Bazar ertəsi günü, 02 noyabr 2026
     

Yovşanlı-yarğanlı çöllərin üzü Bakıya doğru “səngərləri”...

Image


1918-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhərinə doğru üç istiqamətdə xilaskarlıq yürüşü edən 5-ci Qafqaz  İslam Ordusunun zabit-əsgər heyətinin əsas zərbə mövqeyi Şamaxı-Qobustan istiqamətində (Acıdərə-Ceyrankeçməz-Cəngi...yolu boyunca, Bayan-Ata düzünün yovşanlı şöllərində keçən döyüş yolları boyunca) olmuşdur ki, həmin günlərin Qazi döyüşçüsü, Osmanlı Türkiyəsindən uzanan hərb yolunun Şahidi....və sonda Bayan-Ata qoynunda Şəhid olmuş Türk Ərəninin məzarı yovşanlı çöllərdə qara mərmərə dönmüşdür...

Azərbaycan Xalq Cumhuriyyətinin işğal altında olan paytaxtı Bakı şəhərinin 1918-ci il sentyabr ayında azad edilməsi dövlət quruculuğunda siyasi-hərbi əhəmiyyət kəsb etdiyi kimi, Yaxın Şərqdə ilk demokrtik dövlət quran Türk-Müsəlman xalqlarıının milli-mənəvi bütövlüyünün təsdiqi, tarixən təşəkkül tapmış ictimai-mədəni irsinə sahiblənməsi, müstəqil dövlət quruculuğu tarixinin qorunub saxlanılması.. baxımından da dünyəvi dəyərə malik idi. Məhz buna görə də həmin tarixdə birləşmiş düşmən qüvvələrinin, xüsusilə rus bolşevik-hay daşnak cəbhəsinin müqaviməti güclənmiş, o cümlədən, Bakı şəhəri və ona yaxın yaşayış məntəqələrində də törətdikləri qanlı qırğınların, soyqırım faciələrinin miqyası daha da genişlənmişdir.

Qobustan yaylasının alçaq tirəli, dərin qobulu və geniş yarğanlı-yovşanlı çölləri ("Qulaqçın", "Torağay", "Bayan-Ata"... qış otlaqları) 1918-ci ilin yaz-yay aylarında birləşmiş silahlı-nizami dəstələri, süvari və topçu düşmən qüvvələrinin (başda daşnak-bolşevik təmayüllü Bakı Soveti Xalq Komissarları Sovetinin sədri S.Şaumyan olmaqla) hərbi-döyüş meydanına, cəbhə xəttinə çevrilmiş, yaxınlığdakı yaşayış məntəqələrinin (Qaracüzlü, Çaylı, Cəngi, Xəlilli, Keçəllər, Bədirli, Kosalar, Nağdılı, Ağdərə, Yuxarı və Aşağı Güzdək, Atbulaq, Səngəçal...) əsasən tərəkəmə elatları üçün ciddi təhlükəyə çevrilmişlər. 

Həmin ildə yeni yaradılmış Azərbaycan Milli Ordusu Bakı şəhərinə 3 istiqamətdən (Quba-Şabran, Şamaxı-Qobustan, Navahı-Şıxlar yaşayış məntəqələri boyuncsa) hücum edən rus-hay quldur dəstələrinin (ingilis-fransız bölmələri də onlarla bir cəbhədə idi) hücumunu dəf etməkdə ona görə çətinlik çəkirdi ki, düşmən arxa hissələrdən də qəflətən basqınlar yaradırdı. Bu hal, xüsusilə Qobustan-Xızı nahiyələri ətrafında (Acıdə, Ceyrankeçməz, Cəngi və Sumqayıtçay çayları hövzəsində) daha şiddətli baş vermişdir.

Bakı şəhərindən 35 km aralıda, Sumqayıtçayın sol sahilində yerləşən Çaylı/Pirəkəşkül kəndi də düşmən hücumuna məruz qalmışdır. Qobustan-Abşeron nahiyəsinin qədim və sakral Caylı kəndini əhatə edən Bəyi dağı, Qoturdağ, İslam dağı və Şiş dağ yüksəklikləri (bu hissə həm də strateji nəqliyyat yolu olub) düşmənin silahlı dəstələri tərəfindən səbhə xəttinə çevriləndə, 80-ə qədər evi olan Çaylı-Orta Oba kəndlərinin əhalisi 4-5 km aralıdakı Qotur dağa sığınmış, kəndin könüllü özünümüdafiə dəstələri silaha sarılaraq müdafiə olunmuşlar. Həmin hadisələrin iştirakçısı olan Mirabbas Hacı Zəki oğlunun (1894-1974) söylədiyinə görə, güclü müqavimət yalnız  5-ci Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın köməyə gələn əsgər-zabit heyətinin kəndə gəlişi ilə sonlanmışdır. Həmin döyüşlərin izi hələ də qalmaqdadır-kəndin "Qızılburun tirəsi"nin (Sumqayıtçayın sağ sahilində) ətrafında, quzey tərəfdəki Şişdağın yamaclarında paslı giliz nümunələri, səngər yerləri, 5-ci Qafqaz İslam Ordusunun heyətinin düşərgə yerləri, "ayaq izləri" indi də qalmaqdadır.

Mir Zöhrab Kərbəlayi Mir Əhəd oğlu (1925-2007), yaşlıların yaddışına görə bildirmişdir ki, Türk ordusu Çaylı kəndindən sonra Biləcəri-Fatmayı-Kürdəxanı cəbhə xəttinin gücləndirilməsini təmin edib. 

1937-ci ildə repressiya dalğası kəndin könüllü-milli döyüşçülərdən Mir Həsən Mir Əhəd oğlu və qardaşı Mir Salamı...qurban vermişdir. Onlar kəndin cənubundakı Qoturdağ və İslam dağı arasındakı dərin yarğanlı dərədə olmuş ən ağır döyüşlərin iştirakçıları olmuşlar.

Qədim "İpək yolu" üstündə salınmış Cəngi kəndinin (paytaxdan 45 km şima-qərbdə) üstündəki Sunqur dağı, Adəm-Ata, Köşək-Ata... yüksəklikləri, Cəngi çayının Ağdərə kəndi hövzəsi də Ordularımızın qələbəsinə, mənfur düşmənin basılmasına şahidlik edib. 

Hazırda Bayan-Ata dağı ilə üzbəüz yövşanlı çöldə qərib Türk Əsgərinin Şəhid məzarına ətirli yellər sığal çəkir...

1918-ci ilin avqust-sentyabr aylarında Xızı-Altıağac ərazisindəki Siyakü dağının ətəyindəki Ağdərə kəndi (Cəngi kəndindən 35 km şimal-qərbdə, 100-dən çox evi olan bu kənd hərbi-ticarət yolu üstündə yerləşib) səbhə xətti üzərində yerləşmişdir. Hələ iyun-iyul aylarında bu kəndə Qızmeydan-Hilmilli kəndləri istiqamətindən rus-hay dəstələri tərfindən güclü hücumlara, qırğınlara məruz qalmış, Şeyxlər kəndi (35-40 ev) tamam yandırılmış, əhalisi qırılmışdır. Bu istiqamətdə yolun ələ keçirilməsi hərbi-siyasi rus-hay xuntası kimi yaradılan Bakı Xalq Komissarları Sovetinin Bakı-Dərbənd quru yolu ilə hərbi təchizatının təmin edilməsi əhəmiyyətini daşımışdır. Bu barədə Ağdərə kənd sakinlərindən Məhəmməd Əmirhüseyn oğlu Əsgərov (1856-1956), Əmirhüseyn Məhəmməd oğlu (1905-1990), Məşədi Balağa Əhməd oğlu (1927-2018) bildiriblər ki, həmin dövrdə qəflətən edilən hücumlardan qurtulmaq üçün əhali qonşu Tüdar (bölgənin ən qədim kəndi), Əmbizlər, Qasımkənd...kəndlərinə köçmüş, yalnız Nuru Paşanın gəlişindən sonra onlar evlərinə qayıtmışlar. 

Türk-Müsəlman birliyinin sarsılmazlığını ifadə edən həmin dövr hadisələrindən biri belə olub ki, Ağdərə kəndi bütünlüklə talan edilib yandırıldıqdan sonra (hətta Cümə məscidi də), əhalinin malı-mülkü qarət edildikdən, 20-yə qədər dinc sakin öldürüldükdən sonra...özünü çatdıran 5-ci Qafqaz İslam Ordusunun bir dəstəsi təhlükəsizliyi təmin etmək üçün kənddə qalır. Qarət edilən malın-mülkün axtarılması üçün qonşuluqdakı hayların-rusların yerləşdiyi Hilmilli kəndinə gəlirlər. Bir həyətdə ot tayasında gizlədilən furqon, taxılı təmizləyən avadanlıq...tapılır. Türk zabiti həmin oğrunu bağlayır ağaca və şallaqlayır:

- Gavur oğlu gavur, mənim müsəlman qardaşlarımın malını qəsb etməyə sənə kim ixtiyar verib?

1918-ci ilin rus-hay qüvvələrinin siyasi-hərbi ittifaqının Azərbaycan dövlətçiliyinə qarşı törətdiyi qanlı-faciəvi hadisələr, ilk növbədə, Bakı şəhəri və ona yaxın olan nahiyələrin, yaşayış məntəqələrinin Türk-Müsəlman əhalisinin soyqırımı kökənli əhalinin yurd-ocaqlarında Cənubi Azərbaycanda və Qarabağdan hayların və Volqaboyundan rusların köçürülərək yerləşdirməklə, XX əsrin dünyəvi sənaye mərkəzi olan Abşeron yarımadasdını və Xəzər dənizinin qərb hissəsinində bolşevik Rusiyasına tabe olan "erməni"-rus muxtariyyətinin yaradılması başlıca məqsəd olmuşdur.

Abşeron bölgəsinin strateji əhəmiyyətinə və siyasi-hərbi yükünə göz dikən hay kilsəsinin Xəzər dənizi sahilində Qarabağ ərazilərinə uyğun 2-ci "hay ocağı"nın yaradılması V.Lenin-S.Şaumyan cütlüyünün məkrli niyyəti idi (1-cinin 2-ci ilə yazışmalarında bu məsələ aydın görünür). Ona görə də, düşmənin bütün silahlı dəstələri Bakı şəhərində mərkəzləşdirilmiş və ətraf istiqamətlərə doğru (arxa tərəfdən qəfil hücumların təşkili ilə bərabər) planlı hərbi əməliyyatlar aparılmışdır.

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

P.S. Yazının hazırlanmasında həm də Xızı nahiyəsi, Ağdərə kənd sakini Hacı Üzeyir Əmirhüseyn oğlu Məmmədlinin (1937), Abşeron nahiyəsi, Çaylı kəndi, qədim Orta Oba məhəlləsinin sakini Mirəli  Mir Zöhrab oğlu Zəkiyevin (1955), Qobustan nahiyəsinin Cəngi və Ərəbşalbaş kənd sakinləri Nizami Ağadadaş oğlunun (1955) və Samid Seyidi oğlunun (1971) məlumatlarından istifadə olunmuşdur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ