Bazar ertəsi günü, 02 noyabr 2026
     

Zəngəzur dəhlizi İranı isterikaya saldı - Tehranın “qırmızı xətti” keçildi...

Image


Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları İranda kəskin etirazla qarşılanmaqda davam edir. Rusiyanın Tehrandakı səfirliyinin təmsilçisi bu məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra ölkənin rəsmi mediası Moskvanı tənqid etməyə başlayıb. 

Elə indi də rəsmi Tehran Zəngəzur dəhlizinin özünün "qırmızı xətti" olduğunu bəyan edir. İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün "qırmızı xətt" deməkdir və bu, tamamilə qəbuledilməzdir. 

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən ekstraterritorial quru dəhlizinin açılma imkanını istisna edib. Səfir vurğulayıb ki, İran çox güclü bir şəkildə buna qarşıdır: "Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyini pozan hər hansı dəhlizə qarşıyıq. Biz dəfələrlə demişik ki, bu, Ermənistanın və İranın maraqlarına ziddir. Ermənistan üçün, üzdəniraq dəhliz də daxil, müxtəlif adlar altında bəzilərinin xülyaları heç vaxt gerçəyə çevrilməyəcək". Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan  yarımrəsmi "Təsnim" agentliyinin dərc etdiyi məqalədə diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun bugünlərdə Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına dair Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı pozmaqda ittiham etməsinə yönəldilirdi. Rusiya rəsmiləri israr edirlər ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə görə, İrəvan Naxçıvan və Azərbaycan arasında Ermənistandan keçəcək nəqliyyat bağlarının təhlükəsizliyinə qarantiya verməlidir. Lakin Azərbaycan və Ermənistan bu məsələyə yanaşmada fərqli mövqe nümayiş etdirirlər. Bakı Naxçıvan və Azərbaycan arasında adamların və yüklərin gömrük və sərhəd yoxlamalarına məruz qalmadan keçidini istəyir. Ermənistan isə bildirir ki, onun ərazisindən keçən hər hansı nəqliyyat kommunikasiyası İrəvanın yurisdiksiyası altında olmalıdır. Naxçıvan və Azərbaycan əraziləri arasındakı Ermənistan ərazisi Zəngəzur vilayətidir. Bu, Ermənistanın İranla yeganə sərhəd rayonudur. "Təsnim"in məqaləsində deyilir ki, dəhlizin buradan keçməsi İranı Ermənistanla sərhədindən və beləliklə də Avropaya çıxış yollarından məhrum edə bilər: "Rusiyaya tövsiyə edilib ki, Moskva və Tehran arasında strateji münasibətlərə ziyan vura biləcək addımlardan çəkinsin, çünki Zəngəzur dəhlizi İranın şimal-qərb sərhədində yeni münaqişə ocağı yarada bilər". Rusiya israr edir ki, onun istədiyi nəqliyyat əlaqələri Ermənistanın Zəngəzur üzərindəki suverenliyini pozmayacaq. Moskva qeyd edir ki, üçtərəfli bəyanatda dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulub. Bütün bu mübahisələrin davam etdiyi bir vaxtda Bakı və İrəvan bəyan edib ki, sülh müqaviləsinin imzalanmasına əngəl törədən dəhliz məsələsinin müqavilə layihəsindən çıxarılması barədə razılığa gəliblər.

Belə görünür ki, Bakı ilə İrəvan arasında belə bir güzəşt razılaşdırılsa da, Tehran heç cür rahatlıq tapa bilmir. Səfir Sübhani sentyabrın 6-da İrəvanda jurnalistlərlə söhbətində nazirin bu bəyanatını təkrar dilə gətirib: "Biz başqa ölkələrin gəlib burda müəyyən təhlükəsizlik və ya nəzarət qurmasına qarşıyıq. Ermənistan hakimiyyətinin bizə bildirdiyi kimi, Sünik ərazisindəki sərhəd yoxlama-buraxılış məntəqələri Ermənistanın müvafiq qurumlarının nəzarəti və İrəvanın suverenliyi altında olacaq". İran Məsləhət Şurasının üzvü, SEPAH-ın keçmiş baş komandanı Möhsün Rzayi daha açıq danışaraq bildirib: "Zəngəzur dəhlizi və İrana məxsus üç ada ilə bağlı Rusiya dövlət xadimlərinin davranışı heç bir vəchlə qəbul edilə bilməz və İranla dostluq, strateji münasibətlər barədə bəyanatlarla açıq-aşkar ziddiyyət təşkil edir". Ölkə parlamentinin sabiq vitse-spikeri Əli Mütəhərri isə bu məsələdə İran hökumətini diqqətli olmağa çağıraraq yazıb: "On dördüncü hökumət Ermənistanda son vaxtlar Rusiyanın da dəstəklədiyi Zəngəzur dəhlizinin çəkilişinə həssas yanaşmalıdır. Rusiya heç vaxt, xüsusən də Ukrayna məsələsinə başının qarışdığı hazırkı dönəmdə İranın maraqlarını düşünməyib. Bu dəhliz Ermənistan üzərindən İranın Avropaya gedən yolunu bağlayacaq". Qeyd edək ki, İranda Zəngəzur dəhlizi əleyhinə bu kampaniya avqustun 18-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərindən sonra vüsət alıb. İslam Respublikasındakı bəzi qüvvələr yenə də dəhlizin açılmasını regionda sərhədlərin dəyişdirilməsi ilə bağlayır. Sanki Zəngəzur dəhlizi açılarsa, İranın Ermənistana gedən yolu bağlanacaq. Amma əslində belə deyil. Dəhlizin açılmasının İran-Ermənistan sərhədinin bağlanması ilə heç bir əlaqəsi yoxdur. Dəhliz İran-Ermənistan sərhədi hesabına fəaliyyət göstərməyəcək, sadəcə olaraq sərhədlərin dəyişdirilməməsi prinsipini İran Zəngəzur dəhlizinin açılmasına bir bəhanə kimi tətbiq edir. İndi görünən odur ki, Zəngəzur uğrunda gedən mübarizə nüfuz məsələsidir. Ermənistan əvvəl bölgədə Rusiyanın forpostu idisə, indi də Qərbin forpostu olmaq istəyir. İran isə bunu bəyənmir. O səbəbdən də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Reallıqda Zəngəzur dəhlizi Azərbaycanla Ermənistanın daxili işidir, Bakı İrəvanla razılaşdıqdan sonra Tehranın məntiqsiz "qırmızı xətləri" də asanlıqla aşılacaq. Bunu İranda da yaxşı bilirlər.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ