çərşənbə günü, 26 avqust 2026
     

İranda azərbaycanlıların yeni durumu başladı...

Image


Məlum olduğu kimi, İranda növbədənkənar prezident seçkisinin ikinci turunda yeganə islahatçı namizəd, etnik azərbaycanlı Məsud Pezeşkian qalib gəlib. İranın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin ikinci turunda Pezeşkian 53,7 faiz və ya 16 milyon 384 min 403 səs, Cəlili isə 44,3 faiz, yəni 13 milyon 538 min 179 səs toplayıb. 

69 yaşlı Pezeşkian ixtisasca həkim, ürək cərrahıdır. Seçkilərə qədər isə İran parlamentinin Təbrizdən olan deputatı idi. 2016-cı ildə İran parlamentində "Türk Bölgələri Fraksiyası" yaradıb.

Məhəmməd Xatəminin formalaşdırdığı ilk hökumətdə Məsud Pezeşkian səhiyyə və tibb təhsili nazirinin müavini, bir qədər sonra, ikinci islahatçı hökumət dövründə nazir təyin edilib. İki il nazir olduqdan sonra parlament tərəfindən tibb sektorundakı qiymətlər, dərman-narkotik problemi, vəzifə təyinatları ittihamı ilə impiçmentə məruz qalıb. Həmin vaxt parlament spikerinin müavini olmuş Behzad Nəbəvi Pezeşkianı müdafiə edərək, səhiyyə sektorundakı boşluqların dərin köklərə malik olduğunu və bu çatışmazlıqların Pezeşianın iki illik nazir vəzifəsi ilə əlaqəli olmadığını deyib. Onun nazir olduğu vaxtda bəzi parlament üzvləri ölkədəki tibb universitetlərinin Elm Nazirliyinin tabeliyinə verilməsini təklif etsələr də, bu reallaşmayıb. İki il dövlət vəzifələrindən uzaq olan Pezeşkian Mahmud Əhmədinecatın prezidentliyi dövründə, 2007-ci ildə Təbriz şəhərindən deputatlığa namizədliyini irəli sürüb və parlamentə seçilib. Pezeşkian bu uğurunu sonrakı 4 parlament seçkisində də təkrarlayıb. 10-cu parlament seçkilərində o, islahatçılardan ibarət "Ümid" fraksiyasını təmsil edirdi və 158 səslə spikerin birinci müavini postuna seçilmişdi. 2018-ci ilin yayında əmək və sosial rifah naziri Əli Rabyeinin impiçmenti zamanı Pezeşkian onu müdafiə edərək, hökuməti dövlət rəsmilərinə və onların ailələrinə qarşı ittihamlara göstərdiyi dözümsüzlüyə görə tənqid edib: "Mən nazir olan zaman mənim övladlarımın xaricdə olduğu, qızımın isə BMW sürdüyü iddia edilirdi. Lakin övladlarım heç vaxt xaricdə olmayıb. Onların nə avtomobilləri olub, nə də nazirliyin xidməti maşınından istifadə ediblər". İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub. Açıq sözlü olaraq tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb. Onun parlamentdəki bu çıxışı parlament sessiyasının dayandırılması ilə nəticələnib. Çıxışında imam Əlinin sözlərini təkrarlayaraq, "insanlara vəhşi heyvanlar kimi hücum etməyin. Deməyin ki, "mən ağayam, kim səsini çıxartsa, onu əzəcəm" ifadələrini işlədib. Pezeşkian hələ 2013-cü ildə prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçsə də, daha sonra Əkbər Haşimi Rəfsəncaninin xeyrinə namizədliyini geri götürüb. Daha sonra 2021-ci ildə prezident seçkisində iştirakı qeydə alınsa da, Nəzarət Şurası onun namizədliyini təsdiqləməyib. İbrahim Rəisinin ölümündən sonra elan edilən 2024-cü il erkən prezident seçkisində isə Pezeşkianın namizəd kimi iştirakına imkan yaradılıb. İranda seçkilərə namizədlər sərt xətt tərəfdarı qurumların yoxlamasından keçərək buraxılır, bu qurumlar rejimə mümkün təhlükələri öncədən neytrallaşdırırlar. 

İranın Azərbaycandakı keçmiş səfiri Əşfar Süleymani seçki dönəmində Pezeşkianı dəstəkləyənlərdən biri olub. Deyir ki, prezidentdən əsas gözləntilər həm daxili, həm də xarici problemlərlə bağlı işlərə başlamağıdır: "Məişət, iqtisadiyyat problemləri var. Xarici siyasətdə sanksiyalar məsələsinin həlli vacibdir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp nüvə sazişini ləğv etdi, sanksiyaların da təsiri altında problemlər başladı. İranda valyuta dəyərdən düşdü, bahaçılıq oldu və sair. Pezeşkianın gəlməyi ümid yaradıb ki, işlər düz yolla başlanıb gedə bilər. Qatar relsdən çıxıb, qatarın düz yolla getməyini istəyirik". Əfşar Süleymani deyir ki, problemlərin həllinə çox vaxt lazımdır. Üstəlik, bu problemlərin həlli təkcə İrandan aslı deyil, burada həm regional, həm ABŞ-da qarşıdan gələn seçkilərin nəticəsi və digər məsələlər də rol oynayır. "Reuters" agentliyi seçkilərdən sonra İranda yerli sakinlərdən yeni prezidentdən gözləntilərini soruşub. Onlar əsasən qiymətlərin ucuzlaşması, gənclərin daha rahat iş tapmaları, qızların küçədə asanlıqla gəzə bilməsi, verdiyi vədləri gerçəkləşdirməsini gözlədiklərini bildiriblər. Pezeşkian seçki kampaniyası zamanı inflyasiyanın qarşısını almaq üçün iqtisadi islahatlara çağırır, qadınların və etnik azlıqların hüquqlarını müdafiə edir. Bundan əlavə, o, Qərb ölkələri ilə münasibətlərin tədricən yaxşılaşdırılmasının tərəfdarıdır. O, İranın dünya ilə qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayaraq, tarixdə heç bir ölkənin qəfəsdə tərəqqi edə bilmədiyini deyir. Londonda yerləşən "Chatham House" analitik mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənam Vəkilin sözlərinə görə, Pezeşkianın seçilməsinin dərhal siyasət dəyişikliyinə səbəb olacağı ehtimalı azdır: "Ancaq Pezeşkian daha az repressiv mühitə uyğunlaşmaq üçün sistem vasitəsilə və daxilində işləməyə çalışacağını açıq şəkildə bildirir". İslahatçının bu dəyişiklikləri edə biləcəyinə zəmanət vermədiyini deyən S.Vəkil əlavə edir ki, bu, İranda prezident səlahiyyətlərinin sərhədlərini göstərir. Ancaq analitik düşünür ki, sosial azadlıqlar sahəsində yeni prezidentin manevr üçün imkanları ola bilər. Qeyd edək ki, prezident İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib. O, Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda qeyd edib: "Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq. İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə sizi Azərbaycana səfərə dəvət edirəm Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ