Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənistan Rusiyadan üzülüşməyə ideoloji əsas da hazırlayır...

Image


Məlum olduğu kimi, Ermənistanda yeni tədris ilindən etibarən "Rus dili" orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılaraq, xarici dil statusuna keçirilib. Artıq orta ümumtəhsil müəssisələrində rus dilinin tədris saatları azaldılıb. 

Belə ki, 4 və 9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq. Hələ yayda ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi xarici dillərin tədrisinə dair bütün məktəblərə sirkulyar göndərib. Buna əsasən, təhsil müəssisələrinin sinifləri üçün rus dili baza (məcburi) statusundan xarici (seçmə) statusuna keçib. Eyni zamanda, hər xarici dilə həftədə iki saat ayrılıb. Yəni "Rus dili" ayrıca fənn kimi yalnız 4-cü, 9-cu siniflərdə həftədə üç saat olmaqla, 11-ci və 12-ci siniflərdə həftədə iki saat olmaqla  qalıb. 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca "Rus dili" fənni yoxdur. "Xarici dil 1" və "Xarici dil 2" var. Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bəyan edib ki, dövlət standartının norma və müddəaları Ermənistanın ümumtəhsil müəssisələrinin səlahiyyətli orqanları üçün məcburidir.

Baş verənləri şərh edən "Milli müdafiə" jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko bildirir ki, bu, Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətinin daha bir göstəricisidir: "Bu, Ermənistanın Qərbə yönəlmə siyasətinin və onun strateji tərəfdaşı kimi Rusiya ilə müttəfiqlik münasibətlərini rədd etməsinin nəticəsidir. Ermənistanda məktəblilərin icbari məktəb proqramı kimi deyil, yalnız öz istəkləri ilə oxuyacaqları dillərlə bağlı nəticə, başa düşürük ki, nəyə gətirib çıxaracaq. Bunlar  Ukraynadakı kimi ssenarilərin təkrarlanması üçün zəmindir, çünki hakimiyyət ölkədə rusofobiyanın artmasına kömək edir. Erməni cəmiyyəti üçün Rusiya Federasiyası ilə mədəni və mənəvi baxımdan bir fasilə planıdır. Ermənistan hakimiyyətinin indi məqsədi böyük rus dilinə və böyük rus ədəbiyyatına güvənmədən yeni nəsil erməni vətəndaşlarını Qərb prinsipləri əsasında yetişdirməkdir. Ermənistanın hazırkı hakimiyyətinin Rusiyadan uzaqlaşdırma siyasəti, Qərblə yaxınlaşma və gələcəkdə Rusiya Federasiyası ilə tərəfdaşlıq və strateji münasibətləri sıfıra endirmək siyasətinin tərkib hissəsidir". Politoloq Ermənistan və Azərbaycanın təhsil sferasında gedən proseslərin təzadına diqqət çəkib: "Ermənistanda belə rus məktəbləri mövcud deyil və rus icması yalnız bəzi ibtidai təzahürlərdədir. Onu qonşu Azərbaycanla müqayisə edin: burada Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası və Rus İcması fəaldır. Onlar tədbirlər keçirirlər, Milli Məclisdə öz deputatlarının olması, rəsmi orqanların himayəsindən və dəstəyindən bəhrələnməsi prosesi davamlıdır. Görürük ki, Azərbaycanda Rusiya universitetlərinin yeni birgə filialları açılır ki, onlar bir sıra istiqamətlərdə, o cümlədən, elmin öyrənilməsi yolu ilə kadrlar hazırlayırlar. Təəssüf ki, Ermənistanda bu proses Rusiya ilə münasibətlərdə zehni və nəsillərarası fasilə mərhəsləinə daxil olur. Bizim erməni lobbiçiləri daim çoxəsrlik qardaşlıq və  dostluqdan danışır, lakin Ermənistan hakimiyyətinin belə siyasəti cəmiyyət tərəfindən etirazla qarşılanmır və bu, İrəvanın hərəkətlərinin təhlükəli xarakterindən xəbər verir. Paşiyan hökumətinin Ermənistanın yaşadığı bəlalarla bağlı Rusiyaya qarşı iddialarını gündəlik və siyasi informasiya səviyyəsində təqdim edirlər. Yəni əslində Ermənistanın Rusiya Federasiyası ilə müttəfiqlik və tərəfdaşlığa son qoyması üçün ideoloji əsas hazırlanır".

İqor Korotçenko qeyd edib ki, rus dili ilə bağlı qərar bu və ya digər şəkildə Ermənistanda aktiv şəkildə fəaliyyət göstərən Qərb QHT-lərinin əlinə yeni fürsət verəcək: "Onlar üçün əsas məqsəd, ilk növbədə, Amerika və Britaniyanın nəzarəti altında ermənilərə fransız dilini tədris etməkdir. Halbuki, heç kim bunun praktiki baxımdan özünü necə büruzə verdiyini bilmir, amma buna baxmayaraq, insanların şüurunda Fransaya və fransızlara qarşı izaholunmaz sevgi var deyirlər. İndi bayraq onların əlindədir". Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı Lilit Qalstyan qeyd edir ki, rus dilinin tədrisi siyasi üstünlüklər və şıltaqlıqlar müstəvisinə keçirilə bilməz: "Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti təbii olaraq təhsil və mədəniyyət sahələrinə təsir edir və təsir edəcək. Bu təsir, xüsusilə Ermənistanın indiki hökumətinin timsalında nəzərə çarpır, milli fəaliyyət tərzinə çevrilir". Qalstyan rus dilinin statusunun aşağı düşməsini İrəvanın vektorunun dəyişməsinin nəticəsi hesab edir. Eyni zamanda o qeyd edib ki, hazırda Ermənistan-Rusiya münasibətlərində böhran dərinləşir və bu gün ölkələr arasında münasibətlərdə yaxşılaşma əlaməti yoxdur. Əslində Ermənistanda rus dilinin sıxışdırılması yeni deyil. Məsələ çoxdankı müttəfiqlər arasında ən böyük problemlərdən biri olaraq qalır. Onlar zaman-zaman bu məsələni həll etməyə çalışsalar da, məsələ hələ də həllini tapmayıb. Lakin indi vəziyyət dəyişib. Ermənistanın Qərbyönümlü siyasəti, bu ölkədə Qərb maraqlarının getdikcə daha çox kök salması və güclənməsi rus dilinin sıxışdırlmasına yeni təkan verdi. Ümumiyyətlə, Ermənistanda azsaylı rus əhalisinin sıxışdırılması uzun müddətdir davam edən problemdir. Monoetnik dövlətə çevrilmiş Ermənistanda daha da dözülməz hala gələn bu vəziyyəti aradan qaldırmaq üçün nə əvvəlki hakimiyyət, nə də indiki hakimiyyət heç bir iş görməyib. Məsələn, əgər 1989-cu ilin siyahıyaalınmasının statistikasına görə, ruslar Ermənistan əhalisinin 1,6 faizini təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 0,3 faizə - təxminən 200 rusa düşüb. Sonradan da azalmaqda davam edib. Bu, Ermənistanda son 30 ildə başqa millətlərin ölkədən köçürülməsi və qovulması prosesinin sistemli xarakter daşıdığını göstərir. Digər tərəfdən, ölkədə yaranmış radikal ideologiyanın "qələbəsi" belə neqativ cərəyanların yaranmasına münbit şərait yaratdı. Ona görə də Ermənistanda rus dilinin inkişafı ilə bağlı Rusiyanın istənilən təşəbbüsü qulaqardına vuruldu və cəmiyyət və hakimiyyət buna qıcıqla yanaşdı. 

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ