Bazar ertəsi günü, 02 noyabr 2026
     

Vardanyanın Qarabağa niyə göndərildiyini Paşinyan indi araşdırmağa başlayıb...

Image


Sədrəddin Soltan: "Paşinyan Ruben Vardanyan və onu dəstəkləyən qüvvələrdən imtina etməklə həm də qisas alır"  

"Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu bu mənada kim Ermənistana göndərib, kim Qarabağa hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə göndərib? Və sonunda kim dedi: "Bilirsən nə var? Biz onun kim olduğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır". Bu suallara cavab istəyirik, yoxsa yox? Bu, həqiqətən də bizim üzləşdiyimiz ciddi problemdir".

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan  avqustun 31-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də "Laçın" dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" vəzifəsində çalışmış Ruben Karlenoviç Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Hazırda Bakı həbsxanalarından birində cəzasını  çəkir. 

Paşinyan isə Vardanyanın Qarabağa niyə göndərildiyini indi araşdırmağa başlayıb. 

"Demək istəyir ki, rəsmi İrəvanın, yəni hakimiyyətin, onun komandasının həmin separatçılarla heç bir əlaqəsi yoxdur və onların etdikləri cinayətlərlə bağlı məsələləri bölüşmür" 

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Bakı-Xəbər"ə bildirdi ki, Ruben Vardanyan Rusiyada anadan olub və Rusiyada da var-dövlət yığıb. "Yəni Rusiyada da o qədər var-dövlət yığmaq üçün, şübhəsiz ki, Rusiya hakimiyyəti ilə əlaqələri olmaq lazım gəlirdi. Əvvəllər hökumətin sözünə baxmayan oliqarxların taleyi bəllidir. Bəzilərinə də sanksiyalar tətbiq olunub. Rusiya hakimiyyətinə yaxın olan və bu ölkədə formalaşmış erməni milyonerlər - Samvel Karapetyan, Karen Karapetyan, Ruben Vardanyan və başqaları, bunlar hamısı Qarabağ torpaqları işğal altında olanda bu və başqa şəkildə işğalı dəstəkləyiblər. Hətta "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan Qarabağda dünyaya gələn uşaqlar üçün müavinət vermişdi, Qarabağdakı erməni ailələrinə pul ayırmışdı və sair. Onların müxtəlif bəlli olmayan əməliyyatlarda da iştirak etdikləri istisna olunmur. Ter-Petrosyandan sonra Ermənistan hakimiyyəti Qarabağdan gedən erməni liderlərinin başçılığı ilə formalaşıb. Bura Robert Koçaryan, Serj Sarkisyan aiddir. Növbəti prezident, məntiqlə, o ardıcıllıqla Bako Saakyan, yaxud Arkadi Qukasyan olmalı idi. Bunların heç biri o səviyyəli siyasi fiqurlar ola bilmədiklərinə görə növbəti kart olaraq Ruben Vardanyan kartı işlədi. Ruben Vardanyan kartı həm də Rusiya tərəfindən Ermənistana hakimiyyət dəyişikliyi üçün hazırlanmışdı. Qarabağla heç bir əlaqəsi olmayan Vardanyan  özünü Qarabağda separatçılar, terrorçular arasında doğrultmalı və sonra da "qəhrəman" kimi Ermənistana prezident, yaxud baş nazir olaraq başçılıq etməli idi. Paşinyan hakimiyyətə gələndən sonra Qarabağdakı separatçılarla onun arasında da ziddiyyələr var idi. Hadisələrin gedişində də Azərbaycan tərəfindən göstərilən çox sayda təzyiqlərdən sonra Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi və guya qondarma haranınsa "vətəndaşı" kimi Azərbaycan ərazisində qanunsuz olaraq fəaliyyət göstərməyə, separatizmi, terrorizmi dəstəkləməyə başladı. Müharibənin gedişində məğlubiyyətdən sonra kimi gizləndi, kimi qaçıb getdi, nəticədə Ruben Vardayanı Azərbaycanın güc strukturları həbs etdi. Hazırda Azərbaycanda həbsdə olan separatçılığı, terrorçuluğu, qanunsuz fəaliyyəti dəstəkləyən ermənilərin Ermənistanda və diaspor təşkilatları arasında azad olunmasını tələb edənlər var. Paşinyan isə bu məsuliyyətdən yaxasını kənara çəkmək, bu məsuliyyəti üzərindən atmaq üçün bildirir ki, Vardanyan niyə Rusiya vətəndaşlığından imtina etdi?"-deyə bildirən S.Soltanın fikrincə, Paşinyan bu kimi suallar verməklə bildirmək istəyir ki, hakimiyyətin onlarla heç bir əlaqəsi yoxdur. "Bununla Paşinyan demək istəyir ki, rəsmi İrəvanın, yəni hakimiyyətin, onun komandasının həmin separatçılarla heç bir əlaqəsi yoxdur və onların etdikləri cinayətlərlə bağlı məsuliyyəti bölüşmürlər. Başqa sözlə, Paşinyan Ruben Vardanyan və onu dəstəkləyən qüvvələrdən imtina etməklə həm də qisas alır. Bu qisas həm də Robert Koçaryandan, Karapetyandan, Sarkisyandan alınan qisasın bir hissəsidir.  Paşinyan bunların hamısını bilir, amma sadəcə olaraq həm də onlara mesaj verir ki, vaxtında rəsmi İrəvanla hesablaşmadıqlarından Azərbaycanda həbs olunublar. Paşinyan bu addımı ilə eyni zamanda Qarabağda Ermənistanın törətdiyi cinayətlərdən yaxasını kənara çəkməyə çalışır. Çünkii müharibə gedən vaxtı Ermənistanda hakimiyyətə Paşinyan başçılıq edirdi. Yəni orada Azərbaycan əsgərinin ölməsində, işğalçılar tərəfindən Azərbaycana qarşı törədilən hadisələrdə Paşinyan hökumətinin də cinayət məsuliyyəti var. Əgər Paşinyan ordunu çıxarmaq istəsəydi əvvəldən çıxara, bu razılaşama əvvəldən reallaşa bilərdi. 2018-ci ildə hakimiyyətə gəlmişdi, amma bu niyə 2019-cu ildə baş vermədi? 2020-ci ilin əvvəl aylarında niyə baş vermədi? Paşinyan Şuşada halay qurub başqasının torpağında niyə rəqs edirdi? Onun xanımı niyə Azərbaycan torpağına qanunsuz olaraq gəlib şəkil çəkdirib paylaşırdı? Əlbəttə, bunların hamısında Paşinyan hökumətinin də məsuliyyəti var. Amma bununla belə, Paşinyan öz məsuliyyətindən yaxasını kənara çəkmək istəyir. Ruben Vardanyanın və başqa separatçıların məsuliyyətini bölüşmək istəmir. Ruben Vardanyan isə birbaşa başqa ölkənin vətəndaşı kimi Azərbaycan ərazisində pozuculuq fəaliyyəti ilə, separatçılığı, terrorizmi dəstəkləməklə məşğul olub. Paşinyan həm də bununla Rusiyaya meydan oxumuş olur ki, Ruben Vardanyan Ermənistan vətəndaşı deyil, onun Ermənistanla heç bir əlaqəsi yoxdur və bütün məsələləri Rusiya törədib, Rusiya vətəndaşı Ruben Vardanyanın Qarabağda fəaliyyəti bunun göstəricisidir"-deyə S.Soltan qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ