər "Əl-Qaidə"dən uzaqlaşmağa çalışıblar. Qruplaşma 2017-ci ildə Suriyanın şimal-qərbindəki müxalif qruplarla birləşib. İndiki döyüşlərə qatılan ittifaqının əsas üzvləri "Fələq əş-Şam", "Ceyş əl-İzzə", "Hərəkat Əhrar əş-Şam" və Türküstan Briqadasıdır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ