Bazar günü günü, 08 noyabr 2026
     

Fransa regionda Ermənistan vasitəsilə möhkəmlənə bilməyəcək - Kreml bəyan etdi...

Image


Bu gün sadəcə erməni təəssübkeşliyi naminə insan haqlarından və ədalətdən, humanistlikdən danışan müəyyən qüvvələr Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə qarşı genişmiqyaslı fəaliyyət həyata keçirməkdədirlər. Öz istəyi ilə Qarabağdan çıxıb gedən erməniləri “etnik təmizləmə qurbanı” hesab edənlər ədalət və reallıq hissini o qədər itiriblər ki, ermənilərə yolboyu su, çörək verən, yardım əlini uzadan Azərbaycan əsgər və zabitinin humanist davranışını da görməzdən gəlirlər. Bu xüsusda yenə Fransa fərqlənənlər sırasındadır.

Məsələ ilə bağlı rusiyalı politoloq Vitali Arkov qeyd edir ki, Azərbaycanın antiterror tədbirləri, erməni hərbi birləşmələrinin tərksilah edilməsi və rəsmi Bakı ilə yerli ermənilərin nümayəndələri arasında dialoqun başlanması mühüm haldır: “Əldə olan məlumatlara görə, Bakının silah tətbiq etməsi daha çox nümayişkaranə və xəbərdaredici xarakter daşıyırdı: Azərbaycanın təhlükəsizliyinə təhdid olan qanunsuz hərbi birləşmələrin obyektlərinə dəqiq zərbələr endirilir, onlara birmənalı olaraq başa salınırdı ki, qanunun müddəalarına əməl edilməyəcəyi və ağlın səsinə qulaq asılmayacağı təqdirdə bu zərbələr davam edə bilər. Həmin günlərin hadisələrindən sonra aydın oldu: Qarabağın erməni əhalisinin sağlam düşüncəli hissəsi Azərbaycandakı çoxluqla dialoq tərəfdarıdır və rəsmi Bakı ilə öz gələcəyini müzakirə etmək istəyir. Amma İrəvandan idarə edilən və Qarabağda qanunsuz yerləşmiş silahlılar insanları qorxudur və Bakıdan mütəmadi olaraq daxil olan dəvətləri qəbul etməyə imkan vermirdilər”. Burada qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın antiterror tədbirlərindən bir gün sonra özünün müstəqillik günü münasibətilə müraciətində Ermənistan vətəndaşlarını sülhə çağırması, Azərbaycanın dinc əhalini hədəf almadığını etiraf etməsi üzrə mövqeyinə zidd olaraq,  Fransa prezidenti Emmanuel Makron yenə də Azərbaycanın ünvanına tənqidlə çıxış edib. Bununla bağlı Vitali Arkov Azərtac-a bildirir: “Bu gün Rusiya, Türkiyə və Çin tərəfindən Afrikadan sıxışdırılıb çıxarılan Fransa Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək üzrə ciddi planlar hazırlayıb və onun əsas məqsədi tarixi maraqları zonasında Parisi “incidən” ölkələrdən qisas almaq, habelə onlarla sonrakı sövdələşmələr üçün zəmin yaratmaqdır: demək istəyir ki, siz bizim Afrikadakı müstəmləkələrdən çıxırsınız, biz isə Cənubi Qafqazı tərk edirik. Bu kontekstdə Qarabağ mövzusu həmin sövdələşmənin tərkib hissələrindən yalnız biridir. Bu məqamda Fransa tarixən Cənubi Qafqazda maraqları olan və regionun iri dövlətləri ilə paritet əldə edə bilən Böyük Britaniya üçün də tamamilə lazımsızdır. Öz korrupsiya əməlləri və acgözlüyünün girovuna çevrilən Ermənistanın hazırkı rəhbərliyi fransız elitasının əlində bir alətdir. Sirr deyil ki, baş nazirin həyat yoldaşı Anna Akopyan və onun qardaşı Qraçya Akopyan erməni xalqından oğurlanan milyonların böyük bir hissəsini Fransa və Kanadaya daşıyırlar. Orada həmin kapitalın korrupsiya mənbəyi haqqında məlumat var və Ermənistanın baş nazirini pulların müsadirəsi və ictimailəşdirilməsi təhlükəsi altında “onların çaldığı havaya oynamağa” məcbur edirlər. “Dabanaltı” Paşinyan buna alışa bilmir və ona məlumdur ki, Ermənistanın inadkar baş “paltaryuyanı” onu tam idarə edir. O, həmçinin, artıq daha az miqyasda olsa da, borclu olduğu və bəzi təfərrüatları açıqlayacağından qorxduğu Moskvanın da tapşırıqlarını yerinə yetirməkdə davam edir”.

Qeyd edək ki, bunlar fonunda Rusiya Xarici İşlər Nazirliyi də sərt mövqe sərgiləyib, Fransa prezidentinin Rusiyanın Azərbaycanla ortaq olduğunu və Ermənistanın ərazi bütövlüyünü hədələdiyini bildirməsini  “təhrikçilik” adlandırıb: “Bu, həm də təhrikçilik deməkdir. Fransa təmsilçilərinin bu təxribatçı ritorikası və fəaliyyəti onların Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində qərəzli mövqe tutduqlarını göstərir. Onlar indiyədək bölgəyə sülhün qaytarılmasını qarşısına məqsəd qoymuş vasitəçi kimi yox, məhz öz şəxsi siyasi maraqlarını güdmək mövqeyindən çıxış ediblər”. Ermənistanın “Qraparak” nəşri yazır ki, Kreml İrəvana Qərb, indiki halda daha çox Fransa məsələsinə görə qəzəblidir: “Uzun fasilədən sonra “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları Paşinyanla görüşüb və üç saatdan çox müzakirə aparıblar. Maraqlıdır ki, mümkün məlumat sızmalarının və onların nəticələrinin qarşısını almaq üçün deputatlara görüş barədə iclasdan beş dəqiqə əvvəl xəbər verilib. Paşinyan Qarabağda baş verənlərdən danışaraq, dövlət qurumlarına Qarabağ ermənilərinin nəinki ən sürətli və maneəsiz köçürülməsini, həm də onların işlə təmin olunması məsələlərini təşkil etməyi tapşırıb. Amma heç bir şəkildə onların İrəvana köçürülməsinə imkan verməməyi vurğulayıb. O, rusların fəaliyyətlərini davam etdirmək üçün Qarabağda müəyyən sayda insanı saxlamağa çalışacaqları ilə bağlı təəssüratını bölüşərək qeyd edib ki, bu, artıq Ermənistan üçün problem deyil, qoy ruslar Azərbaycanla problemlərini həll etsinlər. Sonra Nikol oktyabrın 5-də baş tutacaq görüşdən danışıb. Məlumdur ki, İspaniyanın Qranada şəhərində keçiriləcək AB sammitində Əliyevlə Paşinyan arasında Aİ Şurasının sədri Mişel, Fransa Prezidenti Makron və Almaniya kansleri Şoltsun iştirak edəcəyi görüş planlaşdırılır. İclasda bildirilib ki, çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması yaxındır və bu sənədin imzalanmasının əsasları oktyabrın 5-də keçiriləcək görüşdə qoyulmalıdır. Qranadada bunlar qəbul olunacaq: delimitasiya, bir-birinin ərazi bütövlüyünün tanınması və sair. Paşinyan az qala açıq şəkildə bəyan edib ki, Ermənistan Rusiyanı regiondan sıxışdırıb çıxarır və prosesin faktiki başlanması da oktyabrın 5-də keçiriləcək görüşdə elan olunacaq. Nikol izah edib ki, Qarabağın itirilməsindən sonra 10 noyabr bəyanatı da qüvvəsini itirir və bununla da Rusiya tərəfinin roluna son qoyulur. Və Rusiyanı Ermənistandan sıxışdırmaq üçün siyasi kursun qəbul edilməsinə baxmayaraq, Paşinyan komanda yoldaşlarını daha diqqətli və sakit olmağa, Rusiyaya ünvanlanan birbaşa bəyanatlardan çəkinməyə çağırıb ki, bu da onların hökuməti üçün dönməz nəticələrə gətirib çıxara bilər. Paşinyanın sözlərinə görə, bunu birbaşa deyil, media və saxta səhifələr vasitəsilə müzakirə etmək olar”. Bütün bunlar Rusiyada ciddi qıcıq yaradır və Kreml Fransanın regionda Ermənistan vasitəsilə möhkəmlənməsinə imkan vermək niyyətində deyil.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ