Cümə axşamı günü, 23 iyul 2026
     

Kremldən Ermənistana xəbərdarlıq - Ukrayna ssenarisi işə salına bilər...

Image


Rusiya və Ermənistan arasında münasibətlər getdikcə daha gərgin xarakter almaqda, bu fonda rəsmi səviyyədə qarşılıqlı ittihamlar daha da kəskinləşməkdədir. Artıq Rusiya rəsmən Ermənistan rəhbərliyini Qərbin öyüd-nəsihətlərinə qapılmaqda, daxili və xarici siyasətdə uğursuzluqlara görə məsuliyyəti öz üzərindən ataraq, Moskvanın üzərinə yıxmaq cəhdində, respublikanı bilərəkdən Rusiyadan üz döndərməyə hazırlamaqda ittiham edib. 

Ermənistanın baş naziri Nikol Paşinyan isə xalqa son müraciətində Rusiyanı nəzərdə tutaraq bildirib ki,  bəzi tərəfdaşlar Ermənistanın daxili və xarici təhlükəsizliyi və sabitliyini təhlükə altında qoyub. Ümumiyyətlə, son bir ay ərzində Ermənistan-Rusiya münasibətlərində müşahidə edilən soyuqluq rəsmi İrəvanın təhlükəsizliklə bağlı səsləndirdiyi ittihamların Bakıdan daha çox Moskvaya istiqamətləndiyini göstərir.

Hələ sentyabrın əvvəlində Nikol Paşinyan İtaliyanın “La Republica” qəzetinə verdiyi müsahibəsində təhlükəsizlik məsələsində ölkəsinin yalnız Rusiyaya bel bağlamasını strateji səhv adlandırmışdı və Rusiyanın regionu tamamilə tərk edə biləcəyi fikrini səsləndirmişdi. Ermənistan liderinin açıqlamasına münasibət bildirən Kreml isə Rusiyanın regionu tərk etmək niyyətində olmadığını bildirir. Məsələyə yenidən toxunan Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində qeyd edir ki, Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin qibtə olunmaz taleyini xatırlamalıdır. Onun sözlərinə görə, Ermənistanda Rusiyanı itirməyi, yeni dostlar qazanmağı arzulayanlar çoxdur: “Əvvəla, tarixi, çoğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək mümkün deyil. İrəvanda bir sıra rəhbərlər belə ümidlərlə bəslənirlər. Onlar bunu birbaşa deyirlər. Bu cür məna daşıyan fikirlər baş nazir Nikol Paşinyanın çıxışında da olub. Əgər onlar ABŞ-a arxalanırlarsa, yəqin ki, onlar müasir tarixə baxmalıdır. Birləşmiş Ştatların öz qanadları altına aldıqları insanların taleyi qibtə olunası deyil”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun İrəvanın “yoldan çıxarılmasında” əsas rollardan birini oynadığını qeyd edir. Moskvanı Azərbaycanın şəriki adlandıran Makrona cavabında Mariya Zaxarova qeyd edir: “Nə deyə bilərəm, Fransa prezidenti xəyalpərəstdir. Bu, yalnız zəngin təxəyyüllə edilə bilərdi. Ümumiyyətlə, mövzunun nədən getdiyi aydın deyil. Bəlkə Fransa prezidenti heç kimin bilmədiyi nələrisə bilir. Onun nə demək istədiyini anlamaq istərdim. Məncə, bu da növbəti ikiüzlülükdür. Bu kimi açıqlamalarla o, baş verənlərin mexanizmini ortaya qoyur. Yəni əvvəllər demişdik ki, İrəvan öz əməllərinə görə məsuliyyəti başqalarının üzərinə atmağa çalışır və indi görürük ki, onu buna kim sövq edir. Budur, ərazi bütövlüyünə təhdidlə bağlı hansısa qəribə lüğətdən istifadə edərək, nə demək istədiyini dəqiqləşdirməyən Fransa prezidenti Rusiyanı günahlandırır. Həm də görürük ki, onlar rəsmi İrəvanı necə müəyyən addımlar atmağa sövq edib, məsuliyyəti Rusiya və ya başqasının üzərinə atırlar. Biz Fransa hakimiyyətinin bu üsullarını Afrika ölkələrinin timsalında yaxşı bilirik. Fransa nümayəndələrinin regiona sülhün qaytarılması məqsədi güdən vasitəçi mövqeyindən deyil, yalnız siyasi maraqlarından çıxış edərək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə cəlb olunması göz qabağındadır”.

Mariya Zaxarova digər maraqlı məqamlara da toxunub: “Daxil olan məlumata görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa inandırır”. Onun sözlərinə görə, Qərb İrəvanı KTMT-dən çıxmaqla yanaşı, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini nəzərə almadan NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlığın istiqamətini dəyişməyə və Bakı ilə sülh müqaviləsi imzalamağa çağırır. Zaxarova bu günlərdə amerikalı siyasətçilərin, xüsusən də USAİD-in rəhbəri Samanta Pauer, dövlət katibinin köməkçisi Yuri Kim və Senat nümayəndə heyətinin Ermənistana aktiv səfərlərinə diqqət çəkib. Rusiya XİN rəsmisi hesab edir ki, bu məqsədlərə çatmaq üçün Qərb insan haqları sahəsində öz dəyərlərini unudub, məsələn, Ermənistanda nümayişçilərin döyülməsi və həbs edilməsinə göz yumur: “Əgər ABŞ İranda baş verənləri görübsə, deməli, heç olmasa İrəvanda baş verənləri də görməli idi. Lakin ABŞ susur. Bu, hətta ikili standartlar deyil, bu, standartların olmaması, öz demokratik dəyərlərinin pozulmasıdır, əslində isə suveren dövlətin işlərinə qarışmaqdır”. Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan bu fonda çpox maraqlı açıqlama verib. Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi və Ermənistanın KTMT-dən çıxması ilə bağlı kifayət qədər çox müzakirələr gedir: “Təbii ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı kifayət qədər müzakirələr gedir. Xalq arasında nə müzakirə olunursa, parlamentdə də eyni şey müzakirə olunur. Müzakirələr var, amma KTMT-dən çıxmaq bir günün işi deyil. Bir gün qalxıb “mən getdim” deməklə də getmiş sayılmırsan. KTMT ilə bağlı çoxlu sazişlər var, çoxlu dövlətlərarası hüquqi aktlar var, bütün bunları müzakirə etmək və təhlil etmək lazımdır. Bundan əlavə, hazırda KTMT-dən çıxmağın bizə bir fayda verəcəyini düşünmürük. Milli və dövlət maraqlarını rəhbər tuturuq. Hər şeyi sakit düşünməliyik. Lazımi vaxtda görülən iş artıq uğurun yarısıdır və ya əksinə. Yaxın gələcəkdə belə planlar yoxdur, müzakirələr var, amma konkret layihələrin hazırlanması üzərində işləyən elə ciddi müzakirələr yoxdur”. Erməni politoloq Armen Vardanyan da etiraf edir ki, 1991-ci ildə fiktiv müstəqillik əldə etdikdən sonra Ermənistan Rusiyadan ciddi şəkildə asılı vəziyyətə düşüb: “Ermənistan bütün aspektlərdə Rusiyadan tam asılı vəziyyətə düşüb. Ermənistan KTMT-nin üzvü olduğu üçün silah ala bilmir. Bu hakimiyyətin ən böyük səhvi müharibədən sonra da Rusiya ilə silah müqaviləsi imzalamasıdır. Bizim Rusiyadan asılılığımız o qədər böyükdür ki, Ermənistan formal olaraq müstəqildir. Rusiya Ermənistana hücum edir. Rusiyanın nə qədər irəli gedəcəyi və hansı vəhşiliyə əl atacağı hələ bəlli deyil. Rusiyanın nə qədər irəli gedəcəyini heç kim deyə bilməz, amma bizim təslim olmağa yerimiz yoxdur”.

Tahir  TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan Ermənistanla “əbədi müharibə” təhlükəsini zamanındaca aradan qaldırdı...

Azərbaycana münasibətdə Trampın əvvəlki hökumətlərdən əsaslı fərqi... Cəmi 6 ay lazım oldu...

Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...

SON XƏBƏRLƏR

22.07.2026 / 22:40
Fransa və Almaniyanın Rusiya ilə gizli nüvə əməkdaşlığı üzə çıxdı - Ukraynaya təcavüzdən 2 həftə sonra başladı...

22.07.2026 / 21:58
Bakıda gizli Merkel-Putin danışıqlarını Azərbaycandan niyə gizlədiblər?...

22.07.2026 / 21:43
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzində mərkəzində...

22.07.2026 / 21:26
Özəl klinikalarda neqativlər artır...

22.07.2026 / 21:01
Berlində Azərbaycan-Aİ münasibətləri ilə bağlı həssas məsələ qalxdı - “dialoq mexanizmlərindən tam istifadə...”

22.07.2026 / 20:44
Əliyevin Almaniya səfəri Avropanın “neftə-qaza yanlış maliyyə kursunu” dəyişə bilər...

22.07.2026 / 20:25
Almaniyada Koştanın və Lyayenin Azərbaycana səfərlərinin “siyasi mənalarından” danışıldı...

22.07.2026 / 20:03
Azərbaycan-Almaniya strateji dialoqu başladı…

22.07.2026 / 19:46
Putinin və Merkelin adamlarının gizli görüşü barədə Bakının Moskvaya və Berlinə ciddi sualları olmalıdır...

22.07.2026 / 19:38
MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO

22.07.2026 / 19:35
Azərbaycan Almaniyanın da enerji təhlükəsizliyində həlledici rol oynamağa başlayır

22.07.2026 / 18:59
ABŞ-İran savaşı Ermənistanı getdikcə daha çox “küncə sıxır”...

22.07.2026 / 18:44
Azərbaycan–Almaniya strateji tərəfdaşlığında yeni mərhələ açılır

22.07.2026 / 18:29
Uşaqlara sosial şəbəkə qadağası aktuallaşır - ilk addımı Fransa atdı

22.07.2026 / 18:13
İranın cənubunda müharibə dəhşətləri - əhali sağ qalmaq uğrunda savaşır...

22.07.2026 / 17:47
Ermənistanda qəbiristanlığı, qədim qalanı satan Serj Sarkisyanın həbsi üçün düyməyə basıldı

22.07.2026 / 17:24
ABŞ İranı III Dünya Müharibəsinə saxladığı silahlarla vurub - İranlı generaldan iddia...

22.07.2026 / 17:21
İran Trampı təkzib etdi – “bataqlıqdan çıxmaq üçün daha yaxşı yollar tapmalıdır”...

22.07.2026 / 17:05
Azərbaycan Almaniyanı iki nühüm mənbədən neftlə təmin edəcək...

22.07.2026 / 16:39
Şirkətlərin biznes hesablarına kiberhücum - 100 mindən çox pul oğurlandı... - VİDEO

22.07.2026 / 16:24
Universitet məzunlarına elektron diplomların verilməsinə başlandı

22.07.2026 / 16:18
Media nümayəndələri Mətbuat Günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət etdi - FOTO

22.07.2026 / 16:16
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək

22.07.2026 / 16:10
Qvineya Fransadan talanmış mədəni irsini tələb edə bilir, biz Çar Rusiyasının apardıqlarını tələb edə bilmirik?...

22.07.2026 / 15:44
Türkiyə NATO-nun 27 milyard avroluq layihəsini blokladı...

22.07.2026 / 14:49
Hesablama Palatasından 49 milyon manatlıq büdcə məsrəfinə "ikili munasibət"- 35 elə, 14 belə...

22.07.2026 / 14:37
Konqresin spikeri əvvəllər İran müharibəsində Trampın yanında idi, indi əleyhinə döndü...

22.07.2026 / 14:29
Prezident “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqlədi

22.07.2026 / 14:27
Prezident İlham Əliyev Rauf Abbasovu təltif edib

22.07.2026 / 14:20
Almaniya Azərbaycandan daha çox təbii qaz almaq istəyir...

22.07.2026 / 14:03
Ukrayna müharibəsi Qazaxıstanı da vurdu - Rusiya ərazisi ilə neft ixracı dayandırıla bilər...

22.07.2026 / 13:57
"Milli mətbuatın missiyası və müasir dövrün çağırışları" mövzusunda konfrans keçirildi

22.07.2026 / 13:49
Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar - Yunus Oğuzun doğum gününə

22.07.2026 / 13:45
“Wildberries” anbarındakı yanğının ziyanı Rusiyanın 53 bölgəsinin illik büdcəsini aşdı - Ukraynanın ən bahalı hücumu... Rusiya ağır zərbə aldı...

22.07.2026 / 13:08
“Əkinçi”dən rəqəmsal informasiya mühitinə uzanan yol

22.07.2026 / 12:54
"Azərbaycan mediası qlobal informasiya məkanında mövqelərini daha da genişləndirəcək" - Hikmət Hacıyev

22.07.2026 / 12:46
"Arzum 9999" həbsdən BURAXILDI

22.07.2026 / 12:37
Fransada istefa şoku - Makrona üsyan edən nazir istefa verdi...

22.07.2026 / 12:26
Hörmüzün ardından Bab əl Məndəb boğazı da bağlandı, tankerlər geri dönür - Dünya ikinci böyük dəniz nəqliyyatı böhranı ilə üz-üzə...

22.07.2026 / 12:08
“Şahtaxtı” postunda 53 kq-dan çox metamfetamin ələ keçirildi

22.07.2026 / 11:11
Nyu-York meri Netanyahu ilə bağlı federal hökumətə çağırış etdi – həbs edin...

22.07.2026 / 10:53
Ukrayna Rusiyanın məşhur onlayn satış şirkətinin daha iki anbarına zərbələr endirdi... - VİDEO

22.07.2026 / 10:37
İranla müharibədə yaralanan amerikalı hərbçilərin sayı 500-ü keçdi...

22.07.2026 / 10:25
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya tutarlı cavab... +VİDEO

22.07.2026 / 10:14
Pentaqonda İran böhranı... Nazirdən ŞOK ETİRAF - Əsgərlərin maaşlarını ödəyə bilməyəcəyik...

22.07.2026 / 09:53
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil oldu

22.07.2026 / 09:40
İran nüvə obyektlərilə bağlı ABŞ-a xəbərdarlıq etdi - hücum olsa...

22.07.2026 / 09:24
Rusiyada Özbəkistan meyvə-tərəvəzinin idxalı qadağan edildi

22.07.2026 / 09:11
Magistratura imtahanında yüksək nəticə azalıb, orta bal enib - DİM

22.07.2026 / 07:01
ABŞ Müdafiə naziri Konqresdən daha 67 milyard dollar istədi - Yaxın Şərqdəki əməliyyatlar üçün…

22.07.2026 / 06:51
Bolqarıstan ABŞ-a İrana qarşı əməliyyatlar üçün ərazisindən istifadəyə icazə verdi…

22.07.2026 / 00:30
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

21.07.2026 / 22:18
Moldovada Rusiya səfirliyinin əməkdaşları və avtomobilləri saxlandı - səfir Rusiya XİN-ə çağırıldı...

21.07.2026 / 21:50
İran ABŞ-ın həssas nöqtələrinə zərbə taktikasını dəyişir - bu dəfə İordaniya...

21.07.2026 / 21:34
ABŞ Senatı şəxsən Putinin özünə qarşı sanksiyalara start verdi...

21.07.2026 / 21:07
Tramp güzəştə gedir - Üç dövlətin gündəmdə yeni təklifi...İran rüsum yığacaq...

21.07.2026 / 20:51
İran-ABŞ savaşı Suriya ərazisinə transfer edilə bilər...

21.07.2026 / 20:43
"Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq" - Vüqar Rəhimzadə

21.07.2026 / 20:35
Bakıdan zəng İsraildə prosesi dayandırdı - Yeni parlament payızda mövzuya yenidən qayıda bilər?

21.07.2026 / 20:09
Bakıda Angela Merkelin Putinlə gizli danışıqlarının üstü açıldı...

21.07.2026 / 19:50
Rusiyaya qarşı yeni sanksiyalar paketi Avropanı parçaladı - Fransa, Almaniya kimi qatı düşmənlər də...

21.07.2026 / 19:32
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

21.07.2026 / 19:27
Almaniya deputatları Avropa qurumlarında Azərbaycan üçün çox obyektiv işlər görə bilər...

21.07.2026 / 19:12
Ermənilərin məhkəməsində prokurorların çıxışı başladı - FOTO

21.07.2026 / 18:57
Avropa İttifaqının Rusiyaya qarşı sanksiya paketi, ya “İsveçrə pendiri”?..

21.07.2026 / 18:40
Azərbaycan istəsə, Almaniyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada işləri yaxşı gedəcək...

21.07.2026 / 18:27
İran Küveyti yenidən bombaladı - enerji və su infrastrukturunda yanğınlar baş verib...

21.07.2026 / 18:15
Ermənistanda fermerlər yolu bağladılar - nazir "xiyar və pomidor sözü" verdi...

21.07.2026 / 18:00
Hörmüzdən sonra Qırmızı dəniz də neft daşınmasına qapanır - qiymət yenə kəllə-çarxa çıxacaq....

21.07.2026 / 17:36
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı

21.07.2026 / 17:22
MEK-in direktoru Milli Mətbuat Günü münasibətilə Aydın Quliyevi təbrik etdi

21.07.2026 / 17:06
İran raketləri maneələri aşır - 50 min ABŞ əsgəri artıq təhlükəsizlikdə deyil...

21.07.2026 / 17:00
Türkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirir

21.07.2026 / 16:48
Nyu-Yorkun müsəlman meri payızda Netanyahunu həbs etdirəcək - Məmdani Trampla da hesablaşmır...

21.07.2026 / 16:40
"Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir" - Prezident

21.07.2026 / 16:33
Azərbaycana xaricdən diri heyvan gətirənlərin işi xeyli çətinləşdirildi... Əti bahalaşdıran yeni bəhanə...

21.07.2026 / 16:19
"Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır" - Kansler

21.07.2026 / 16:16
"Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır" - Almaniya Kansleri

21.07.2026 / 16:15
Merts: "Azərbaycan iqtisadi baxımdan Almaniya üçün çox maraqlı perspektivlər təqdim edir"

21.07.2026 / 16:14
"Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb" - Kansler

21.07.2026 / 16:11
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub

Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

XƏBƏR ARXİVİ