çərşənbə günü, 04 noyabr 2026
     

Müasir dövlətçilik proseslərində "Zəfər tarixinin" yeri…

Image


Müstəqillik tariximizin ən əhəmiyyətli hissəsi Qələbə tariximizdir, Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdir, o Zəfərlə doğulan parlaq səhifələrdir.

Vətən tarixinin Azərbaycan dövlətinin tarixi Zəfəri ilə başlanan yeni mərhələsinin dövlətçiliyimizin inkişafında mühüm rola malik olduğu danılmaz bir faktdır. Mübağiləsiz deyə bilərik ki, son 300 illik tariximizdə Vətən müharibəsində qazandığımız qələbə miqyasında ikinci bir qələbə olmayıb. Biz 2020-ci ilin 27 sentyabrında başlanan və noyabrın 8-də Zəfərlə başa çatan Vətən müharibəsinə qədər qanla, faciə ilə, soyqırımlarla yazılmış tariximizi öyrənirdik, işğal altında olan ərazilərimizin geri qaytarılacağı ümidilə yaşayırdıq, şagirdlərə, tələbələr, gənclərə bu ümidi təlqin edirdik. Amma Zəfərdən sonra artıq tariximizin yeni səhifələrini təbliğ edirik. Bu səhifələr müstəqil dövlətçilik tariximizin zənginləşməsində mühüm əhəmiyyət kəsb edir. Bu da müstəqil dövlətimizin daha da güclənməsi deməkdir. 

Gizlin deyil, Azərbaycan xalqı müasir dövlətçiliyimizi daha da gücləndirən, daha da əzəmətli edən şanlı tarixi qələbəni Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun gücü və əzmi ilə qazanıb. 

Heç şübhəsiz ki, Azərbaycan tarixçilərinin, Azərbaycan tarixi dərslikləri müəlliflərinin də üzərinə düşən əsas vəzifə Zəfər tariximizi dərsliklərə, kitablara çevirmək, şəhid və qazilərimizin qanları ilə gerçəkləşdirdiklərini yazıya çevirmək, qanla qazanılan qələbəni ədəbiləşdirməkdir.   

Bildiyimiz kimi, 2021-ci ildə   "Zəfər tarixi" kursu üzrə dərs vəsaiti çap olundu, 2021-2022-ci tədris ilində şagirdlərin istifadəsinə verildi. Bu, dərs vəsaiti Zəfər tariximizin tərənümundə və təbliğatında, şagirdlərin yaddaşına hopdurulmasında mühüm rola malikdir. 

"Zəfər tarixinin bizim dövlətçilik tariximizdə rolu ondan ibarətdir ki…" 

"Zəfər tarixi" dərs vəsaitinin həmmüəlifi, Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi Pərviz Ağalarov "Bakı-Xəbər"ə bildirdi ki, Zəfər tariximizin, möhtəşəm Qələbəmizin dərsliklərdə öz ifadəsini tapmasının çox mühüm dövlətçilik əhəmiyyəti var. 

"Möhtəşəm Zəfərə qədər biz dərsliklərimizdə işğal tariximizi, nə qədər şəhidlər verdiyimizi, hansı sayda itkilərə məruz qaldığımızı, əhalimizin əsir düşdüyünü, faciələrimizi əks etdirirdik. Həmişə deyirdik ki, gün gələcək Zəfər tariximizi yazacağıq. Bu ümidlə yaşayırdıq. Zəfər tarixinin dövlətçilik tariximizdə rolu ondan ibarətdir ki, burada Azərbaycan xalqının, Azərbaycan ulusunun, Azərbaycan rəhbərliyinin, Azərbaycan Ordusunun vahid yumruq şəklində birləşərək işğal altında olan torpaqlarımızı azad etməsi ifadə edilib. Təbii ki, müstıqillik tariximizdə bundan gözəl heç nə yoxdur. Bu, böyük bir xalqın Zəfəridir.  Zəfər tarixinin bütün detalları ilə dərsliklərə gətirilməsi böyük məsuliyyətdir, eyni zamanda şərəfli bir işdir.

İstər Ordumuzun qəhrəmanlığını, istər xalqımızın arxa cəbhədə fəaliyyətini, istər Azərbaycan Prezidentinin beynəlxalq sferada gördüyü işləri, dünya mediasına verdiyi müsahibələri, Azərbaycanın maraqlarını qətiyyətlə qorumasını, diplomatik sahədə qazındığımız uğurları, bütün bunların hamısını dərsliyə daxil etmişik. Eyni zamanda Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa quruculuq işləri, "Böyük Qayıdış" prosesi də dərslikdə öz əksini tapıb. Dərsliklərdəki digər tərəf mədəniyyət tariximizlə bağlıdır. Şuşada keçirilən "Xarı bülbül" festivalları, "Vaqif" Poeziya Günləri, Vaqifin məqbərəsinin bərpası, orada müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, "Şuşa İli"nin élan olunması kimi məsələlərin hamısı dərsliklərdə var. Bu bizim müstəqil dövlətçiliyimizin bütün mövcudluğu dövründə ən mühüm hadisədir ki, bunu qürur tariximzi də adlandıra bilərik"-deyə P.Ağalarov bildirdi. 

P.Ağalarov vurğuladı ki, qürur tariximizi də xalqımızın balalarına, şagirdlərimizə yaxşı şəkildə təqdim etməyə çalışıblar.        

"Burada İkinci Qarabağ müharibəsindən başlamış Laçında əhalinin məskunlaşdırılmasına qədər bir dövr əhatə olunub" 

Zəfər tarixinin dərsliklərdə geniş əksini tapdığını deyən P.Ağalarov bildirdi ki, Vətən müharibəsi  IX sinif dərsliyinə də gətirilib. "Zəfər tarixi"nə gəlincə, P.Ağalarov bildirdi ki, o dərslik yox, dərs vəsaitidir, dərsliklərdə bu vəsaitə də istinad edilir. 2023-2024-cü tədris ilində istifadəyə veriləcək XI siniflər üçün yeni "Azərbaycan tarixi"ndə Zəfər tarixi geniş və əhatəli yazılıb. "Burada İkinci Qarabağ müharibəsindən başlamış Laçında əhalinin məskunlaşdırılmasına qədər bir dövr əhatə olunub. IX sinif dərsliyində 2024-cü ildə baş verən mühüm hadisələrə yer verilib, bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşündə imzalanan "Qarabağ Bəyannaməsi" də ora daxil edilib.

Bu il V siniflər üçün təkrar dərslik yazdıq və burada Qələbə tarixi öz əksini tapdı. Artıq təsdiq olunub və sentyabrdan orta məktəblərə veriləcək.  IX sinif "Azərbaycan tarixi"nə indi daxil edirik. Dərslik beş ildən sonra təkminləşməli idi və biz yeni dərslik yazdıq. Bu dərsliyə də Vətən müharibəsini daxil etdik. Əvvəlcə 2020-ci ildə Hafiz Cabbarovla birgə "Qələbə dərsləri"ni ərsəyə gətirdik. 2021-ci ildə "Zəfər tarixi" dərs vəsiti şagirdlərin ixtiyarına verildi. Nəhayət, keçən il təkminləşdirmə başa çatdığı üçün bütün prosesləri  XI sinif "Azərbaycan tarixi" dəsrliyinə daxil etdik. Artıq bu dərsliklərdə bunlar öz əksini tapır"-deyə P.Ağalarov qeyd etdi. 

P.Ağalarov bildirdi ki, əvvəllər "Qarabağ tarixi" adlı dərslik vəsaiti olub, 2021-ci ildən isə "Zəfər tarixi" o vəsaiti əvəz edib. "Zəfər tarixi"nin çox qısa müddətə yazıldığını deyən P.Ağalarov bildirdi ki, ilkin mərhələdə o dərs vəsaiti yazıldı və oradakı materailların sonradan dərsliklərə daxil edilməsi nəzərdə tutuldu. "Bu dərsliklərə fərqli şəkildə, daha dolğun, daha əhatəli, daha detallı şəkildə daxil edilib. "Zəfər tarixi"ni Hafiz Cabbarovla cəmi iki ay ərzində yazdıq. "Zəfər tarixi" dərs vəsaiti olsa da, o birilər rəsmi dərsliklərdir" - deyə P.Ağalarov bildirdi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ