Bazar günü günü, 20 sentyabr 2026
     

Azərbaycana xaricdən diri heyvan gətirənlərin işi xeyli çətinləşdirildi... Əti bahalaşdıran yeni bəhanə...

Image


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) diri heyvanların daşınması ilə bağlı qəbul etdiyi yeni tələblər 2027-cpi il yanvarın 1-dən qüvvəyə minəcək. Həmin tarixdən etibarən ölkəyə idxal olunan iri və xırdabuynuzlu heyvanlar yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) standartlarına cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşına biləcək. Keçid dövründə, yəni 2027-ci il yanvarın 1-dək uyğunlaşdırılmış nəqliyyat vasitələrində heyvanların bir mərtəbədə daşınmasına icazə verilir. Maksimum yüklənmə norması isə iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün 150 baş müəyyənləşdirilib.

Qərarın məqsədi heyvanların rifahını təmin etmək, daşınma zamanı baytarlıq və sanitariya tələblərinə əməl olunmasını gücləndirməkdir. Bununla yanaşı, yeni qaydaların iqtisadi nəticələri də diqqət çəkir. Bir reysdə daşınacaq heyvanların sayının məhdudlaşdırılması, xüsusi nəqliyyat vasitələrindən istifadənin məcburi xarakter alması və logistika xərclərinin artması nəticədə idxal olunan məhsulun maya dəyərinə təsir göstərə bilər. Bu isə daxili bazarda ətin qiymətinə əlavə təzyiq yaradan amillərdən biri kimi qiymətləndirilir.

Onsuz da son statistik göstəricilər idxal olunan ətin maya dəyərinin yüksəldiyini göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycan 20,1 min ton həcmində, 47,2 milyon ABŞ dolları dəyərində ət idxal edib. Həcm əvvəlki ilin eyni dövrü ilə müqayisədə ciddi dəyişməsə də, dəyərin 14,8 faiz artması dünya bazarında qiymətlərin və logistika xərclərinin yüksəlməsinin idxala təsir etdiyini göstərir. Yeni daşınma tələbləri də bu xərclərə əlavə olunarsa, qiymət artımı riskinin daha da yüksəlməsi istisna edilmir.

Bu vəziyyətdə əsas sual ondan ibarətdir ki, ölkəyə diri iri və xırdabuynuzlu heyvan idxal edən şirkətlər yeni qaydaların icrasına nə dərəcədə hazırdır? Onların əlində WOAH standartlarına cavab verən xüsusi nəqliyyat vasitələri varmı, yoxsa yeni avtomobillər almağa ehtiyac yaranacaq?

Bu suala cavab tapmaq üçün açıq mənbələrdə adı keçən iri aqrar və heyvan idxalı ilə məşğul olan şirkətlərlə əlaqə saxladıq. Onların arasında Agro Dairy MMC, Azersun Holding, Aqro.Az MMC və Azagro Holding yer alır. AQTA-nın məlumatlarında diri heyvan idxalçısı kimi adı keçən Ana Vətən Aqro MMC, Retro Holding MMC və Aqrora MMC barədə isə açıq mənbələrdə nə rəsmi internet səhifəsi, nə də ictimaiyyət üçün əlçatan əlaqə vasitələri tapmaq mümkün olmadı. Bu fakt özü də diqqət çəkir. Çünki ölkəyə iri həcmdə diri heyvan idxal edən şirkətlərin əhəmiyyətli hissəsi ictimai informasiya məkanında demək olar ki, görünmür.

Əlaqə saxlaya bildiyimiz şirkətlərin nümayəndələri isə yeni tələblərin onlar üçün problem yaratmayacağını bildirdilər. Onların sözlərinə görə, qərar qüvvəyə minənədək bütün tələblərə tam əməl olunacaq. Maraqlıdır ki, heç bir şirkət xüsusi nəqliyyat vasitələri almağı planlaşdırdığını demədi. Nə də onların bu tələblərə cavab verən nəqliyyat vasitələri yoxdur.

Şirkət nümayəndələrinin izahına görə, buna ehtiyac da yoxdur. Onlar bildirirlər ki, ölkədə artıq kifayət qədər ixtisaslaşdırılmış heyvan daşıyan avtomobillər mövcuddur və bu nəqliyyat vasitələri əsasən logistika şirkətlərinə məxsusdur. İdxalçılar yeni avtomobil almaq əvəzinə həmin logistika şirkətləri ilə müqavilə bağlamağı və onların xidmətlərindən istifadə etməyi planlaşdırırlar.

Lakin araşdırma zamanı maraqlı ziddiyyət ortaya çıxır. Bir tərəfdən, bazarda kifayət qədər xüsusi nəqliyyat vasitəsinin olduğu bildirilir. Digər tərəfdən isə açıq mənbələrdə məhz iri və xırdabuynuzlu diri heyvanların beynəlxalq və ölkədaxili daşınması üzrə ixtisaslaşmış logistika şirkətləri barədə demək olar ki, heç bir məlumat yoxdur. Nə onların fəaliyyəti, nə xidmət imkanları, nə də əlaqə vasitələri barədə geniş informasiya tapmaq mümkündür. Bu isə belə şirkətlərin əsasən qapalı biznes münasibətləri çərçivəsində fəaliyyət göstərdiyini və müştərilərini reklam vasitəsilə deyil, uzunmüddətli əməkdaşlıqlar hesabına formalaşdırdıqlarını göstərir.

Şirkət nümayəndələri daha bir maraqlı məqama da toxundular. Onların sözlərinə görə, hazırda bu tip ixtisaslaşdırılmış avtomobillərin xidmətindən yalnız zəruri hallarda istifadə olunur. Səbəb isə sadədir: belə nəqliyyat vasitələrinin xidmət haqqı adi yük avtomobilləri ilə müqayisədə xeyli bahadır. Buna görə də indiyədək sahibkarlar yalnız məcbur olduqları hallarda bu xidmətə müraciət ediblər.

2027-ci ildən sonra isə vəziyyət dəyişəcək. Xüsusi avtomobillərdən istifadə artıq seçim deyil, qanunvericiliyin tələbi olacaq. Bu isə həmin nəqliyyat vasitələrinə tələbatı artıracaq. Tələbatın artması fonunda bazarda kifayət qədər avtomobilin olub-olmaması, xidmət haqlarının necə dəyişəcəyi və logistika şirkətlərinin artan sifarişləri qarşılaya bilib-bilməyəcəyi hələlik açıq qalan suallardır.

Əgər idxalçı şirkətlərin dediyi kimi, ölkədə bu sahədə kifayət qədər ixtisaslaşdırılmış nəqliyyat vasitəsi varsa, yeni qaydaların tətbiqi ciddi problem yaratmamalıdır. Əks halda bazarda yeni investisiyalara, xüsusi heyvan daşıyan avtomobillərin alınmasına və logistika infrastrukturunun genişləndirilməsinə ehtiyac yaranacaq. Bu proses isə öz növbəsində daşınma xərclərini artıraraq son nəticədə ətin satış qiymətinə təsir göstərə bilər.

Hazırkı mənzərə onu göstərir ki, iri heyvan idxalçıları AQTA-nın yeni qərarını icra etməkdə tərəddüd etmirlər. Lakin onların arxalandığı logistika bazarı barədə məlumatların qapalı olması, həmin şirkətlərin ictimaiyyət üçün əlçatan olmaması və bazarın real imkanlarının məlum olmaması bu sahədə hələ də cavabsız qalan sualların olduğunu göstərir. Yeni qaydaların tətbiqindən sonra həmin sualların praktikada necə cavab tapacağı həm idxalçılar, həm logistika sektoru, həm də istehlakçılar üçün xüsusi maraq doğuracaq.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı…

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ