Bazar ertəsi günü, 02 noyabr 2026
     

"Azərbaycan növbəti dəfə özünün siyasi sisteminin mükəmməlliyini və dayanıqlığını nümayiş etdirdi" - İqor Korotçenko

Image


Parlament seçkiləri ölkə qanunvericiliyinə tam uyğun şəkildə keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib. Bu, Azərbaycanın bütün ərazisində baş tutmuş tarixi seçkilərdir.

Bunu sentyabrın 2-də növbədənkənar parlament seçkilərinin yekunlarına dair mətbuat konfransında Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, müşahidələrin nəticəsi kifayət qədər aydındır - seçkilər Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirilib, onları tam azad, demokratik, hüquqi, ədalətli və rəqabətli adlandırmaq olar.

"Onlar beynəlxalq təşkilatların son onilliklər ərzində müxtəlif növ seçkilərlə bağlı hazırlanmış tələblərinə tamamilə uyğundur və ən əsası, bu seçkilər Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir", - deyən Markov əlavə edib ki, yeganə tövsiyə seçki məntəqələrində bütün namizədlərin əks olunduğu plakatların olmasının daha ciddi şəkildə təmin edilməsidir.

Rusiya Dövlət Dumasının deputatı Alla Polyakova deyib: "Mən 2021-ci ildən Dövlət Dumasının deputatıyam və əməkdaşlıq əlaqələrinin qurulduğu bəzi həmkarlarımın yenidən Azərbaycan parlamentinə deputat seçilməsindən məmnunam. Azərbaycanda dördüncü dəfədir seçkilərdə müşahidəçisi kimi iştirak edirəm və seçki prosesinin təşkilindən razıyam".

Rusiyalı deputat diqqəti bir çox seçki məntəqələrinin məktəblərdə yerləşməsi faktına çəkib. O əlavə edib: "Əminik ki, Bakının bir çox məktəblərində rus bölməsi var. Ölkənin təhsil sisteminə rus dilinin öyrənilməsi də daxildir".

A.Polyakova Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında parlamentlərarası dostluq qrupunun uğurlu fəaliyyətinin gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Rusiyalı müşahidəçi, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko seçkilərin yekunu ilə bağlı deyib: "Dünən Bakı və onun ətraf rayonlarında 15-ə yaxın seçki məntəqəsinə baş çəkdik. Biz (müstəqil Rusiya müşahidəçiləri qrupu) seçki prosesinin aydın təşkilini, seçki komissiyası üzvlərinin yüksək hazırlıq səviyyəsini, seçkilərin qüsursuz təşkilini qeyd edə bilərik. Bu, dürüst, ədalətli, legitim və dünyada mövcud olan seçki texnologiyalarının bütün meyarlarına cavab verən səsvermə prosesi idi".

İ.Korotçenko vurğulayıb ki, bu baxımdan Azərbaycan öz siyasi sisteminin mükəmməlliyini, sabitliyini bir daha nümayiş etdirdi: "Bir çox dövlətlərin sarsıldığı indiki təlatümlü dünyada Azərbaycan belə bir sabitlik, firavanlıq və irəliyə doğru inamla hərəkət edən bir adadır. Bunu bir daha təkrar edirəm, Azərbaycanın mövcud çağırışlara cavab verən və Prezidentin rəhbərliyi ilə Azərbaycan xalqının irəliyə doğru hərəkətinin əsasını təşkil edən siyasi sistemi böyük ölçüdə tərəqqini təmin edir".

"Bir çox ölkələr, xüsusən də Qərb dövlətləri suveren dövlətlərdə ictimai-siyasi proseslərin inkişafını öz nəzarəti altına almağa çalışır. Bu baxımdan Azərbaycana təzyiq etmək əbəsdir. Fransa və digər dost olmayan ölkələr nə qədər səy göstərsələr də, mən tam əminəm ki, nəticə, o cümlədən sentyabrın 1-də keçirilən parlament seçkiləri Azərbaycanın istənilən xarici təsir amillərinə müqaviməti olacaq", -deyə İ.Korotçenko qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu gün beynəlxalq ictimaiyyət tərəfindən tələb olunan qlobal tendensiyaları müəyyən edən ölkədir.

"Bu gün obyektiv olaraq Cənubi Qafqaz regionu ən mühüm geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Bu, dünyamızın gələcəyinin qəti şəkildə asılı olacağı bölgələrdən biridir. Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycana dövlət səfərini və Prezident İlham Əliyevlə apardığı danışıqları qeyd etmək çox vacibdir. Bütün bunlar o deməkdir ki, ölkələrimiz çiyin-çiyinə daha yaxşı gələcək qurur. Biz irimiqyaslı iqtisadi ticarət əməkdaşlığı layihələrini, enerji layihələrini həyata keçirəcəyik. Bu baxımdan, təbii ki, Rusiyanın ekspert icması və siyasi elitası Azərbaycanda parlament seçkilərinin uğurla keçirilməsini alqışlayır", - deyə rusiyalı ekspert əlavə edib.

Korotçenko, həmçinin COP29-un Azərbaycanda ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. O bildirib: "Noyabrın 11-dən 22-dək Bakı dünyanın mərkəzinə çevriləcək. Bu tədbir Azərbaycan dövlətinin gücünü, qüdrətini, Prezident İlham Əliyevin strateji vizyonunu bir daha nümayiş etdirəcək".

Moskva Vilayət Dumasının deputatı, Ekologiya və təbii sərvətlər və mülkiyyət münasibətləri komitəsi sədrinin birinci müavini Aleksandr Roqov deyib: "Üçüncü dəfədir ki, müşahidəçi kimi seçkilərdə iştirak edirəm. Üstəlik, mən buraya forumlarda iştirak etmək üçün gəlmişəm. Azərbaycan bütün nümayəndə heyətləri üçün çox qonaqpərvər ölkədir. Qeyd etmək istərdim ki, səhər saatlarından səsvermə məntəqələrini gəzməyə başladıq, vətəndaşların əksəriyyəti səsverməyə gəlirdi. Seçkilər yüksək səviyyədə və qanunlar çərçivəsində, beynəlxalq standartlara uyğun keçirilib".

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ