Bazar ertəsi günü, 18 may 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın rolu
Tarix: 06.03.2014 / 14:44
Bölmə: Siyasət
Məlumdur ki, XXI əsrin əvvəllərində beynəlxalq təhlükəsizlik üçün yeni təhdidlər yarandı. Bununla əlaqədar hərbi cəhətdən qüdrətli dövlətlər arasında rəqabətdən doğan köhnə təhlükələr arxa planda qaldı. Artıq nüvə qarşıdurması və digər super silahların istifadəsi ilə aparılacaq müharibə təhlükələri "köhnə" hesab edilir. "Yeni" təhlükələrə beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, daxili hərbi münaqişələr və beynəlxalq hərbi müdaxilələr, ekoloji tarazlığın pozulması və s. problemlər daxildir. Bu isə müasir dövrdə istər milli səviyyədə, istərsə də beynəlxalq müstəvidə təhlükəsizliyin təmin edilməsinin bir istiqamətliliyini yox, ən müxtəlif sahələri əhatə edən beynəlxalq kompleks fəaliyyəti vacib edir. Bu tendensiya beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycan dövlətinin milli təhlükəsizliyinin təmin edilməsini də ehtiva edir. Beynəlxalq terrorizm: yaranma səbəbləri və tipologiyası Beynəlxalq terrorizmin yaranmasının səbəb və şəraitinin araşdırılması yalnız kriminoloji metoda əsaslanmamalıdır. Burada, həmçinin, sosial-siyasi proseslərin idarə olunmasının metod və vasitələri araşdırılmalıdır. Milli, regional və qlobal səviyyədə beynəlxalq terrorizmin yaranmasını şərtləndirən iqtisadi, sosial, siyasi və ideoloji hallar öyrənilməlidir. Çox təəssüf ki, bu günə qədər beynəlxalq sənədlərdə "beynəlxalq terrorçuluq" anlayışı mükəmməl bir qaydada öz əksini tapmayıb. Burada qarşıya çıxan ən böyük nüanslardan biri beynəlxalq miqyaslı hər hansı terrorun səbəbkarı olan şəxs və ya qrupların bir dövlətdə qəhrəman, digər dövlətdə isə terrorçu kimi qələmə verilməsinin mümkünlüyüdür. Bunu dövlətlərin 1936-1981-ci illər arasında sözügedən anlayışa 109 fərqli izah verməsi sübut edir. Lakin Avropa İttifaqı Şurasının 2002-ci il tarixli Çərçivə qərarının 1-ci maddəsi və "Terrorçuluğun qarşısının alınması" haqqında Avropa Şurası Konvensiyasının preambulasının müddəaları əsasında beynəlxalq terrorçuluq anlayışı aşağıdakı kimi verilə bilər: "Beynəlxalq terrorçuluq - siyasi, iqtisadi, sosial, dini, mənəvi, mədəni və s. sahələrdə maraqlarını təmin etmək məqsədilə hər hansı bir şəxs, qrup və yaxud müvafiq orqanların əməkdaşları vasitəsilə dövlət tərəfindən ictimai təhlükəsizliyin pozulması, əhalinin vahimədə saxlanması, dövlət hakimiyyət orqanlarının və beynəlxalq təşkilatların hərəkət və ya hərəkətsizlik göstərməyə məcbur edilməsi yolu ilə hər hansı bir ölkə və ya beynəlxalq təşkilatın fundamental siyasi, konstitusiya, iqtisadi və sosial məhvinə yönəlmiş hərəkətlərin bir neçə dövlətin ərazisində və ya bir neçə dövlətin maraqlarına zərər vura biləcək şəkildə törədilməsi, habelə bu cür hərəkətlərin törədiləcəyi ilə başa çatan hədələmədir". Keçən əsrin 80-ci illərində ABŞ, İtaliya, İsrail və Fransa hesab edirdi ki, beynəlxalq terrorizmin yaranmasına səbəb sosialist ölkələri tərəfindən yaradılan şəraitdir. Lakin bu düşərgənin iflasından sonra beynəlxalq terrorizm səngimədi, əksinə, daha da təhlükəli miqyas aldı. 1986-cı ildə çap edilən "Diplomatik lüğət"in müəllifləri isə terrorizmin səbəbləri kimi müstəmləkəçiliyi, irqçiliyi, aparteid və soyqırım siyasətini, dövlətlərin siyasi müstəqilliyi və milli suverenliyinin, ərazi bütövlüyünün pozulmasını göstəriblər. Terrorizmin ən geniş yayılmış forması millətçilik və dini terrorizmdir. Tipologiyasına görə, cinayət terrorizmi daha geniş yayılıb. Terrorizm növlərinin bölgüsündə isə dövlət, beynəlxalq və daxili terrorizm mərkəzi yer tutur. Dövlət terrorizminin spesifik xüsusiyyətlərindən biri hökumətlərin daxili və xarici məqsədlər üçün ekstremist təşkilatlardan istifadəsidir. Bu terrorizmin əsas subyektləri terror qrup və təşkilatlarıdır. Müasir dövrdə terrorizmin təhlükəli xarakteri artan xətlə getdiyi üçün bu problem ayrı-ayrı dövlətlərin gücü ilə yox, beynəlxalq əməkdaşlıq nəticəsində həll edilə bilər. Hazırda terrorçuların səyləri yalnız stabilliyin pozulmasına və ya hansısa qısamüddətli planların həyata keçirilməsinə deyil, mahiyyətcə daha ciddi və genişmiqyaslı siyasi məqsədlərə - siyasi hakimiyyətin ələ keçirilməsinə və yenidən bölüşdürülməsinə, suveren dövlətin ərazisinin zəbt olunmasına, yerli əhalinin oradan zorən çıxarılmasına, dini, irqi, etnik, sosial-siyasi konfrantasiyanın gücləndirilməsinə və s. yönəlib. Müasir terrorçu təşkilatlar həm də elmi-texniki tərəqqinin nailiyyətlərindən yararlanaraq öz məkrli niyyətlərini daha təminatlı şəkildə həyata keçirirlər. Onlar müasir kompyuter və İKT nailiyyətlərindən istifadə etməklə geniş, mütəşəkkil, mobil terror şəbəkələrini yaradırlar. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə rolu Terrorizmlə mübarizədə BMT ilə yanaşı, digər beynəlxalq və regional təşkilatlar-İnterpol, ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası və s. qurumlar da iştirak edir. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən 7+1-in-ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Rusiyanın terrorizmə qarşı birgə mübarizəsi isə olayın ümumbəşəri əhəmiyyətinin göstəricisidir. AR terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı mərhələdə bir çox dövlətlər gözləmə mövqeyi tutduğu halda, mərhum Prezident Heydər Əliyev bu olaya dərhal reaksiya verərək, həmin terror aktlarını bütövlükdə bəşəriyyətə, insanlığa qarşı ən dəhşətli cinayət kimi pislədi, Azərbaycanın terrorla mübarizədə hər zaman fəal mövqe tutacağını bəyan etdi. Azərbaycan terrorizmə qarşı əməli mübarizəni dəstəkləmək üçün öz hava məkanını və hava limanlarını açıq elan edib. Ölkəmiz həmçinin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulub. Vurğulamaq lazımdır ki, bu cür fəaliyyət strategiyasının banisi Heydər Əliyevdir və məhz o, Azərbaycanı beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından birinə çevirib. Ölkəmizin İraq, Əfqanıstan və Kosovada sülhməramlı missiyası bunun bariz nümunəsidir. O da qeyd edilməlidir ki, Heydər Əliyev 11 sentyabr hadisələrindən xeyli əvvəl terrorizmin beynəlxalq bəlaya çevriləcəyini uzaqgörənliklə hiss etdi və məlum olaydan 2 il qabaq-1999-cu ildə "Terrorizmlə mübarizə haqqında" Qanunu imzaladı. Təcavüzkar Ermənistan dövlətinin xüsusi xidmət orqanları tərəfindən Bakı metropolitenində törədilən 2 partlayış (1994-cü il, mart, iyul ayları), Neft Akademiyasındakı terror və digər təxribatlarla üzləşən ölkəmiz terrorizmə qarşı 8 beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan tərəfdaş çıxdığı bütün müqavilələrə əsasən bu istiqamətdə xarici dövlət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, mühüm beynəlxalq və regional konvensiyalara qoşulan ölkəmiz 13 ikitərəfli saziş, 15 protokol və 2 memoranduma imza atıb, BMT-nin antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya edib. Son 4 ildə AR-nin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı xüsusilə qeyd edilməlidir. Respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin ali quruma Azərbaycanda terrorizmə qarşı mübarizədə görülən əməli tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Azərbaycanın hazırda NATO-nun tərkibində 90 nəfərlik heyəti Əfqanıstanda xidmət edir. Ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirir. NATO ilə AR Milli Təhlükəsizlik Nazirliyi arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsi NATO-nun Xüsusi Komitəsinin işçi qrupunun terrorçuluqla mübarizəsinə həsr olunub və ilk dəfə Bakıda 2004-cü ildə keçirilən iclası ilə başlayıb. Birgə antiterror fəaliyyətilə bağlı MTN-nin Heydər Əliyev adına Akademiyasının nəzdində Beynəlxalq Antiterror Təlim Mərkəzinin yaradılması Azərbaycanın bu sahədə NATO ilə əməkdaşlığının davamlılığını sübut edir. Ölkəmiz Aİ, ATƏT, AŞ, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla da yaxından əməkdaşlıq edir. Respublikamız indiyədək Avropa İttifaqının terrorizmə qarşı mübarizəni nəzərdə tutan 9 konvensiyasını ratifakasiya edib. AR həmçinin Avropa Şurası ilə Terrorçuluq üzrə Ekspert Komitəsi çərçivəsində birgə fəaliyyət göstərir. MDB Antiterror Mərkəzinin "MDB iştirakçı dövlətlərin ərazisində fəaliyyəti qadağan olunacağı mümkün terrorçu və ekstremist təşkilatların vahid siyahısı"nın hazırlanmasında ölkəmiz xüsusilə fərqlənib. Belə ki, bir sıra terror və ekstremist təşkilatların adları məhz Azərbaycanın təklifi əsasında bu siyahıya daxil edilib. Regionda Türkiyə və Gürcüstanla, hər sahədə olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində də ciddi əməkdaşlıq münasibətləri qurulub. Belə ki, 2002-ci ildə Türkiyənin Trabzon şəhərində Azərbaycan, Türkiyə, Gürcüstan arasında "Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər mühüm cinayətlərlə mübarizə üzrə müqavilə" imzalanıb. Məlumdur ki, beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmək prinsipindən sui-istifadə yolu ilə milli, etnik, dini və s. pərdələr arxasında dövlətlərin beynəlxalq hüquqla təsbit edilmiş ərazilərini parçalamağa yönələn istənilən fəaliyyət növü də beynəlxalq terrorçuluqdur. Buna misal olaraq təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin işğalını göstərmək olar. Bu işğal Ermənistan dövləti tərəfindən edildiyi üçün o, dövlət səviyyəsində edilən terrordur. Və şübhəsiz ki, nəzarətdən çıxan bu ərazi beynəlxalq aləm üçün də təhlükəlidir. Çünki belə ərazilərdə terrorçu düşərgələrinin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, yeni üzvlərə təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradılır. Belə nəzarətsiz ərazilər dünyanın müxtəlif regionlarına "terror ixracı"nı təmin etməklə yanaşı, həm də narkotiklərin daşınması, insan və silah alveri üçün əlverişli məkandır. Bunu nəzərə alaraq, BMT çərçivəsində "Nəzarətdən kənar ərazilərdən transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorçuluq məqsədilə istifadə edilməsinə qarşı mübarizə üzrə əməkdaşlıq haqqında" qətnamənin hazırlanması çox vacib və aktualdır. Göründüyü kimi, dünya birliyinə uğurla inteqrasiya edən AR beynəlxalq terrorizmə qarşı mübarizədə də mühüm işlər görür. Lakin təəssüflə qeyd edilməlidir ki, ölkəmizin Ermənistan tərəfindən dövlət səviyyəsində terrora məruz qalmasına beynəlxalq aləm hələ də əməli işlə cavab verməyib. Azərbaycan xalqı isə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "Ermənistana Azərbaycan torpaqları hesabına 2-ci erməni dövləti yaratmağa heç vaxt imkan verməyəcək".
Vaqif CƏLİLOĞLU, Tex.e.üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 18.05.2026 / 13:30
Prezident: "Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır"
Tarix: 18.05.2026 / 13:23
"Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük"
- Prezident
Tarix: 18.05.2026 / 13:22
Prezident: "Biz qədim tariximizlə qürur hissi duyuruq"
Tarix: 18.05.2026 / 13:15
"Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır"
- Prezident İlham Əliyev
Tarix: 18.05.2026 / 13:10
Prezident: "Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk"
Tarix: 18.05.2026 / 13:08
"Ümid edirəm ki, WUF13-ün nəticələri də COP29-un nəticələri qədər uğurlu olacaq"
- Prezident
Tarix: 18.05.2026 / 13:05
Prezident İlham Əliyev: "Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik"
Tarix: 18.05.2026 / 13:04
"Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq"
- Prezident
Tarix: 18.05.2026 / 12:59
Prezident: "Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar"
Tarix: 18.05.2026 / 12:54
"WUF13-də rekord sayda iştirakçıları qəbul edirik"
- Prezident
Tarix: 18.05.2026 / 11:45
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak ediblər
- FOTO
Tarix: 18.05.2026 / 09:48
"Mənzil böhranı artıq qlobal və sistemli çağırışa çevrilib"
- UN-Habitat
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 14.05.2026 / 20:35
2-ci Qarabağ müharibəsini yarımçıq dayandırmağa çalışan ölkələr... təzyiqlər keçmədi...
Tarix: 14.05.2026 / 17:22
Keçmiş hakimlərin vəkil işləməsi hüquq dövlətçiliyinə ziddir...niyə?...
Tarix: 09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ
SON XƏBƏRLƏR
18.05.2026 / 13:30
Prezident: "Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır"
18.05.2026 / 13:23
"Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük"
- Prezident
18.05.2026 / 13:22
Prezident: "Biz qədim tariximizlə qürur hissi duyuruq"
18.05.2026 / 13:15
"Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır"
- Prezident İlham Əliyev
18.05.2026 / 13:10
Prezident: "Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk"
18.05.2026 / 13:08
"Ümid edirəm ki, WUF13-ün nəticələri də COP29-un nəticələri qədər uğurlu olacaq"
- Prezident
18.05.2026 / 13:05
Prezident İlham Əliyev: "Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik"
18.05.2026 / 13:04
"Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq"
- Prezident
18.05.2026 / 12:59
Prezident: "Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar"
18.05.2026 / 12:54
"WUF13-də rekord sayda iştirakçıları qəbul edirik"
- Prezident
18.05.2026 / 11:45
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak ediblər
- FOTO
18.05.2026 / 11:05
Hər ay ərzağa nə qədər pul xərcləyirik? -
Qeyri-ərzaqların bahalaşma tempi pis deyil...
17.05.2026 / 22:31
İraq səhrasında İsrailin İrana qarşı istifadə etdiyi daha bir gizli baza aşkarlandı
– birinci bazanı ifşa edən çoban ortadan götürüldü...
17.05.2026 / 21:48
İranda ABŞ və İsrail casuslarına qarşı genişmiqyaslı əməliyyat
– saxlananların sayı 6500-ü keçdi...
17.05.2026 / 21:10
Trampdan İrana yeni təhdid
- vaxt daralır, əks halda onlardan heç nə qalmayacaq...
17.05.2026 / 20:47
Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
- FOTO
17.05.2026 / 20:39
İrandan Trampa xəbərdarlıq
- yeni hücumun bədəli ağır olacaq...
17.05.2026 / 20:06
"Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir"
- Aleksandar Vuçiç
17.05.2026 / 19:26
Sadır Japarov Azərbaycana səfərə gəlib
17.05.2026 / 19:07
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb
- FOTO
17.05.2026 / 18:43
WUF13-ün ilk gününün yekunlarına dair bəyanat səsləndirilib
17.05.2026 / 18:25
"Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır"
- UN-Habitat rəsmisi
17.05.2026 / 17:45
Rusiya Ermənistandan gələn mallara nəzarəti gücləndirir...
17.05.2026 / 17:14
Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb
- FOTO/YENİLƏNDİ
17.05.2026 / 16:56
Prezident İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib
- FOTO/YENİLƏNDİ
17.05.2026 / 16:50
"Azərbaycanın təcrübələrini öyrənəcəyik"
- Braziliya səfiri
17.05.2026 / 16:27
Tramp “Fırtınaqabağı sakitlik” paylaşımı etdi…
17.05.2026 / 16:17
BƏƏ-də nüvə stansiyasına hücum edildi...
17.05.2026 / 16:14
Starmer istefa qərarı verdi -
amma şərti var…
17.05.2026 / 16:01
Bolqarıstan Prezidenti İliyana Yotova Bakıya gəldi
17.05.2026 / 15:53
Sabiq millət vəkili Hacıbaba Əzimov vəfat etdi
17.05.2026 / 15:44
Kamran Məhərrəmli vəfat etdi
17.05.2026 / 15:36
ABŞ danışıqlar üçün İranın bütün şərtlərini rədd edən beş yeni təklif irəli sürdü...
17.05.2026 / 15:10
WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası keçirilib
- YENİLƏNİB
17.05.2026 / 14:56
WUF13 çərçivəsində nazirlər səviyyəsində görüş keçirildi
17.05.2026 / 14:38
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
17.05.2026 / 14:18
Slovakiya Baş nazirinin müavini Azərbaycana gəldi
17.05.2026 / 14:05
Prezident İlham Əliyev Oljas Süleymenovu təbrik etdi
17.05.2026 / 13:49
WUF13: Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb
17.05.2026 / 13:40
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır
- FOTO
17.05.2026 / 13:35
Vuçiç Bakıya gəldi...
- FOTO
17.05.2026 / 13:27
WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
17.05.2026 / 13:07
Zelenski qisas sözü verdi
- 500-dən çox dronla Moskvaya hücum edildi...
17.05.2026 / 12:45
BMT-nin proqram rəhbəri Azərbaycana təşəkkür etdi...
17.05.2026 / 12:28
Güclü yağışa qarşı gərəkli addımlar atılır...
17.05.2026 / 12:03
Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurmaya dəstəyini yüksək qiymətləndirdi...
17.05.2026 / 11:51
Özbəkistan Prezidenti Azərbaycana gəlir...
17.05.2026 / 11:32
Prezident Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
- FOTO/YENİLƏNDİ
17.05.2026 / 11:27
Prezident İlham Əliyev Tokayevə zəng edib
17.05.2026 / 11:21
"1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır"
- BMT-nin nümayəndəsi
17.05.2026 / 11:06
Naxçıvana uçuşlar bərpa edildi
17.05.2026 / 10:55
"Forum çərçivəsində Bakının Baş planına dair təqdimat da təşkil olunacaq"
- Anar Quliyev
17.05.2026 / 10:42
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
- FOTO/YENİLƏNDİ
17.05.2026 / 10:30
Prezident İlham Əliyev Esvatini Kralı ilə görüşdü
- FOTO/YENİLƏNDİ
17.05.2026 / 10:24
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
- FOTO/YENİLƏNDİ
17.05.2026 / 10:18
"Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır"
- Anaklaudia Rossbax
17.05.2026 / 09:42
WUF13 çərçivəsində Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilir
17.05.2026 / 07:58
Makronun şillə “yeməsinə” səbəb olan aktrisa -
İranın düşmən elan etdiyi Fərəhani…
17.05.2026 / 07:40
Hörmüz böhranı əczaçılıq sektoruna da təsir etməyə başladı -
Dərman çatışmazlığı gəlir…
17.05.2026 / 07:28
Bəzi terror qrupları ABŞ-dan maliyyələşib? -
Vensdən şok açıqlama…
17.05.2026 / 07:16
Almaniya daha 6 Ermənistan vətəndaşını deport etdi -
5 ayda 3-cü reys…
17.05.2026 / 06:54
Camal Qaşıqçı cinayəti yenidən gündəmdə -
Paris araşdırmalara başladı
16.05.2026 / 21:36
Tramp Pekində təyyarəsinə minən kimi göstəriş verdi
– Çində verilən bütün hədiyyələr zibil qutusuna atıldı…
16.05.2026 / 21:11
İran Dövlət Televiziyasında BƏƏ bayrağına atəş açıldı…
16.05.2026 / 19:47
BMT-nin Proqram rəhbəri Bakıdan dünyaya mesaj göndərdi
16.05.2026 / 19:40
Sabah Bakıda WUF13 tədbiri işə başlayır
16.05.2026 / 19:14
Almaniya kanslerindən gənclərə qalmaqallı məsləhət
- ABŞ-a getməzdən əvvəl iki dəfə düşünün...
16.05.2026 / 18:11
Ukrayna böhranı “Finlandiya ssenarisi” ilə başa çata bilər
– “Kiyev ərazi itkisini qəbul edə, neytrallığını elan edə bilər”...
16.05.2026 / 17:53
Naxçıvana uçuşlar təxirə salındı
- səbəb...
16.05.2026 / 16:07
WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq keçirilib
16.05.2026 / 15:26
İran zənginləşdirilmiş uranı Trampa yox, Putinə verəcək
– Moskva ilə danışıqlar başladı...
16.05.2026 / 15:09
WUF13 tədbiri üçün 480 taksi cəlb edilib
16.05.2026 / 14:16
Daha 18 ailə Cəbrayılın Şükürbəyli kəndinə köçdü
16.05.2026 / 13:50
Ermənistan AİB çərçivəsində bütün imtiyazlarını itirə bilər
– Lavrovdan İrəvana mesaj...
16.05.2026 / 13:14
Samir Şərifov Səudiyyə nümayəndə heyəti ilə görüşdü
16.05.2026 / 12:58
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
- FOTO
16.05.2026 / 12:51
WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib
16.05.2026 / 11:14
“EFES-2026” - dənizdən sahilə hücum tapşırığı uğurla icra edildi
16.05.2026 / 10:31
TDT-yə üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir
16.05.2026 / 10:17
Sabah Bakıda WUF13 başlayır
15.05.2026 / 22:40
“Qarabağda ermənilər rusla Köçəryanın girovları idilər”
- Paşinyan kökdən baltaladı...
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək
Populyar xəbərlər
Tarix: 10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri
Tarix: 02.05.2026 / 10:35
Şərəfli ömür yolu
Tarix: 09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"
Tarix: 02.05.2026 / 13:09
Bloomberg: Hindistanla əlaqəli tanker Hörmüz boğazından keçməyə çalışır
Tarix: 02.05.2026 / 12:11
Zelenski:"Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb"
XƏBƏR ARXİVİ