çərşənbə günü, 04 noyabr 2026
     

Avropa xristian kilsələri olmayan “Arsax erməni irsinin” müdafiəsinə qalxdı...

Image


Qasım Hacıyev: "Avropa dövlətləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imzaladığı "Qarabağ Bəyananməsi"ni həzm edə bilmir və kilsə təşkilatlarından istifadə edib Azərbaycana iftira atırlar"  

Uzun əsrlərdir fəaliyyəti təxribatdan, terrordan, düşmənçilik toxumu əkməkdən və bölücülükdən ibarət olan erməni Qriqoryan kilsəsi öz yalanlarına, uydurmalarına dünyadakı başqa xristian kilsə təşkilatlarını da ortaq etməkdə davam edir. Qarabağda "erməni xristian irsi"nin olduğuna dair mifə Avropanın kilsə məclislərini də inandırmağa çalışan erməni kilsəsi əslində onları öz qondarma iddiasına alət edir.   

Erməni mətbuatının yazdığına görə, bu günlərdə Avropadakı xristian kilsələrinin əksəriyyətini birləşdirən ekumenik təşkilat olan Avropa Kilsələri Konfransının təşkilatçılığı ilə İspaniyada "Dağlıq Qarabağın xristian abidələrinin qorunması" müzakirə olunub (?). 

Sözügedən tədbirdə erməni din xadimi yalan-yamalaq fikirlər söyləyib, Qarabağda olmayan "erməni mənəvi-tarixi irsinin" "məhv" edildiyini deyib. O, qalan "ziyarətgahların qorunmasının", eləcə də Qarabağdan olan "məcburi köçkünlərin" "qanuni hüquqlarının" bərpasının zəruriliyi ilə bağlı məsələ qaldırıb.

Guya Qarabağda "erməni mədəni-tarixi irsi" "təhlükədədir". O, "faktların" toplanması üçün ora UNESCO-nun missiyasının göndərilməsinin vacibliyini vurğulayıb.

UNESCO olmayan bir irs haqqında nə toplaya bilər ki? Azərbaycan dövləti heç zaman ölkədəki xristian irsinə qarşı məhvetmə siyasəti aparmayıb, əksinə, kilsələri, dini məbədləri restavrasiya edib, qoruyub, onların müdafiəsini həyata keçirib. Biz erməni kilsəsini də Bakının mərkəzində saxlayırıq, qoruyuruq. Azərbaycan xristian irsinin düşməni olsaydı, ölkəmizdə bir dənə də olsun xristian izi qalmazdı. Amma bütün dünya görür ki, Azərbaycanda xristian irsi hansı səviyyədə, hansı qayğı ilə qorunur. Qarabağda hansısa erməni irsi axtarışına gəlincə, məlum, orda heç bir erməni irsi yoxdur, olmayıb da. Oradakı xristian irsi alban-xristian irsidir ki, vaxtilə ermənilər o irsi mənimsəyib, bu gün isə o irs əsl sahibinin himayəsindədir, Azərbaycan dövləti xristian irsinin qayğısına lazımı səviyyədə qalır. Ermənilərin də, Avropadakı xristian təşkilatlarının da narahatlığına əsas yoxdur. "Məcburi köçkün və qaçqınlara" gəlincə, onları heç kəs Qarabağdan qovmayıb, öz havadarlarının əmri ilə Qarabağı könüllü şəkildə tərk ediblər. Bunu özündə əks etdirən minlərlə videogörüntü var. O ki qaldı ermənilərin geri qayıtmaq istəyinə, onlar Azərbaycan vətəndaşı kimi Azərbaycan qanunlarına tabe şəkildə gəlib yaşaya bilərlər, bunun əksi mümkün deyil. Erməni toruna düşən məlum xristian təşkilatları din adı arxasında gizlənməkdənsə, araşdırıb gerçəkləri ortaya çıxarslar yaxşı olar...

"...Avropa Kilsələri Konfransının təşkilatçılığı ilə İspaniyada belə bir qondarma tədbirin keçirilməsi təxribat xarakteri daşıyır" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Avropanın xristian dövlətinin təsiri altında olan bu kilsə təşkilatları hər zaman müsəlman, türk dünyasına qarşı düşmənçilik edib, amma indiyə qədər heç zaman müsəlman dünyası xristianlığa qarşı ədavət və revanşizm siyasəti aparmayıb. Q. Hacıyevin sözlərinə görə, orta əsrlərdə müsəlman dünyasına, müsəlmanlığa qarşı mübarizə adı altında türk dünyasının, türklərin inkişafının, irəliləyişinin qarşısını almaq üçün Avropa dövlətləri birləşib "xaç yürüşləri" həyata keçirib, bunun nəticəsində özləri də çox ziyan çəkib. "İndi də məqam düşdükcə yenə o yolu gedirlər, "xristianların müdafiəsi", "xristian irsinin qorunması" adı altında bu cür təxribatçı yığıncaqlar keçirir, türklərin, müsəlmanların əleyhinə qərarlar qəbul edirlər. Əslində, heç də məqsəd "xristian irsinin müdafiəsi" deyil, çünki dünyanın heç yerində xristian irsinə qarşı təhlükə yoxdur. Qarabağdakı xristian irsinə gəlincə, o tədbiri keçirənlər də yaxşı bilirlər ki, bizim ərazilərdə erməni irsi yoxdur, buradakı xristian irsi, xristianlıq dövrü abidələri albanlara aiddir. Onların məqsədi türk birliyinin güclənməsinin qarşısını almaq, Türk Dövlətləri Təşkilatının günü-gündən genişlənən uğurlu fəaliyyətini ləngitməkdir.

İspaniyada keçirilən təxribatçı tədbir  Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü ilə təxminən eyni vaxta təsadüf edir. Zirvədə qəbul edilən "Qarabağ Bəyannaməsi", İspaniya başda olmaqla, Avropa dövlətlərinin hamsını ciddi narahat edir. Ermənilərin və havadarlarının  Avropadakı xristian kilsələrinin əksəriyyətini birləşdirən ekumenik təşkilat olan Avropa Kilsələri Konfransının təşkilatçılığı ilə İspaniyada belə bir qondarma tədbirin keçirilməsi təxribat xarakteri daşıyır. Qarabağda erməni irsinin olduğunu iddia etməyin özü absurddur. Azərbaycan öz ərazilərində olan bütün abidələrin bərpası ilə məşğul olur. Bərpa edilən abidələr erməni vandallığına məruz qalan abidələrdir. O irs "erməni irsi" olsaydı ermənilər onları məhv edərdimi, dağıdardımı? Əlbəttə, yox. 

Düşünürəm ki, İspaniyada başlayan bu təxribatçı tədbirin davamı başqa Avropa ölkələrində də ola bilər. Dediyim kimi, Avropa dövlətləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imzaladığı "Qarabağ Bəyannaməsi"ni həzm edə bilmir və kilsə təşkilatlarından istifadə edib Azərbaycana iftira atırlar"-deyə bildirən Q.Hacıyevin sözlərinə görə, dünyanın tərəqqipərvər xalqları və dövlətləri mədəni əlaqələr qurur, iqtisadi münasibətlərini inkişaf etdirir, başqa əlaqələri genişləndirir, ermənilər və Qərb dövlətləri isə imkan tapan kimi qondarma erməni irsi məsələsini ortaya atırlar, Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar.  "Əgər Azərbaycandakı xristian irsini görmək istəyirlərsə, hər zaman gəlib turist kimi ziyarət edib gedə bilər. Amma gəlmirlər, çünki bir nöqsan tapa bilməyəcəklərini bilirlər, ona görə də uzaqdan-uzağa bu cür hərəkətlər edirlər. 

Bir məqamı da deyim ki, erməniləri müdafiə edən, "erməni irsinin qayğısına qalan" Qərb dövlətləri, onların şirkətləri ərazilərimiz işğalda olduğu dövrlərdə bizim mədənlərimizi istismar edirdilər, təbii sərvətlərimizi talayıb daşıyırdılar, meşələrimizi, nadir ağaclarımızı qırırdılar. İndi bunların hamısı onların əlindən çıxıb, talançılıqlarına son qoyulub. Əlbəttə, buna görə də, onlar başqa üsullarla bizə zərbə vurmaq istəyirlər. Bu baxımdan, İspaniyanın da bizə qarşı hərəkəti başadüşüləndir. Bilirsiz ki, vaxtilə Çindən tutmuş İspaniyaya qədər islam dini yayılmışdı, o xalqlar müsəlmanlığı qəbul etmişdilər. Amma sonradan Avropa dövlətlərinin təkidi ilə xristianlığın o dövlətlərin daxilində genişləndirilməsi müsəlmanlığa qarşı ədavətin baş qaldırmasına səbəb olub. 

Qarabağ işğalda olan dövrdə o dövlətlər bizim torpaqlardan öz iqtisadi maraqlarını təmin edirdilər, amma ərazilərimizin işğaldan azad edilməsi onların iqtisadi maraqlarının təmin olunmasının qarşısını aldı. Həm bu amil, həm də müsəlman və türk dünyasına qarşı qanlarında olan ədavət onları belə yersiz, absurd qərarlar qəbul etməyə vadar edir. Siz xristian dövlətləri kimi xristian abidələrinin dərdini çəkirsinizə elə birinci UNESCO xətti ilə Ermənistana səfər edib ordakı abidələrin vəziyyətinə baxın, ermənilərin Qarabağda xristain və müsəlman abidələrinə qarşı törətdikləri vandalizmi   görün, sonra danışın. Dünya xalqları özlərini inkişaf etdirəndə ispanlar piratlıqla məşğul olub ticarət gəmilərini soymaqla özlərinə iqtisadi imkan yaradıblar, tarixlər boyu onunla məşğul olublar. İndi durub ordan bura "Arsax ərazisi" və onun "abidələri" haqda qondarma bəyanatlar verməyə haqları yoxdur. Gedib tarixdən dərslərini götürsünlər,  İspaniyada oturub Azərbaycan dövlətinin və xalqının mənafelərinə qarşı çıxış etməsinlər"-deyə bildirən Q.Hacıyev əlavə etdi ki, Azərbaycan alimləri hər bir antiazərbaycan qüvvəsinin cavabını faktlarla verməyə hazırdır. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ